Çərşənbə , 18 Mart 2026

Xarici siyasət

İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması barədə fikir mübadiləsi aparıblar

İstanbulda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşdırılması və sülh gündəliyi barədə də fikir mübadiləsi aparıblar. Boyukmillet.com xəbər verir ki, Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğanı qarşıdan gələn ad günü münasibətilə təbrik edib. Türkiyə Prezidenti təbrikə görə təşəkkürünü bildirib.

Read More »

İlham Əliyev Azərbaycan və Türkiyənin həm sevincli, həm də kədərli günlərdə bir-birinin yanında olduğunu deyib

Azərbaycan və Türkiyə həm sevincli, həm də kədərli günlərdə bir-birinin yanındadır. Boyukmillet.com xəbər verir ki, bunu fevralın 25-də İstanbulda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşündə deyib. Prezident İlham Əliyev ölkəmizin bu faciənin ilk günündən qardaş Türkiyənin yanında olduğunu qeyd edib. Dövlətimizin başçısı zəlzələnin nəticələrinin aradan qaldırılması üçün ölkəmizin humanitar yardımları bundan sonra da davam …

Read More »

Prezident İlham Əliyevin Türkiyəyə işgüzar səfəri başa çatıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasına işgüzar səfəri fevralın 25-də başa çatıb. Boyukmillet.com xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı İstanbulun Atatürk Hava Limanında Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Prezident İlham Əliyevi rəsmi şəxslər yola salıblar.

Read More »

XİN başçısı: “Laçın yolundakı durumla bağlı Ermənistanın iddialarının heç bir əsası yoxdur”

Son aylar Laçın yolundan 3000-dən yuxarı nəqliyyat vasitələrinin keçməsi və digər faktlar nəzərə alınmaqla, Laçın yolunun guya Azərbaycan tərəfindən bağlanması, erməni sakinlərinə qarşı “blokada” tətbiq edildiyi və “gərgin humanitar vəziyyət” yarandığı barədə Ermənistan tərəfinin iddiaların heç bir əsası yoxdur. Boyukmillet.com xəbər verir ki, xarici işlər naziri Ceyhun Bayramov Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Draqana Kojiçlə görüşündə bunu …

Read More »

Ceyhun Bayramov Draqana Kojiçlə BQXK-nin Azərbaycanın Xankəndi şəhərindəki fəaliyyəti məsələlərini müzakirə edib

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Draqana Kojiç arasında görüş keçirilib. Boyukmillet.com xəbər verir ki, görüş zamanı, Azərbaycanla BQXK arasında əməkdaşlıq məsələləri, Laçın yolu ətrafında vəziyyət, habelə BQXK-nin Azərbaycanın Xankəndi şəhərində fəaliyyəti məsələləri müzakirə olunub. Görüşdə nazir Ceyhun Bayramov BQXK-nın ölkəmizdə həyata keçirdiyi fəaliyyətin əhəmiyyətini qeyd edib. Daha sonra, Laçın …

Read More »

Azərbaycanın Fransadakı səfirliyində Xocalı soyqırımının qurbanları anılıb

Fransanın paytaxtı Parisdə Azərbaycanın Fransadakı səfirliyinin və Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Xocalı soyqırımının 31-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib. Boyukmillet.com xəbər verir ki, tədbirdə Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva, Azərbaycanın UNESCO yanında daimi nümayəndəsi Elman Abdullayev, Türkiyənin Fransadakı səfiri Ali Onaner, Fransanın dövlət və ictimaiyyət nümayəndələri, akkreditə olunmuş diplomatik nümayəndəlik və beynəlxalq təşkilatların nümayəndələri, professorlar, KİV nümayəndələri iştirak …

Read More »

Azərbaycan XİN Xocalı soyqırımının 31-ci ildönümü ilə bağlı bəyanat yayıb

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Xocalı soyqırımının 31-ci ildönümü ilə bağlı bəyanat yayıb. Bu barədə XİN-dən bildirilib. Bəyanatda deyilir: “26 fevral 2023-cü il tarixində, Ermənistan silahlı qüvvələri tərəfindən Xocalıda törədilmiş dəhşətli soyqırımından 31 il ötür. Ermənistanın Azərbaycana qarşı onilliklər ərzində davam edən təcavüzü zamanı dinc əhaliyə qarşı törədilmiş ən ağır cinayətlərdən və Azərbaycan tarixinin ən faciəli səhifələrindən biri münaqişədən əvvəl …

Read More »

Ceyhun Bayramov: “Xocalıda törədilən cinayətlərin günahkarları hələ də cəzalandırılmayıb”

“Xocalıda törədilən cinayətlərin günahkarları hələ də cəzalandırılmayıb”. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bakıda Xocalı soyqırımının 31-ci ildönümünə həsr olunmuş tədbirdə deyib. Nazir xatırladıb ki, artıq bitmiş Ermənistan-Azərbaycan münaqişəsinin ən böyük qırğını 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda törədilib. “İnsanlar diri-diri yandırılıb, başları kəsilib, əzab və işgəncələrə məruz qalıb. Bu faciə nəticəsində 63-ü …

Read More »

XİN başçısı: “Hər kəs Azərbaycan-Türkiyə qardaşlığının sözdə yox, əməldə olduğunu gördü”

“Hər kəs Azərbaycan-Türkiyə qardaşlığının sözdə yox, əməldə olduğunu gördü”. Boyukmillet.com xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov deyib. Nazir vurğulayıb ki, Türkiyədə baş verən dəhşətli zəlzələ və onun ağrılı nəticələri hər kəsi sarsıdıb: “Ölkəmizdə elə bir şəxs yoxdur ki, bu faciəni öz faciəsi kimi qəbul etməsin. İlk saatlardan etibarən Azərbaycan Türkiyənin yanında olduğunu bildirdi və xilasedicilər Türkiyəyə yola salındı. …

Read More »