Cümə axşamı , 9 May 2024

Təhsil

ADA Universitetində ənənəvi beynəlxalq festivala start verilib

ADA Universitetində 32 ölkənin səfirinin iştirakı ilə ənənəvi beynəlxalq festivala start verilib. Boyukmillet.com “Report”-a istinadən xəbər verir ki, məqsəd hər bir ölkə, onun mədəni xüsusiyyətləri, həmçinin tələbələrin bu ölkələrin ali təhsil müəssisələrində təhsili haqqında informasiya təqdim etməkdir. Festivalın ilk günündə Türkiyə, Almaniya, Əfqanıstan, Argentina, İndoneziya, Rusiya, Türkmənistan, Çili, İordaniya, Litva və Səudiyyə Ərəbistanı səfirliklərinin nümayəndələri iştirak ediblər. ADA Universitetinin prorektoru Fariz …

Read More »

QƏRAR VERİLDİ: Bakıda 2 məktəb söküləcək

2020-2021-ci tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən 22 məktəbdə tikinti, əsaslı və cari təmir işləri yerinə yetirilib. İdarədən verilən məlumata görə, 6 məktəb üçün yeni bina və ya əlavə tədris korpusu inşa olunub. Ehtiyac olan ərazilərdə 3 yeni məktəbin (Hövsan qəsəbəsi, Binə qəsəbəsi, Yeni Yasamal Yaşayış Massivi) tikintisi tamamlanıb. Eyni zamanda ehtiyac olan arazilərdə 4 yeni …

Read More »

“Yay məktəbi”nin təşkili dərs ilinin uzadılması deyil”

Təhsil naziri Emin Əmrullayev məktəblərdə “Yay məktəbi”nin əhəmiyyətindən danışıb. boyukmillet.com xəbər verir ki, nazir bu layihənin təşkilindəki məqsədin uşaqları yormaq və məcburiyyət olmadığını bildirib. O, layihənin könüllü olduğunu qeyd edib: “Bu, dərs ilinin uzadılması deyil. Çalışırıq ki, uşaqları evdən çıxarıb məktəbdə bir arada maraqlı məzmunla təmin edək. İki həftəlik olsa da, 10 günlük dərs müddətidir. Sual olunur ki, on gün ərzində nə öyrəniləcək? …

Read More »

Azərbaycanın tanınmış akademiki vəfat edib

Azərbaycan alimi, fizika-riyaziyyat elmləri doktoru, professor, akademik, AMEA Fizika İnstitutunun Molekulyar spektroskopiya laboratoriyasının müdiri Çingiz Oveys oğlu Qacar vəfat edib. “Report” xəbər verir ki, alim 92 yaşında dünyasını dəyişib. Mərhum bu gün II Fəxri Xiyabanda torpağa tapşırılacaq. Allah rəhmət eləsin! Qeyd edək ki, Çingiz Oveys oğlu Qacar 1929-cu il iyunun 6-da Bakı şəhərində anadan olub. O, 1953-cü ildə Leninqrad Politexnik Universitetinin …

Read More »

Bakıda çalışan müəllimlərin maaşı açıqlanıb

2020-2021-ci tədris ili üçün Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində çalışan müəllimlərin orta aylıq əmək haqqı 702 manat təşkil edir. Qeyd edək ki, cari dərs ilində BŞTİ-nin tabeliyindəki məktəblərdə 456 076 şagirdin təlim-tərbiyəsi ilə 28 167 müəllim məşğul olur.

Read More »

135 mindən çox təhsil işçisi peyvənd olunub

Azərbaycanda vaksinasiya prosesi başladığı vaxtdan indiyədək ümumtəhsil müəssisələrində çalışan 135 279 (61%) işçi heyəti birinci doza peyvəndlənmədə iştirak edib. Bu barədə “Report”un sorğusuna cavab olaraq Təhsil Nazirliyindən bildirilib. Yaş aralığına görə müəllimlərin peyvəndlənmə göstəricilərinə gəlincə, 18-29 yaş arası heyətin 40%-i, 30-39 yaş arası heyətin 53%-i, 40-49 yaş arası heyətin 64%-i, 50 yaşdan yuxarı heyətin 68%-i birinci doza peyvəndlənmədə iştirak ediblər. “Peyvəndlənmədə …

Read More »

Akademik Ramiz Məmmədov II Fəxri xiyabanda dəfn edilir

Görkəmli coğrafiyaçı alim, Dövlət mükafatı laureatı, Azərbaycan Coğrafiya Cəmiyyətinin prezidenti, AMEA-nın akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov II Fəxri xiyabanda dəfn edilir. Boyukmillet.com xəbər verir ki, dəfn mərasimində mərhumun ailə üzvləri, yaxınları və ictimai-siyasi xadimlər iştirak edirlər. Qeyd edək ki, R.Məmmədov bu gün səhər saatlarında 71 yaşında ürək tutmasından dünyasını dəyişib.

Read More »

Akademik Ramiz Məmmədov II Fəxri xiyabanda dəfn ediləcək

örkəmli coğrafiyaçı alim, Dövlət mükafatı laureatı, Azərbaycan Coğrafiya Cəmiyyətinin prezidenti, AMEA-nın akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov bu gün dəfn ediləcək. Boyukmillet.com xəbər verir ki, o, II Fəxri xiyabanda torpağa tapşırılacaq. Qeyd edək ki, R.Məmmədov bu gün səhər saatlarında 71 yaşında ürək tutmasından dünyasını dəyişib.

Read More »

Təhsil naziri Azərbaycanda elmi tədqiqat fəaliyyətini tənqid edib

“Tədqiqat işlərində vaxtı keçmiş alətlərlə müasir dövrün çağırışlarına cavab vermək istəyi müşahidə olunur. Hesab edirəm ki, bu sahədə dəyişikliyin həyata keçirilməsi, ali təhsilin yeni modelinin qurulması və bunun elmi tədqiqatlara sirayət etməsi önəmlidir”. Boyukmillet.com xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev deyib. Nazirin fikrincə, bu məsələnin həllində mürəkkəb heç nə yoxdur: “Önəmlisi odur ki, dünya elmi araşdırmaların və tədqiqatların standartlarını müəyyən edib. …

Read More »

Xaricdə təhsil alan daha 193 nəfərin diplomu tanınıb, 65 nəfərə mənfi cavab verilib

Təhsildə Keyfiyyət Təminatı Agentliyi may ayı üçün diplomların tanınma üzrə müraciətlərinin statistikasını açıqlayıb. Boyukmillet.com xəbər verir ki, ötən ay icrası 21 gün ərzində tamamlanan 258 müraciətçinin 193-ü barədə müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim edilib, 65 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşıb. Tədris dili üzrə bilik səviyyəsinin qənaətbəxş olmaması səbəbi ilə 40, tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində kifayət …

Read More »