Bazar ertəsi , 6 May 2024

Xarici siyasət

Ceyhun Bayramov Almaniya XİN başçısı ilə Azərbaycan-Ermənistan normallaşma prosesini müzakirə edib

Almaniyaya işgüzar səfəri çərçivəsində Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov almaniyalı həmkarı Annalena Berbok ilə görüşüb. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan XİN-in “X” hesabında paylaşım edilib. Bildirilib ki, nazirlər ölkələr arasında bir sıra sahələrdə əlaqələrin inkişaf perspektivləri, o cümlədən Azərbaycan-Ermənistan normallaşma prosesi ətrafında fikir mübadiləsi aparıblar. https://twitter.com/intent/tweet?ref_src=twsrc%5Etfw%7Ctwcamp%5Etweetembed%7Ctwterm%5E1762823100679287294%7Ctwgr%5Ed270042c75ea9ebfa4dffedb2776c239b79108ef%7Ctwcon%5Es1_&ref_url=https%3A%2F%2Freport.az%2Fxarici-siyaset%2Fazerbaycn-ve-almaniya-xin-bascilari-gorusub%2F&in_reply_to=1762823100679287294

Read More »

Azərbaycan Prezidenti: Bizdə Ermənistana hücum etmək planları yoxdur

Prezident İlham Əliyev Azərbaycanın Ermənistana hücum etmək planının olmadığını bəyan edib. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev fevralın 28-də Alman İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harmsın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edərkən deyib. Dövlət başçısı qeyd edib ki, Cozef Borrelin qeyri-adekvat bəyanatları Azərbaycan tərəfini çox məyus edib. “Əvvəla, onun bu bəyanatları heç bir reallığı əks etdirmir və …

Read More »

Şimali Kipr Türk Cümhuriyyəti Məclisinin sədri Zorlu Töre: “Almaniya prezidenti Kipr həqiqətlərini bilmir”

Şimali Kipr Türk Cümhuriyyəti (ŞKTC) Məclisinin sədri Zorlu Töre Almaniya prezidenti Frank-Valter Ştaynmayerin bir müddət əvvəl Cənubi Kiprə səfər etdiyini xatırladaraq, onu Şimali Kipr Türk Respublikasına gəlmədiyi üçün tənqid edib. Boyukmillet.com xəbər verir ki, bu barədə mətbuata ŞKTC Məclisindən məlumat verilib. Töre: “Almaniya prezidenti Ştaynmayer “Yaşıl xətt”dən baxmaq əvəzinə Şimali Kipr Türk Respublikasına gedib danışıqlar aparmalı idi”, – deyib. TBMM-dən …

Read More »

Azərbaycanlı QHT nümayəndəsi BMT İnsan Haqları Şurasının sessiyasında mina problemini qaldırıb

Ərazilərimizi minalardan təmizləmək üçün beynəlxalq dəstək artırılmalıdır. Boyukmillet.com xəbər verir ki, bunu BMT-nin İqtisadi və Sosial Şurasının (ECOSOC) xüsusi məşvərətçi statusuna malik “Hüquqi Təhlil və Araşdırmalar” İctimai Birliyinin sədri Ramil İskəndərli BMT-nin İnsan Hüquqları Şurasının 55-ci sessiyası çərçivəsində aparılan “İnsan hüquqlarının tətbiqinə dair illik Yüksək Səviyyəli Panel Müzakirəsi”ndə deyib. O vurğulayıb ki, mövcud mina problem nəticəsində yüzlərlə azərbaycanlının sağlamlığını itirib. …

Read More »

Peru Konqresi Xocalı Soyqırımının ildönümü ilə bağlı bəyanat qəbul edib

Peru Konqresi Xocalı Soyqırımının ildönümü ilə bağlı bəyanat qəbul edərək ölkəmizdə mövcud mina probleminə dəstək çağırışı edib. Boyukmillet.com xəbər verir ki, bu barədə “Report”a Azərbaycanın Meksikadakı səfirliyindən məlumat verilib. Xocalı soyqırımı faciəsi qurbanlarının 32-ci ildönümü ilə əlaqədar olaraq Peru Konqresi tərəfindən bəyanat qəbul edilib. Bəyanatda 1992-ci il fevralın 26-da Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Xocalı şəhərində azərbaycanlı mülki əhaliyə qarşı törədilmiş …

Read More »

Prezident İlham Əliyev Alman İqtisadiyyatının Şərq Komitəsinin sədrini qəbul edib

Fevralın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Alman İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harmsın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Boyukmillet.com  xəbər verir ki, Almaniya Federativ Respublikasının aparıcı şirkətlərinin rəhbərlərindən ibarət nümayəndə heyətinə Almaniya-Azərbaycan Xarici Ticarət Palatasının icraçı direktoru Tobias Baumann, “Falk” konsaltinq şirkətinin icraçı direktoru Tomas Falk, “Uniper Global Commodities SE” şirkətinin birinci vitse-prezidenti Uve Fip, “Rhenus Group” beynəlxalq …

Read More »

Azərbaycanın Xocalı soyqırımı ilə bağlı Baş katibə göndərdiyi məktub BMT-nin rəsmi sənədi kimi yayılıb

Azərbaycanın BMT yanında daimi nümayəndəsi Yaşar Əliyevin 16 fevral 2024-cü il tarixli Xocalı soyqırımının 32-ci ildönümü ilə bağlı qurumun Baş katibi Antoniu Quterreşə ünvanladığı məktub BMT Təhlükəsizlik Şurasının rəsmi sənədi kimi yayılıb. Boyukmillet.com xəbər verir ki, sənəddə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı qüvvələri tərəfindən Xocalı rayonunun 63-ü azyaşlı, 70-i qoca olmaqla 613 sakinin vəhşicəsinə qətlə yetirildiyi …

Read More »

Dövlət Departamenti Bakı ilə İrəvanın Berlin görüşünü şərh etməyib

ABŞ-nin Dövlət Departamenti Azərabaycanın xarici işlər naziri Ceyhun Bayramov və ermənistanlı həmkarı Ararat Mirzoyanın Almaniyanın paytaxtı Berlində keçirilməsi nəzərdə tutulan görüşünü şərh etməyib. Boyukmillet.com xəbər verir ki, Dövlət Departamentinin mətbuat katibi Mettyu Miller ona verilmiş müvafiq sualı açıqlamasız buraxaraq tərəfləri “uzunmüddətli razılığa gəlməyə” çağırmaqla yetinib. “Xarici işlər nazirləri sabah Berlində görüşəcəklər. Bilirəm ki, Katib [Entoni Blinken] dekabr ayından onları burada, Vaşinqtonda, …

Read More »

Rəsmi Bakı: Ermənistan XİN-in Sumqayıt hadisələri ilə bağlı iddiaları tamamilə əsassızdır

Ermənistan Xarici İşlər Nazirliyinin Sumqayıt hadisələri ilə bağlı bəyanatında Azərbaycana qarşı irəli sürdüyü iddialar tamamilə əsassız olmaqla yanaşı, tarixi faktların təhrif edilməsi və saxtalaşdırılmasıdır. Boyukmillet.com xəbər verir ki, bu fikirlər Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin Ermənistan XİN-in Sumqayıt hadisələri ilə bağlı bəyanatına dair şərhində əksini tapıb. O vurğulayıb ki, bu bəyanat 1980-ci illərin sonlarından başlayaraq Ermənistanın Azərbaycana …

Read More »

Paşinyan: Berlində Bakı ilə sülh sazişi üzrə irəliləyiş əldə olunacağına ümid edirəm

Baş nazir Nikol Paşinyan Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin fevralın 28-29-da Berlində baş tutacaq danışıqlarda sülh sazişi üzrə irəliləyişə nail olunacağına ümidvardır. Boyukmillet.com  TASS-a istinadən xəbər verir ki, bu barədə o, Afinada yunan həmkarı Kiriakos Miçotakislə görüşündə bildirib. “Bilirsiniz ki, yaxın vaxtlarda Azərbaycan və Ermənistan XİN başçılarının daha bir görüşü gözlənilir. Ümid edirəm ki, bu görüş nəticəsində irəliləyiş əldə …

Read More »