Cümə axşamı , 16 May 2024

Təhsil

DİM sədri subbakalavrlara müraciət edib

“Boş qalan plan yerlərində üstünlük abituriyentlərə verilir. Onlar yerləşdirildikdən sonra isə subbakalavrlar boş qalan yerlərə yerləşdirilir”. “Boyukmillet.com “ xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib. “Subbakalavr ixtisas seçimi aparanda təkcə Bakıdakı ali təhsil müəssisələrini deyil, regionlarda olanları seçsinlər. Bu, xüsusən III qrupa aiddir. I və II qrupa aid olan subbakalavrların isə Bakıda ali təhsil …

Read More »

DİM ixtisas seçimi edəcək şəxslərə müraciət edib

Dövlət İmtahan Mərkəzi ixtisas seçimi edəcək abituriyentlərin və subbakalavrlara müraiət edib. Boyukmillet.com xəbər evrir ki, müraciətdə deyilir: “Siz DİM-in regional bölmələrində, Qərbi Kaspi, Azərbaycan, Bakı Biznes, Odlar Yurdu Universitetlərində abituriyentlərə ixtisas seçimi ilə əlaqədar kömək etmək məqsədilə yaradılmış və ödənişsiz əsaslarla fəaliyyət göstərən “Abituriyent Məsləhət Mərkəzləri”nə müraciət edə bilərsiniz Bildiyiniz kimi ali təhsil müəssisələrinə qəbul olunmaq üçün ixtisas seçimi avqustun …

Read More »

Hərbi liseylərə qəbul imtahanının nəticələri elan edilib

Dövlət İmtahan Mərkəzi Müdafiə Nazirliyinin hərbi liseylərinə avqustun 4-də keçirilən qəbul imtahanının nəticələrini elan edib. Boyukmillet.com xəbər verir ki, imtahanda iştirak etmiş abituriyentlər imtahan nəticələri və “cavab kartı”nın qrafik təsviri ilə buradan tanış ola bilərlər. Abituriyentlər imtahanın nəticələri haqqında məlumatı, həmçinin mobil operator nömrələrindən “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər. İmtahanda iştirakı gözlənilən 1911 abituriyentdən 44 nəfər imtahanda iştirak etməyib. İmtahan …

Read More »

Əməkdar müəllim vəfat edib

Azərbaycanın əməkdar müəllimi vəfat edib. Boyukmillet.com xəbər verir ki, Tədbir Mahmudov bu gün 83 yaşında dünyasını dəyişib. Tədbir Mahmudov uzun müddət Neftçala rayon Təhsil Şöbəsinin müdiri çalışıb. Həmçinin o, Azərbaycanda ilk təhsil muzeyini yaradıb. Qeyd edək ki, T. Mahmudov 1937-ci ildə Neftçala rayonunun Qoltuq kəndində anadan olub.

Read More »

Bu gün II ixtisas qrupu üzrə qəbul imtahanı keçiriləcək

Bu gün Dövlət İmtahan Mərkəzi tərəfindən II ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanları keçiriləcək. Boyukmillet.com xəbər verir ki, Bakı, Naxçıvan, Gəncə, Şəmkir, Qazax, Ağstafa, Sumqayıt, Abşeron, Mingəçevir, Şəki, Zaqatala, Bərdə, Ağcabədi, Göyçay, Kürdəmir, Şirvan, Sabirabad, Salyan, Lənkəran, Cəlilabad, Masallı, Quba və Xaçmazda təşkil olunacaq imtahanlarda 16757 abituriyentin iştirakı nəzərdə tutulur. İmtahanlar saat 10:00-da başlanacaq. İmtahanların başlanmasına 15 dəqiqə …

Read More »

Bugünkü imtahanın test tapşırıqlarının düzgün cavabları açıqlandı

Ali təhsil müəssisələrinə qəbul olmaq üçün III ixtisas qrupu üzrə bu gün keçirilən imtahanda istifadə olunan test tapşırıqlarının düzgün cavabları açıqlanıb. Boyukmillet.com xəbər verir ki, imtahan nəticələri yaxın iki həftə ərzində elan olunacaq. Qapalı və cavabları kodlaşdırıla bilən açıq tipli tapşırıqların düzgün cavabları: III ixtisas qrupu (Azərbaycan bölməsi); III ixtisas qrupu (rus bölməsi).

Read More »

AMEA-nın institutlarından birinin adı dəyişdirilir

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin növbəti iclası keçirilib. Boyukmillet.com xəbər verir ki, toplantıda AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun Riyaziyyat, Mexanika və Tətbiqi Tədqiqatlar İnstitutu adlandırılması haqqında Nazirlər Kabineti qarşısında vəsatət qaldırılmasına dair qərar qəbul olunub. Həmçinin akademik Möhsün Nağısoylunun 75, akademik Hacıbəy Sultanov və AMEA-nın müxbir üzvü Kərim Kərimovun 100, akademik Firuz Məlikovun isə 120 illik yubileyinin keçirilməsi …

Read More »

Bakı Türk Təhsil Qurumları yaradılır

Bakı Türk Təhsil Qurumları Əsasnaməsi imzalanacaq. Boyukmillet.com-un xəbərinə görə, bu, Türkiyə-Azərbaycan iqtisadi əməkdaşlığına dair fəaliyyət planında əksini tapıb. Sənəddə qeyd edilib ki, 2021-ci ildə Bakı Türk Təhsil Qurumları Əsasnamə qarşılıqlı razılaşma ilə tamamlanacaq və imzalanacaq. Bu işlərin həyata keçirilməsi Azərbaycan və Türkiyənin Təhsil nazirliklərinə tapşırılıb.

Read More »

İyulun 14-15-də qəbul imtahanları keçiriləcək

Dövlət İmtahan Mərkəzi (DİM) iyulun 14-15-də keçiriləcək qəbul imtahanlarında iştirak edəcək abituriyentlərə müraciət edib. Mərkəzdən  bildirilib ki, iştirakçılar “İmtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər. Qeyd olunub ki, DİM tərəfindən iyulun 14-də III ixtisas qrupu, iyulun 15-də isə II ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanları keçiriləcək. İmtahanlar Bakı, Naxçıvan, Gəncə, Şəmkir, Qazax, Ağstafa, Sumqayıt, Abşeron, Mingəçevir, Şəki, Zaqatala, Bərdə, …

Read More »

DİM bu imtahanların vaxtını dəyişdirdi

Dövlət İmtahan Mərkəzi “Qabiliyyət imtahanına buraxılış vərəqəsi”ndə imtahan tarixi 19 iyul yazılmış abituriyentlərə müraciət edib. Boyukmillet.com xəbər verir ki, Nazirlər Kabinetinin İş və istirahət günlərinin yerlərinin dəyişdirilməsi haqqında 1 iyul 2021-ci il tarixli Qərarına əsasən, 2021-ci il 19 iyul iş günü ilə 17 iyul istirahət gününün yerləri dəyişdirilib. Ona görə də DİM tərəfindən Təsviri sənət istiqaməti üzrə 19 iyul 2021-ci …

Read More »