“Ermənistan və Türkiyə sərhəddəki Marqara körpüsünün tez bir zamanda istismara verilməsi üçün mümkün olan hər şeyi edəcək”. Boyukmillet.com-un xəbərinə görə, bunu Türkiyənin Ermənistanla münasibətlərin normallaşması üzrə xüsusi nümayəndəsi Serdar Kılıç “Armenpress”ə müsahibəsində deyib. O bildirib ki, tərəflərin son zamanlar atdığı addımlar münasibətlərin normallaşması prosesinə müsbət təsir göstərəcək: “Bu gün Ermənistan və Türkiyə üçüncü ölkə vətəndaşları üçün sərhədlərin açılması işinə yeni …
Read More »Azərbaycanın xilasediciləri Kahramanmaraşda daha bir müvəqqəti çadır şəhərciyi qurur
Azərbaycan Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları Türkiyənin Kahramanmaraş şəhərində zəlzələdən zərərçəkənlər üçün daha bir müvəqqəti çadır şəhərciyi qurur. “Report”un Türkiyəyə ezam olunmuş əməkdaşının xəbərinə görə, xilasedicilərimiz Azərbaycandan göndərilən çadırları Kahramanmaraş Sütçü İmam Universitetinin həyətində qurmağa başlayıb. Hazırda ərazidə 300 ədəd çadır qurulur və tez bir zamanda zəlzələdən zərərçəkmiş şəxslərə təhvil veriləcək. Xatırladaq ki, Azərbaycanın FHN əməkdaşları Türkiyənin Kahramanmaraş şəhərinin Doğukənd …
Read More »Bu gün Azərbaycandan Türkiyəyə 20 ədəd modul tipli müasir evlər göndərilib
Türkiyədə dağıdıcı zəlzələdən zərərçəkən insanlara dəstək məqsədilə Goranboy, Mingəçevir, Cəlilabad, Kürdəmir və Tərtər icra hakimiyyətlərinin sifarişi ilə Bakıda hazırlanan daha 20 müasir modul tipli ev bu gün qardaş ölkəyə yola salınıb. Boyukmillet.com xəbər verir ki, göndərilən 1 və 2 otaqlı modul tipli evlərdə 10-12 nəfərin yaşaması üçün lazımi şərait var. Azərbaycanın şəhər və rayon icra hakimiyyətləri tərəfindən Bakı şəhərində sifariş …
Read More »Türkiyədə zəlzələ nəticəsində 10 Azərbaycan vətəndaşı həlak olub – RƏSMİ
Türkiyədə aparılan axtarış-xilasetmə tədbirləri çərçivəsində indiyə qədər zəlzələ nəticəsində həlak olmuş Azərbaycan vətəndaşlarının sayı 10 nəfərə çatıb. Boyukmillet.com xəbər verir ki, əvvəlki günlərdə şəxsiyyətləri müəyyən edilmiş 6 nəfər vətəndaşımızdan əlavə, 2002-ci il təvəllüdlü İsmayıllı Hümam Fəxri oğlunun, 2000-ci il təvəllüdlü Nəzərzadə Gündüz Mübariz oğlunun, 2000-ci il təvəllüdlü Quliyev Samir Həsən oğlunun, 1950-ci il təvəllüdlü Qocayeva Lida Süleyman qızının vəfat etdikləri …
Read More »Türkiyədə zəlzələdə həlak olan azərbaycanlı tələbələrin cənazələri ölkəyə sabah gətiriləcək
“Türkiyədə baş vermiş zəlzələdə həlak olan azərbaycanlı tələbələrin (Samir Quliyev, Şahin Vəliyev, Hümam İsmayıllı və Gündüz Nəzərzadə) cənazələri fevralın 16-da ölkəyə gətiriləcək”. Bu barədə “Report” sorğusuna cavab olaraq Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə bildirib. Onun sözlərinə görə, cənazələrin Azərbaycana gətirilməsi üçün artıq hazırlıqlara başlanılıb: “Cənazələrin fevralın 15-dən 16-na keçən gecə ölkəyə gətirilməsi nəzərdə tutulub”. Xatırladaq ki, Malatya …
Read More »Polad Bülbüloğlu: “Rusiyadakı azərbaycanlılar birlik göstərərək Türkiyəyə yardım ediblər”
Rusiyada yaşayan azərbaycanlılar birlik göstərərək və öz imkanlarından istifadə edərək Türkiyəyə humanitar və maliyyə yardımı ediblər. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu bunu Səfirliyin müşavir-elçiləri İsmayıl Əsədov və Aqşin Əliyev Türkiyə Respublikasının Moksvadakı Səfirliyində olarkən deyib. Polad Bülbüloğlu Səfirliyin kollektivi və öz adından cari ilin 6 fevral tarixində baş vermiş və çoxsaylı insan tələfatına səbəb olmuş …
Read More »Zəlzələ baş verən gündən 513 nəfər Azərbaycan vətəndaşı ölkəyə təxliyə olunub
Zəlzələ baş vermiş gündən etibarən 513 nəfər Azərbaycan Respublikası vətəndaşı və onların yaxın ailə üzvləri olan xarici ölkə vətəndaşları zəlzələ bölgəsindən Azərbaycana təxliyə olunub. Türkiyədə baş vermiş zəlzələdən zərər çəkmiş Azərbaycan Respublikası vətəndaşlarının müəyyən edilməsi və onlara köməklik göstərilməsi istiqamətində işlər Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində, Türkiyə Respublikasındakı Səfirliyində, İstanbul və Qars şəhərlərindəki Baş konsulluqlarında yaradılmış Operativ Qərargahlar tərəfindən Türkiyə …
Read More »Ceyhun Bayramov Rusiya XİN-in nümayəndəsini Ermənistanın sülh prosesinə maneçiliyi barədə məlumatlandırıb
Ceyhun Bayramov Rusiya Federasiyasının xarici işlər nazirinin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndəsi İqor Xovayevlə görüşüb. Boyukmillet.com xəbər verir ki, görüş zamanı tərəflər arasında Ermənistan-Azərbaycan normallaşma prosesinin, sülh sazişi üzrə danışıqların cari vəziyyəti, Laçın yolunda etirazların müxtəlif aspektləri müzakirə edilib. Ceyhun Bayramov ölkəmizin həm ərazilərinin işğalı dövründə, həm də post-münaqişə dövründə göstərdiyi konstruktiv yanaşmalara, 44 günlük müharibədən sonra sülh prosesi …
Read More »Azərbaycanın və İsrailin NATO-dakı səfirləri regiondakı vəziyyəti müzakirə ediblər
Azərbaycanın NATO-dakı nümayəndəliyinin rəhbəri Cəfər Hüseynzadə İsrailin Avropa İttifaqı (Aİ) və NATO-dakı səfiri Haim Regevlə regiondakı vəziyyəti müzakirə edib. Boyukmillet.com xəbər verir ki, bu barədə Cəfər Hüseynzadə tviterdə bildirib. “Biz NATO tərəfdaşlığı, regiondakı vəziyyəti və qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə etdik. Biz Azərbaycanın İsraildə səfirliyinin açılmasını yüksək qiymətləndiririk”, – diplomat yazıb.
Read More »Azərbaycanlı deputatlar BMT-də Ermənistanın ekoloji terroru barəsində çıxış ediblər
Azərbaycanlı deputatlar BMT-də Ermənistanın ekoloji terroru barəsində çıxış ediblər. Boyukmillet.com xəbər verir ki, BMT-nin Nyu-Yorkdakı baş qərargahının ev sahibliyi və təşkilata üzv olan 196 ölkənin parlament nümayəndələrinin iştirakı ilə “İnsanlar və planet üçün su israfçılığını dayandırın, oyunu dəyişdirin, gələcəyə sərmayə qoyun” başlıqlı 2023-cü il üzrə illik parlament dinləməsi baş tutub. BMT Baş Assambleyasının 77-ci sessiyasının Prezidenti Caba Korosinin təşəbbüsü ilə …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar