Çərşənbə , 18 Mart 2026

Xarici siyasət

Prezident: “Azərbaycan təbii qazının Avropa bazarlarına nəql edilməsi ilə bağlı çox ciddi addımlar atılır”

“Azərbaycan təbii qazının Avropa bazarlarına nəql edilməsi ilə bağlı çox ciddi addımlar atılır”. Boyukmillet.com-un xəbərinə görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev mayın 22-də Vilnüsdə Litva Prezidenti Gitanas Nauseda ilə mətbuata bəyanatla çıxış edən zaman bildirib. “Azərbaycan təbii qazının Avropa bazarlarına nəql edilməsi ilə bağlı çox ciddi addımlar atılır. İldən-ilə nəql edilən, ixrac edilən qazın həcmi artıb və aracaqdır”, – dövlət …

Read More »

Litva Prezidenti: “Azərbaycan və Ermənistan arasındakı münaqişənin diplomatik yolla həllinin tərəfdarıyıq”

“Litva Azərbaycan və Ermənistan arasındakı münaqişənin diplomatik yolla, dinc və əhatəli həllinin tərəfdarıdır”. Boyukmillet.com-un xəbərinə görə, bunu Litva Prezidenti Gitanas Nauseda mayın 22-də Vilnüsdə Azərbaycan Prezidenti İlham Əliyev ilə mətbuata bəyanatla çıxış edən zamanı deyib. O bildirib ki, iki ölkə arasında əməkdaşlıq baxımından əhəmiyyətli müzakirələrə start verilib: “Təhsil və iqtisadi baxımdan əlaqələrimizi gücləndirmək qərarına gəldik. İlham Əliyevlə biz birgə Azərbaycan …

Read More »

Prezident İlham Əliyev litvalı həmkarını Azərbaycan-Ermənistan sülh danışıqları haqqında məlumatlandırıb

“Azərbaycan-Ermənistan sülh danışıqları haqqında Litva Prezidentini məlumatlandırdım”. Boyukmillet.com-un xəbərinə görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev mayın 22-də Vilnüsdə Litva Prezidenti Gitanas Nauseda ilə mətbuata bəyanatı zamanı bildirib. “Keçən il Litva Respublikasının Prezidenti Gitanas Nauseda Azərbaycanda rəsmi səfərdə idi. Bu il mən Litvada rəsmi səfərdəyəm. Biz bu ilin əvvəlində də Davosda da görüşmüşdük. Bu, özlüyündə onu göstərir ki, aramızda çox fəal …

Read More »

Azərbaycanla Litva arasında sənədlər imzalanıb

Mayın 22-də Vilnüsdə Azərbaycan Prezidenti İlham Əliyevin və Litva Prezidenti Gitanas Nausedanın iştirakı ilə Azərbaycan-Litva sənədlərinin imzalanması mərasimi olub. Bu barədə “Report”un Vilnüsə ezam olunan əməkdaşı xəbər verir. Azərbaycan və Litva arasında aşağıdakı sənədlər imzalanıb: “Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Litva Respublikasının Ətraf Mühit Nazirliyi arasında ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlığa dair Saziş”i Litva Respublikasının ətraf mühit naziri …

Read More »

İlham Əliyev və Mehriban Əliyeva Litvanın keçmiş Prezidentinə başsağlığı veriblər

Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Litva Respublikasının keçmiş Prezidenti Valdas Adamkusa başsağlığı məktubu ünvanlayıblar. Boyukmillet.com xəbər verir ki, məktubda deyilir: “Zati-aliləri, Həyat yoldaşınız, ömür-gün dostunuz Alma Adamkiyenenin vəfatı xəbərini dərin kədər hissi ilə qarşıladıq. Bu ağır itki ilə əlaqədar dərdinizi bölüşür, Sizə, ailənizin bütün üzvlərinə dərin hüznlə başsağlığı verir, səbr diləyirik”.

Read More »

Britaniya Kralı Prezident İlham Əliyevi təbrik edib

Böyük Britaniya və Şimali İrlandiyanın Kralı Əlahəzrət III Çarlz Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. Boyukmillet.com xəbər verir ki, məktubda deyilir: “Zati-aliləri! Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırıram. Mən çətinliklərin yaşandığı indiki dövrdə ölkələrimiz arasında mehriban dostluğun və güclü tərəfdaşlığın davam edəcəyinə ümidvar olduğumu bildirmək istərdim”.

Read More »

Yaponiya İmperatoru Azərbaycan liderinə təbrik məktubu ünvanlayıb

Yaponiyanın İmperatoru Əlahəzrət Naruhito Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. Boyukmillet.com xəbər verir ki, məktubda deyilir: “Hörmətli cənab Prezident! Azərbaycanın milli bayramı – Müstəqillik Günü münasibətilə Zati-alinizə səmimi təbriklərimi çatdırıram. Sizə xoşbəxtlik və xalqınıza firavanlıq arzulayıram”.

Read More »

Nikol Paşinyan: “Brüsseldə Azərbaycanla bir sıra mühüm məsələlərdə razılığa gəlmişik”

“Brüssel danışıqları zamanı Azərbaycanla bir sıra mühüm məsələlərdə razılığa gəlməyimiz mümkün olub”. Boyukmillet.com xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan hakim Mülki Müqavilə Partiyasının deputatları ilə keçirdiyi toplantıda deyib. O, Brüssel görüşünü müsbət qiymətləndirdiyini bildirib. Məlumata görə, 2 saatdan çox davam edən və qapalı keçən iclasa bəzi nazirlər də qatılıblar. Toplantı Brüssel görüşünün nəticələrini qiymətləndirmək məqsədi ilə keçirilib. Qeyd …

Read More »