Cümə axşamı , 19 Mart 2026

Xarici siyasət

Azərbaycanın Türkiyədə olan çevik xilasetmə qüvvələrinin növbəti qrupu Vətənə yola düşüb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədilə qardaş ölkədə olan Fövqəladə Hallar Nazirliyinin çevik xilasetmə qüvvələrinin növbəti qrupu bu gün təyyarə ilə Adana hava limanından Bakı şəhərinə yola düşüb. Qüvvələri hava limanından İmamoğlu rayonunun rəhbəri Mehmet Aksu, Türkiyə Respublikasının Xarici İşlər Nazirliyindən fövqəladə və səlahiyyətli səfir …

Read More »

Prezident: “Azərbaycan və Türkmənistan bir çox sahələrdə geniş əməkdaşlıq imkanlarına malikdir”

Azərbaycanla Türkmənistan arasında mövcud olan çox sıx siyasi əlaqələr möhkəm təməllər üzərində qurulub. Ölkələrimiz enerji, pambıqçılıq, nəqliyyat, investisiyalar və digər sahələrdə əməkdaşlıq üçün geniş imkanlara malikdir. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov ilə görüşündə deyib. Azərbaycanın öz nəqliyyat-tranzit potensialını artırdığını bildirən dövlətimizin başçısı əlavə edib ki, bu, gələcəkdə Türkmənistan mallarının da ölkəmizin ərazisindən daşınması …

Read More »

Bolqarıstanın Baş prokuroru Azərbaycanda səfərdədir

Baş prokuror Kamran Əliyevin dəvəti ilə Bolqarıstanın Baş prokuroru İvan Geşevin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda işgüzar səfərdədir. Nümayəndə heyəti Fəxri Xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək məzarı önünə əklil qoyub, eləcə də görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarını ziyarət edib. Qonaqlar, həmçinin Şəhidlər xiyabanını ziyarət …

Read More »

Qoşulmama Hərəkatının Bakıda keçirilən Sammitində Türkiyədə və Suriyada zəlzələ qurbanlarının xatirəsi anılıb

Türkiyədə və Suriyada baş vermiş zəlzələ qurbanlarının xatirəsi Qoşulmama Hərəkatının Təmas Qrupunun Bakıda keçirilən Sammitində Azərbaycan Prezidenti İlham Əliyevin təklifi ilə yad olunub. Boyukmillet.com xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev deyib: “Müzakirələrimizə başlamazdan əvvəl sizin diqqətinizi bir məqama cəlb etmək istəyirəm. Hamınız bildiyi kimi, bir neçə həftə bundan əvvəl Türkiyədə və Suriyada dağıdıcı zəlzələ baş verib. Müasir dövrün ən faciəli …

Read More »

AEBA rəhbəri: “Azərbaycan QH-yə sədrlik çərçivəsində fəallıq nümayiş etdirib”

“Azərbaycan Qoşulmama Hərəkatına sədrlik etdiyi dövrdə COVID-19 pandemiyası kimi ən aktual məsələlərin nəzərdən keçirilməsi və bu cür çağırışlarla ən effektiv şəkildə mübarizə aparmağın yollarının tapılması istiqamətində fəallıq nümayiş etdirib”. Boyukmillet.com xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) Baş direktoru Rafael Qrossi deyib. “Mən bu səyləri alqışlayıram”, – Qrossi bildirib. O, həmçinin əlavə edib ki, Bakıya …

Read More »

İlham Əliyev: “Qoşulmama Hərəkatı son bir neçə ildə beynəlxalq münasibətlərdə mühüm aktorlardan biri olub”

“Qürurla deyə bilərəm ki, Qoşulmama Hərəkatı son bir neçə ildə beynəlxalq münasibətlərdə mühüm aktorlardan biri olub”. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev martın 2-də Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Bakıda keçirilən Zirvə görüşündə çıxışında söyləyib.

Read More »

BMT Baş Assambleyasının sədri: “Azərbaycanın “yaşıl transformasiyası”nın şahidi olmaq maraqlıdır”

“Azərbaycan qalıq yanacaqların əsas istehsalçısı və ixracatçısı kimi “yaşıl enerji və yaşıl inkişaf” tərəfdarına çevrilib”. Boyukmillet.com xəbər verir ki, bunu BMT Baş Assambleyasının 77-ci sessiyasının Prezidenti Çaba Koroşi Qoşulmama Hərəkatının (QH) COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun martın 2-də Bakıda işə başlayan Zirvə görüşündə çıxışı zamanı deyib. Onun sözlərinə görə, COVID-19-un tədricən aradan qaldırılması postpandemiya dövründə səyləri ekoloji baxımdan təmiz …

Read More »