Bazar , 19 May 2024

Xarici siyasət

Rəşad Məmmədov Anar Bağırovla Türkiyədə keçirilən görüşləri müzakirə ediblər

Azərbaycanın Türkiyədəki Rəşad Məmmədov Vəkillər Kollegiyasının sədri Anar Bağırovun başçılıq etdiyi nümayəndə heyətini səfirlikdə qəbul edib. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycanın Türkiyədəki səfirliyi tviterdə məlumat yayıb. Bildirilib ki, nümayəndə heyətinin Turkiyənin müvafiq dövlət qurumları ilə keçirdiyi səmərəli görüşlərə dair fikir mübadiləsi aparılıb.

Read More »

Azərbaycan Qazaxıstanda keçiriləcək növbədənkənar seçkiləri müşahidə etməyə dəvət olunub

“Azərbaycan Qazaxıstan parlamentinin aşağı palatasına martın 19-da keçiriləcək növbədənkənar seçkilərin monitorinqində iştirak etmək üçün dəvət olunub”. Boyukmillet.com xəbər verir ki, bunu Qazaxıstanın Azərbaycandakı səfiri Serjan Abdıkarimov bu gün keçirdiyi brifinqdə deyib. Onun sözlərinə görə, seçkiləri müşahidə etmək üçün 10 beynəlxalq təşkilat, Azərbaycan daxil olmaqla, bir sıra ölkələrin nümayəndələri dəvət olunub.

Read More »

Anar Bağırov Türkiyə məhkəmə hakimiyyətinin rəhbər şəxsləri ilə görüşüb 

Türkiyədə səfərdə olan Azərbaycanın Vəkillər Kollegiyasının (VK) Rəyasət Heyətinin sədri Anar Bağırovun başçılıq etdiyi nümayəndə heyəti Türkiyə məhkəmə hakimiyyətinin rəhbər şəxsləri ilə görüşüb. Boyukmillet.com xəbər verir ki, səfər çərçivəsində nümayəndə heyəti Türkiyənin Danıştay (Ali-İnzibati Məhkəmə) başqanı Zeki Yiğit, Konstitusiya Məhkəməsinin sədri Zühtü Arslan və Türkiyə Ali Məhkəməsinin sədri Mehmet Akarca ilə görüşlər keçirib. Görüşlər zamanı hər iki ölkənin məhkəmə-hüquq və …

Read More »

Litvada yaşayan Azərbaycanəsilli şəxslərin sayı açıqlanıb

2022-ci ildə Litvada Azərbaycanəsilli 679 Litva vətəndaşı yaşayıb. Boyukmillet.com xəbər verir ki, ötən il Baltik ölkəsində təhsil alan azərbaycanlı tələbələrin sayı isə 213 nəfər təşkil edib. Diplomatik nümayəndəlikdən verilən məlumata görə, həmçinin 300 nəfərə yaxın həmvətənimiz Litvada əmək fəaliyyəti ilə məşğul olub. Bir nəfər isə hazırda cəzaçəkmə müəssisəsində cəza çəkir.

Read More »

İsrail səfirliyi Azərbaycan xalqını Torpaq çərşənbəsi münasibətilə təbrik edib

İsrail səfirliyi Azərbaycan xalqını Torpaq çərşənbəsi münasibətilə təbrik edib. Boyukmillet.com xəbər verir ki, bu barədə səfirliyin tviter səhifəsində paylaşım edilib. Bildirilir ki, bu gün Novruzun son rəmzi olan torpağın oyanışını simvolizə edir. “Eviniz bərəkətli, süfrəniz bol ruzili olsun. İlaxır Çərşənbəniz Mübarək!”, – səfirliyin paylaşımında deyilir.

Read More »

İlham Əliyev: “Azərbaycan xalqının və dövlətinin bu ağır günlərdə qardaş Türkiyənin yanında, bir ürək, bir yumruq kimi birləşdiyini bildirirəm”

“Builki toplantı qardaş Türkiyə üçün ağrılı bir dövrə təsadüf edir. Zəlzələ qurbanlarının xatirəsini böyük kədər hissi ilə anır, Azərbaycan xalqının və dövlətinin hər zaman olduğu kimi bu ağır günlərdə də qardaş Türkiyənin yanında, bir ürək, bir yumruq kimi birləşdiyini bildirirəm. İlk gündən bütün səviyyələrdə Türkiyə ətrafında səfərbər olan, yüksək həmrəylik nümayiş etdirən Azərbaycan fəlakətin nəticələrinin aradan qaldırılması prosesinə bundan sonra …

Read More »

İlham Əliyev: “Azərbaycan və Türkiyə iki qardaş ölkə və strateji müttəfiqlər kimi regionda yeni tarixi reallıqlar yaradır”

“Bu gün Azərbaycan və Türkiyə iki qardaş ölkə və strateji müttəfiqlər kimi regionda yeni tarixi reallıqlar yaradır, birgə qərarlar, müştərək qlobal layihələr vasitəsilə Avrasiya məkanında sülhə, təhlükəsizliyə, əməkdaşlığa davamlı töhfələr verir. Azərbaycan-Türkiyə birliyinin gücü bölgədə ədalətli sülhün qarantıdır. Ölkələrimiz eyni zamanda Avropanın enerji təhlükəsizliyinin təminatında strateji rol oynayan etibarlı tərəfdaşlardır”. Boyukmillet.com xəbər verir ki, bu fikirlər Prezident İlham Əliyevin XXVI …

Read More »