“Aparılan səylərə baxmayaraq, Ermənistan tərəfi kommunikasiyaların açılmasına çətinliklər törədir”. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov “Xəzər Bağlantı Konfransında” çıxışına deyib. O, ümumilikdə 2022-ci il ərzində Azərbaycan üzərindən tranzitin 75% artdığını bildirərək bütün kommunikasiyaların açılmasının regionumuzda davamlı sülh və sabitliyə daha da töhfə verəcəyinə, ticarət və nəqliyyatı əhəmiyyətli dərəcədə artıracağına əminliyini ifadə edib. Bu mənada ön …
Read More »Qərbi Azərbaycan İcması: “Ermənistan barışıq çağırışlarımıza cavab vermir”
“Ermənistan hələ də barışıq çağırışlarımıza cavab verməyib”. Boyukmillet.com xəbər verir ki, bu fikirlər Qərbi Azərbaycan İcmasının Ümumdünya Qaçqınlar Günü ilə bağlı yaydığı bəyanatda əksini tapıb. İcma qarşılıqlı maraq doğuran məsələlər üzrə Ermənistan hökuməti ilə hər zaman birbaşa dialoqa hazır olduğunu açıqlayıb: “Bununla bərabər, qayıdış prosesi və qayıtdıqdan sonra kollektiv və fərdi hüquqlarımızın təmin olunmasına müvafiq beynəlxalq mexanizm çərçivəsində təmin edilməli …
Read More »Ceyhun Bayramov Britaniyaya gedib
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Böyük Britaniyaya işgüzar səfərə yola düşüb. Bu barədə Xarici İşlər Nazirliyindən məlumat verilib. Səfər çərçivəsində nazir C.Bayramovun Azərbaycan ilə Böyük Britaniya arasında strateji dialoqda, eləcə də Ukrayna Bərpa Konfransında iştirakı nəzərdə tutulub. Səfər çərçivəsində nazirin bir sıra yüksək səviyyəli rəsmilərlə ikitərəfli görüşləri, beyin mərkəzlərində çıxışları planlaşdırılır.
Read More »Ombudsman Ermənistanın azərbaycanlılara qarşı nifrət siyasətində uşaqlardan istifadəsinə dair hesabat hazırlayıb
Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva tərəfindən Ermənistanın azərbaycanlılara qarşı yürütdüyü nifrət siyasətində uşaqlardan istifadə edilməsinə dair xüsusi hesabat hazırlanaraq aidiyyəti beynəlxalq təşkilatlara göndərilib. Bu barədə Ombudsman Aparatından məlumat verilib. Məlumatda bildirilib ki, 18 iyun tarixi dünyada Nifrət Nitqinə qarşı Beynəlxalq Mübarizə Günü kimi qeyd olunur və bu hesabatın hazırlanmasında da məqsəd Ermənistanın Azərbaycana qarşı apardığı nifrət siyasətində uşaqlardan …
Read More »Prezident İlham Əliyev OPEC-in baş katibini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 19-da Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) baş katibi Haysam Əl-Qaysı qəbul edib. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.
Read More »Overçuk: “Hamı anlayır ki, Azərbaycanla Ermənistan arasında sülhə alternativ yoxdur”
“Hamı başa düşür ki, Azərbaycan və Ermənistan arasında sülhə alternativ yoxdur və sülhə nail olmağın ən yaxşı yolu insanların qarşılıqlı əlaqəsi üçün imkanlar açmaq, ümumi yol çəkməkdir”. Boyukmillet.com xəbər verir ki, bu sözləri Rusiya Baş nazirinin müavini Aleksey Overçuk TASS-a müsahibəsində deyib. “Baş nazirin müavinlərindən ibarət üçtərəfli işçi qrupumuz özünəməxsus münasibətlər formatı işləyib hazırlayıb. Bizim səviyyədə sənəd layihəsi formalaşdırılıb və demək …
Read More »İlham Əliyevin İsrail Prezidentinə hədiyyə etdiyi xalça onun iş otağını bəzəyir – FOTO
İsrailin ingilis dilində nəşr olunan və bütün dünyada geniş oxucu kütləsinə malik “The Jerusalem Post” qəzeti İsrail Dövlətinin Prezidenti İsxak Hersoqun mayın 30-da Azərbaycan Respublikasına rəsmi səfəri zamanı Prezident İlham Əliyev tərəfindən hədiyyə edilən xalçaya xüsusi yer ayırıb. Boyukmillet.com xəbər verir ki, məqalədə qeyd olunub ki, mənəvi əhəmiyyəti böyük olan iri toxunmuş ipək xalça Hersoqun öz şəxsi otağını bəzəyir. Məqalədə deyilir: …
Read More »XİN: “Azərbaycan dünyada tolerantlığın, dini, etnik qrupların birgəyaşayışının nümunəsidir”
Azərbaycan dünyada tolerantlığın, müxtəlif dini və etnik qrupların nümayəndələrinin dinc birgəyaşayışının nümunəsi sayılır. Boyukmillet.com xəbər verir ki, bu, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin (XİN) 18 İyun – Milli İnsan Hüquqları Günü münasibətilə bəyanatında yer alıb. Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 18 iyun tarixli Sərəncamına əsasən, hər il 18 iyun tarixi ölkəmizdə Milli İnsan Hüquqları Günü kimi qeyd olunur. “Demokratiya və …
Read More »XİN Fransanı Azərbaycan və Ermənistan arasında sülhə mane olmamağa çağırıb
“16 iyun 2023-cü il tarixində Fransanın Avropa və xarici işlər nazirliyinin mətbuat katibi tərəfindən Azərbaycan-Ermənistan sərhəd bölgəsində baş vermiş təxribatlarla əlaqədar bəyanat bölgədəki mövcud vəziyyəti təhrif edir və qərəzlidir”. Boyukmillet.com xəbər verir ki, bu fikirlər Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin Fransanın Avropa və xarici işlər nazirliyinin mətbuat katibi Ann-Kler Lejandrın iyunun 16-da səsləndirdiyi bəyanatına dair şərhində əksini tapıb. “Fransa …
Read More »Azərbaycan Prezidentinin köməkçisi beynəlxalq səyahətçilərə təşəkkür edib
Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev beynəlxalq səyahətçilərə təşəkkür edib. Boyukmillet.com xəbər verir ki, o, bu barədə tviterdə yazıb. H.Hacıyev 30-dan çox ölkədən yeni səyahətçi qrupu ilə tanış olmaqdan məmnunluğunu ifadə edib: “Onlar Ağdamda, Kəlbəcərdə, Şuşada, Zəngilanda olub, işğalın səbəb olduğu dağıntılarla tanış olub, yenidənqurma işlərinin sürəti və miqyasına heyran qalıblar”.
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar