Cümə axşamı , 30 May 2024

Xarici siyasət

Anar Bağırov Türkiyə məhkəmə hakimiyyətinin rəhbər şəxsləri ilə görüşüb 

Türkiyədə səfərdə olan Azərbaycanın Vəkillər Kollegiyasının (VK) Rəyasət Heyətinin sədri Anar Bağırovun başçılıq etdiyi nümayəndə heyəti Türkiyə məhkəmə hakimiyyətinin rəhbər şəxsləri ilə görüşüb. Boyukmillet.com xəbər verir ki, səfər çərçivəsində nümayəndə heyəti Türkiyənin Danıştay (Ali-İnzibati Məhkəmə) başqanı Zeki Yiğit, Konstitusiya Məhkəməsinin sədri Zühtü Arslan və Türkiyə Ali Məhkəməsinin sədri Mehmet Akarca ilə görüşlər keçirib. Görüşlər zamanı hər iki ölkənin məhkəmə-hüquq və …

Read More »

Litvada yaşayan Azərbaycanəsilli şəxslərin sayı açıqlanıb

2022-ci ildə Litvada Azərbaycanəsilli 679 Litva vətəndaşı yaşayıb. Boyukmillet.com xəbər verir ki, ötən il Baltik ölkəsində təhsil alan azərbaycanlı tələbələrin sayı isə 213 nəfər təşkil edib. Diplomatik nümayəndəlikdən verilən məlumata görə, həmçinin 300 nəfərə yaxın həmvətənimiz Litvada əmək fəaliyyəti ilə məşğul olub. Bir nəfər isə hazırda cəzaçəkmə müəssisəsində cəza çəkir.

Read More »

İsrail səfirliyi Azərbaycan xalqını Torpaq çərşənbəsi münasibətilə təbrik edib

İsrail səfirliyi Azərbaycan xalqını Torpaq çərşənbəsi münasibətilə təbrik edib. Boyukmillet.com xəbər verir ki, bu barədə səfirliyin tviter səhifəsində paylaşım edilib. Bildirilir ki, bu gün Novruzun son rəmzi olan torpağın oyanışını simvolizə edir. “Eviniz bərəkətli, süfrəniz bol ruzili olsun. İlaxır Çərşənbəniz Mübarək!”, – səfirliyin paylaşımında deyilir.

Read More »

İlham Əliyev: “Azərbaycan xalqının və dövlətinin bu ağır günlərdə qardaş Türkiyənin yanında, bir ürək, bir yumruq kimi birləşdiyini bildirirəm”

“Builki toplantı qardaş Türkiyə üçün ağrılı bir dövrə təsadüf edir. Zəlzələ qurbanlarının xatirəsini böyük kədər hissi ilə anır, Azərbaycan xalqının və dövlətinin hər zaman olduğu kimi bu ağır günlərdə də qardaş Türkiyənin yanında, bir ürək, bir yumruq kimi birləşdiyini bildirirəm. İlk gündən bütün səviyyələrdə Türkiyə ətrafında səfərbər olan, yüksək həmrəylik nümayiş etdirən Azərbaycan fəlakətin nəticələrinin aradan qaldırılması prosesinə bundan sonra …

Read More »

İlham Əliyev: “Azərbaycan və Türkiyə iki qardaş ölkə və strateji müttəfiqlər kimi regionda yeni tarixi reallıqlar yaradır”

“Bu gün Azərbaycan və Türkiyə iki qardaş ölkə və strateji müttəfiqlər kimi regionda yeni tarixi reallıqlar yaradır, birgə qərarlar, müştərək qlobal layihələr vasitəsilə Avrasiya məkanında sülhə, təhlükəsizliyə, əməkdaşlığa davamlı töhfələr verir. Azərbaycan-Türkiyə birliyinin gücü bölgədə ədalətli sülhün qarantıdır. Ölkələrimiz eyni zamanda Avropanın enerji təhlükəsizliyinin təminatında strateji rol oynayan etibarlı tərəfdaşlardır”. Boyukmillet.com xəbər verir ki, bu fikirlər Prezident İlham Əliyevin XXVI …

Read More »

Azərbaycan Prezidenti: “Dövlətlərarası münasibətləri tənzimləməli olan mexanizmlər zəifləyib, beynəlxalq hüququn aliliyinə inam azalıb”

“Təəssüflər olsun ki, bu gün dünyada dövlətlərarası münasibətləri tənzimləməli olan mexanizmlər zəifləmiş, beynəlxalq hüququn aliliyinə inam azalmışdır”. Boyukmillet.com xəbər verir ki, bu fikirlər Prezident İlham Əliyevin XXVI Avrasiya İqtisadi Zirvə Toplantısının iştirakçılarına ünvanladığı müraciətdə yer alıb. “Müharibələr, geosiyasi münaqişələr, bütün bunlarla eyni zamanda baş verən enerji böhranı beynəlxalq münasibətlər sisteminin tənəzzülünün nəticələridir. Bu yeni qlobal konfiqurasiya daxilində mümkün nizamın qorunmasında, qarşılıqlı əməkdaşlığın …

Read More »

Prezident: “Əminəm ki, zirvədə qərarlaşmış Azərbaycan-Türkiyə münasibətləri yeni nailiyyətlərlə daha da möhkəmlənəcək”

“Əminəm ki, qardaş xalqlarımızın iradəsi ilə ən yüksək zirvədə qərarlaşmış Azərbaycan-Türkiyə münasibətləri yeni nailiyyətlərlə daha da möhkəmlənəcək, birgə fəaliyyətimiz beynəlxalq əhəmiyyətli təşəbbüsləri reallığa çevirərək Avrasiyada siyasi və iqtisadi əhəmiyyətli inteqrasiya prosesinə töhfə verəcəkdir”. Boyukmillet.com xəbər verir ki, bu fikirlər Prezident İlham Əliyevin XXVI Avrasiya İqtisadi Zirvə Toplantısının iştirakçılarına ünvanladığı müraciətdə yer alıb. “2023-cü il Azərbaycan-Türkiyə sarsılmaz birliyinin tarixində Türkiyə Respublikasının yaradılmasının …

Read More »

Prezident XXVI Avrasiya İqtisadi Zirvə Toplantısının iştirakçılarına müraciət ünvanlayıb

Prezident İlham Əliyev XXVI Avrasiya İqtisadi Zirvə Toplantısının iştirakçılarına müraciət ünvanlayıb. Boyukmillet.com xəbər verir ki, müraciətdə deyilir: “Hörmətli sammit iştirakçıları, Sizi “Mərmərə Qrupu” Strateji və Sosial Araşdırmalar Vəqfinin təşkilatçılığı ilə gerçəkləşdirilən XXVI Avrasiya İqtisadi Zirvə Toplantısı münasibətilə səmimi-qəlbdən salamlayıram. Builki toplantı qardaş Türkiyə üçün ağrılı bir dövrə təsadüf edir. Zəlzələ qurbanlarının xatirəsini böyük kədər hissi ilə anır, Azərbaycan xalqının və …

Read More »

Martın 16-da Ankarada TDT-nin növbədənkənar zirvə toplantısı keçiriləcək

Martın 16-da Türkiyənin paytaxtı Ankara şəhərində Türk Dövlətləri Təşkilatının (TDT) növbədənkənar zirvə toplantısı keçiriləcək. Boyukmillet.com  xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu tviterdə yazıb. “Martın 16-da Ankarada Prezident Rəcəb Tayyib Ərdoğanın ev sahibliyi ilə TDT-nin zirvə toplantısı keçiriləcək. İclasda Fəlakət-Fövqəladə Halların İdarə Edilməsi və Humanitar Yardım mövzusu müzakirə olunacaq”, – nazir vurğulayıb. Qeyd edək ki, TDT-nin sonuncu …

Read More »

“Ermənistanda Nikol Paşinyanı tənqid edən 802 nəfərə cinayət işi açılıb” – HESABAT

“Heç bir Qərb ölkəsinin lideri və ya hansısa qərbli jurnalist Ermənistanı demokratik ölkə adlandıra bilməz”. Boyukmillet.com xəbər verir ki, bunu hüquq müdafiəçisi Səidə Qocamanlı Hüquq Müdafiə Təşkilatları Monitorinq Qrupunun Ermənistanda insan hüquq və azadlıqlarının pozulması faktları ilə bağlı hesabatın təqdim olunma mərasimində deyib. O xatırladıb ki, 2020-ci ilin axırlarında Ermənistanda xalq baş nazir Nikol Paşinyana qarşı ayağa qalxmışdı: “Həmin vaxt …

Read More »