Bazar , 19 Yanvar 2025

Sosial müdafiə

Yarım ildə ƏƏSMN və qurumlarında 1 milyona yaxın vətəndaş qəbul edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və qurumları tərəfindən bu ilin 6 ayında 949 min vətəndaşın qəbulu həyata keçirilib. Boyukmillet.com xəbər verir ki, onlardan 61 mini Nazirliyin Aparatının və qurumlarının, yerli bölmələrin rəhbər şəxsləri tərəfindən, 888 mini Nazirliyin Aparatının və qurumlarının, yerli bölmələrin Qəbul otaqlarında, habelə DOST mərkəzlərində qəbul edilib. Eyni zamanda, yanvar-iyun aylarında 1 milyon 145 min 300 (o …

Read More »

Nazir: “Həssas qrupa aid təbəqəyə hər il 7 milyard manat ödənilir”

Azərbaycanda hər il həssas qrupa aid təbəqənin sosial ödənişlərinə 7 milyard manat vəsait yönəldilir. Boyukmillet.com xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev III “Yüksəliş müsabiqəsinin final mərhələsinin açılış mərasimində bildirib. Nazir deyib ki, ölkənin bugünkü gəlirləri bu vəsaiti ödəməyə imkan verir: “Növbəti illərdə də bu ənənəni qorumaq lazımdır. Təbii ki, bunun məsuliyyəti də ali rəhbərliyimizin üzərindədir”. …

Read More »

Bayramla əlaqədar bu ayın müavinət, təqaüd və sosial yardımları vaxtından əvvəl ödənilib

Dövlət Sosial Müdafiə Fondu tərəfindən Qurban bayramı ilə əlaqədar qrafikdən əvvəl iyun ayının müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları bu gün tam ödənilib. Boyukmillet.com xəbər verir ki, bundan əvvəl, iyunun 9-da Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu, iyunun 14-də isə bölgələr üzrə, habelə güzəştli şərtlərlə pensiya alan şəxslərin iyun ayının pensiya ödənişləri həyata keçirilib. Beləliklə, bu ay üzrə bütün pensiya, …

Read More »

Bakıda abadlaşdırılan növbəti həyət sakinlərin istifadəsinə verilib

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Bizim həyət” layihəsi çərçivəsində yenilənən daha bir həyət sakinlərin istifadəsinə verilib. Boyukmillet.com xəbər verir ki, yenilənmiş həyət Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti 146 a, 148 a, 150 a və Nəcəf Nərimanov 3 ünvanda 750-dən çox sakinin yaşadığı beşmərtəbəli binaları əhatə edir. “Bizim həyət” layihəsinin …

Read More »

Qurban bayramı ilə əlaqədar bütün sosial müavinətlər qrafikdən əvvəl ödəniləcək

Qurban bayramı ilə əlaqədar bütün sosial müavinətlər qrafikdən əvvəl ödəniləcək. Bu barədə  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib. Bildirilib ki, Qurban bayramı ilə əlaqədar qrafikdən əvvəl – iyunun 22-də bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımlarının ödənilməsi nəzərdə tutulub.

Read More »

Anar Kərimov: “Həm Birinci, həm də İkinci Qarabağ müharibəsinin iştirakçıları mənzillə təmin olunur”

“Həm Birinci, həm də İkinci Qarabağ müharibəsinin iştirakçıları mənzillə təmin olunur”. Boyukmillet.com xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov “2018-2023: sosial islahatlar və əldə olunan nailiyyətlər” mövzusunda keçirilən mətbuat konfransında deyib. Onun sözlərinə görə, mənzil təminatı proqramı hər iki müharibə iştirakçıları üçün paralel həyata keçirilir. Nazir müavini həmçinin avtomobil təminatı proqramının da uğurla həyata keçirildiyini …

Read More »

ƏƏSMN: “Şəhid ailələri və qazilərin mənzillə təminatı proqramı 5 dəfə genişlənib”

“2018-2023-cü illərdə şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin mənzillə təminatı proqramı 5 dəfə genişlənib”. Boyukmillet.com xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov “2018-2023: sosial islahatlar və əldə olunan nailiyyətlər” mövzusunda keçirilən mətbuat konfransında deyib. Nazir müavini bildirib ki, onlara postmüharibə dövründə 4760, bu il 260, ümumilikdə ötən dövrdə 13,6 minə qədər mənzil …

Read More »

UNİCEF Naxçıvanda layihələr həyata keçirəcək   

BMT-nin Uşaq Fondu (UNİCEF) Naxçıvanda layihələr həyata keçirəcək. Boyukmillet.com xəbər verir ki, bu barədə UNICEF-in Azərbaycan Respublikasındakı Nümayəndəliyinin rəhbəri Aleks Haykens bildirib: “Azərbaycanla UNICEF arasında bir çox sahələrdə uğurlu əməkdaşlıq var. Bu əməkdaşlığı Naxçıvanla da edəcəyik. Burada bir neçə gün ərzində bir sıra təhsil, səhiyyə müəssisəsi ilə tanış olduq. Müəssisələrdəki vəziyyət kifayət qədər yaxşı görünürdü. Naxçıvan şəhər 3 nömrəli tam …

Read More »

Ötən il Naxçıvanda 2 524 nəfərin sağlamlıq imkanlarının məhdudluğu təyin edilib

Ötən il Naxçıvanda 2 524, bu ilin 4 ayı ərzində isə 1 320 nəfərin sağlamlıq imkanlarının məhdudluğu təyin edilib. Boyukmillet.com xəbər verir ki, bunu Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin aparat rəhbəri Fərid Bağırzadə deyib. O bildirib ki, əlilliyin qiymətləndirilməsi üçün əsas sənəd dövlət tibb müəssisəsinin göndərişidir. Göndərişin tərtib edilməsi üçün vətəndaş ilk növbədə qeydiyyatda olduğu yaşayış …

Read More »

Prezidentin sərəncamı İkinci Dünya müharibəsi iştirakçıları və digərlərindən ibarət 3729 nəfərə şamil olunacaq

Prezident İlham Əliyevin yeni Sərəncamı İkinci Dünya müharibəsi iştirakçıları və sənəddə nəzərdə tutulan digər şəxslərdən ibarət 3729 şəxsə şamil olunacaq. Bu barədə  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib. Prezident İlham Əliyevin imzaladığı yeni “1941–1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və …

Read More »