Ordubad rayonunun Xanağa kəndində məktəb, yol, kənd və xidmət mərkəzləri istifadəyə verilib. Boyukmillet.com xəbər verir ki, fevralın 9-da Naxçıvan Muxtar Respublikasının yaranmasının 99-cu ildönümündə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli Ordubad rayonunun Xanağa kəndində aparılan kompleks quruculuq işləri ilə tanış olub. Əvvəlcə yenidənqurmadan sonra istifadəyə verilən Xanağa kənd tam orta məktəbi ilə tanışlıq zamanı məlumat verilib ki, …
Read More »“YAŞAT” Fondu Vətən müharibəsi şəhidinin borcunu ödəyib
“YAŞAT” Fondu Vətən müharibəsinə yollanan, Kəlbəcərin azad olunması uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan Eldar Həsənlinin borc öhdəliklərini qarşılayıb. Boyukmillet.com xəbər verir ki, şəhidin ailəsinin məişət şəraiti “YAŞAT” Fondu tərəfindən yaxşılaşdırılıb, tibbi xərcləri, borc öhdəlikləri qarşılanıb və dünyaya gələn övladı üçün depozit hesabı açılaraq 5 000 AZN vəsait onun hesabına yerləşdirilib.
Read More »Azərbaycanda minimum əmək pensiyası 280 manata çatdırılıb
Azərbaycanda minimum əmək pensiyası 280 manata çatdırılıb. Boyukmillet.com xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Əmək pensiyaları haqqında” qanunda öz əksini tapıb. Belə ki, əmək pensiyasının minimum məbləği 40 manat artırılaraq 240 manatdan 280 manata qaldırılıb. Qanun fevralın 1-dən qüvvəyə minib. Qeyd edək ki, bu artım təxminən 100 mindən çox pensiyaçını əhatə edir.
Read More »Son bir ildə 215 uşaq övladlığa götürülüb
Keçən il 110-u oğlan, 105-i qız olmaqla 215 uşaq övladlığa götürülüb. Bu barədə “Report”a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib. Qeyd olunub ki, onlardan 136-sı 3 yaşadək, 67-si 4-11 yaş, 12-i 12-18 yaş aralığında olanlardır. Son bir ildə həmçinin sosial xidmət müəssisələrindən 120 uşaq öz bioloji ailəsinə reinteqrasiya edilib. Onlardan 53-ü qız, 67-i oğlandır. Övladlığa götürülən uşaqların ailələrdə fiziki-mənəvi …
Read More »Minimum pensiyadakı artımın kimləri əhatə edəcəyi açıqlanıb
“Bu gün Milli Məclisin Əmək və sosial siyasət komitəsində “Əmək pensiyaları haqqında” qanuna dəyişiklik müzakirə olundu və plenar iclasa tövsiyə edildi. Dəyişikliyə əsasən, gələn aydan minimum pensiya məbləği 280 manata çatdırılacaq. Pensiya məbləğindəki artım 2023-cü ildə həyata keçirilən sosial paketin tərkib hissəsidir”. Boyukmillet.com xəbər verir ki, bu fikirləri deputat Vüqar Bayramov deyib. O bildirib ki, minimum pensiya məbləğinin artırılması 100 …
Read More »Prezidentin sərəncamı ilə 150 min tələbə və doktorantların təqaüdləri artırılıb
Azərbaycan Prezidentinin imzaladığı sərəncamla 150 min tələbə və doktorantların təqaüdləri artırılıb. Boyukmillet.com xəbər verir ki, bunu əmək əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov deyib. O bildirib ki, Azərbaycan Prezidentinin müvafiq fərman və sərəncamlarına əsasən ümumilikdə 660 min nəfərə yönələn sosial müavinət və təqaüdlərin artırılması təmin edilir. Ümumilikdə 2023-cü ildə yeni sosial islahat paketi üzrə 1,9 milyon vətəndaşı əhatə edən sosial …
Read More »Azərbaycanda əlilliyi müəyyən edilmiş şəxslərə verilən sosial müavinətin məbləğləri müəyyənləşib
Azərbaycanda əlilliyi müəyyən edilmiş şəxslərə verilən sosial müavinətin məbləğləri müəyyənləşib. Boyukmillet.com xəbər verir ki, bu, Prezident İlham Əliyevin Sosial müavinətlərin məbləğinin artırılması və “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 29 avqust tarixli 973 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Fərmanında əksini tapıb. Fərmanla orqanizmin funksiyalarının 81–100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə sosial müavinətin məbləği 270 …
Read More »18 yaşınadək əlillərə qulluq edən şəxslərə verilən Prezident təqaüdü 100 manat müəyyən edilib
Orqanizmin funksiyalarının 81–100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə qulluq edən şəxslərə Azərbaycan Prezidentinin təqaüdünün aylıq məbləği 2023-cü il yanvarın 1-dən 100 (bir yüz) manat müəyyən edilib. Boyukmillet.com xəbər verir ki, bu barədə Prezident İlham Əliyev fərman imzalayıb. Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etməlidir.
Read More »Böyük Vətən müharibəsi iştirakçılarına verilən Prezident təqaüdünün aylıq məbləği artırılıb
1941–1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarına, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin mühasirəsi zamanı şəhərin müəssisələrində, idarə və təşkilatlarında işləmiş və “Leninqradın müdafiəsinə görə” medalı, “Leninqrad mühasirəsində yaşayan” döş nişanı ilə təltif edilmiş şəxslərə verilən Azərbaycan Respublikası Prezidentinin təqaüdünün aylıq məbləği 2023-cü il yanvarın 1-dən 330 (üç yüz otuz) manat müəyyən edilib. Boyukmillet.com xəbər verir ki,bununla bağlı Prezident İlham Əliyev …
Read More »Şəhid ailəsi üçün Prezident təqaüdünün aylıq məbləği 600 manat müəyyən edilib
Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün aylıq məbləği 2023-cü il yanvarın 1-dən 600 (altı yüz) manat müəyyən edilib. Boyukmillet.com xəbər verir ki, bu barədə Prezident İlham Əliyev fərman imzalayıb. Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etməlidir.
Read More »