Pakistan hökuməti və xalqı Azərbaycanın Tehrandakı səfirliyinə hücumdan dərin kədər hissi keçirir. Boyukmillet.com xəbər verir ki, bu barədə Pakistan Xarici İşlər Nazirliyi (XIN) bəyanat yayıb. Pakistan hökuməti həlak olanın ailəsinə dərin hüznlə başsağlığı verib və yaralıların tezliklə sağalması üçün dua edib. Rəsmi bəyanatda daha sonra bildirilir ki, Pakistan bu kədərli anda qardaş Azərbaycan xalqı ilə həmrəydir.
Read More »Aİ Azərbaycana başsağlığı verib
Avropa İttifaqı (Aİ) Azərbaycana başsağlığı verib. Boyukmillet.com xəbər verir ki, bu barədə Aİ-nin Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozep Borrellin mətbuat katibi Peter Stano tviter hesabında yazıb. “Aİ Azərbaycanın Tehrandakı səfirliyinə hücumla bağlı Azərbaycan XİN və Azərbaycan xalqına başsağlığı verir. Diplomatik nümayəndəliklərə hücumlar qəbuledilməzdir. Dualarımız həlak olan şəxsin ailəsi ilədir, yaralıların tezliklə sağalmasını arzu edirik və hücumun tam …
Read More »Ərdoğan Azərbaycanın İrandakı səfirliyinə terror hücumunu qınayıb
“Azərbaycanın Tehrandakı səfirliyində bir mühafizə əməkdaşının şəhid olduğu hücumu şiddətlə qınayıram”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tviterdə yazıb. “Azərbaycanlı qardaşlarımıza başsağlığı verir, yaralılara şəfa diləyirəm. Türkiyə can dostu və qardaşı Azərbaycanın yanındadır”, – dövlət başçısı bildirib. Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycanın İrandakı səfirliyinə terror hücumu olub. Terroru törədən …
Read More »Səudiyyə Ərəbistanı XİN Azərbaycan xalqına başsağlığı verib
Səudiyyə Ərəbistanı Krallığının Xarici İşlər Nazirliyi (XİN) Azərbaycanın İrandakı səfirliyinə silahlı hücumu pisləyib. Boyukmillet.com xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistan XİN-dən bildirilib: “Səudiyyə Ərəbistanın Xarici İşlər Nazirliyi İranın paytaxtı Tehranda Azərbaycan Respublikasının səfirliyinə bir nəfərin ölümü və bir neçə nəfərin xəsarət alması ilə nəticələnən silahlı hücumu qətiyyətlə pislədiyini bildirir. Nazirlik bu çətin vaxtda Krallığın Azərbaycan Respublikası və onun dost …
Read More »Litva səfirliyi Azərbaycan xalqına başsağlığı verib
Litvanın Azərbaycandakı səfirliyi Azərbaycanın İrandakı səfirliyinə təşkil edilən terror hücumu ilə bağlı başsağlığı verib. Boyukmillet.com xəbər verir ki, bu barədə qurumun tviterində paylaşım edilib. “Azərbaycanın Tehrandakı səfirliyinə edilən terror hücumu qəbuledilməzdir”, – paylaşımda bildirilib. Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum olub. Məlumata görə, hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla …
Read More »XİN: “Rusiya Azərbaycan və Ermənistan arasında danışıqları təşkil etməyə hazırdır”
“Rusiya XİN rəhbəri Sergey Lavrovun iştirakı ilə Azərbaycan və Ermənistan arasında danışıqları təşkil etməyə hazırdır”. Boyukmillet.com xəbər verir ki, bunu Rusiya XİN sözçüsü Mariya Zaxarova deyib. O bildirib ki, vaxtaşırı yaranan çətinliklər danışıqlar prosesinin “dondurulması” və ölkələr arasında münasibətlərin normallaşması üçün səbəb olmamalıdır: “Danışıqları mümkün qədər tez bərpa etməliyik”.
Read More »Moldova XİN Azərbaycan xalqına başsağlığı verib
Moldovanın Xarici İşlər Nazirliyi (XİN) Azərbaycanın İrandakı səfirliyinə təşkil edilən terror hücumu ilə bağlı Azərbaycan xalqına başsağlığı verib. Boyukmillet.com xəbər verir ki, bu barədə nazirliyin tviterində paylaşım edilib. “Moldova bu gün Azərbaycanın İrandakı səfirliyinə edilən silahlı hücumu, mühafizə rəisinin həlak olması və iki mühafizəçinin yaralanmasını qətiyyətlə pisləyir”, – tvitdə bildirilib. Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində …
Read More »MM-in komitə sədri: “Heç kim bizi doğru bildiyimiz yoldan döndərə bilməyəcək”
“Azərbaycanın İrandakı səfirliyinə qarşı törədilən xain terror hücümunu şiddət və hiddətlə qınayırıq. Heç kim və heç nə bizi doğru bildiyimiz yoldan döndərə bilməyəcək”. Komitə sədrinin sözlərinə görə, ölkəmizə qarşı yönələn bu alçaq hücumu törədənlər və bunu planlaşdıranlar bilməlidir ki, Azərbaycan dövləti və xalqı kimlikləri xurafatdan, cahillikdən və satqınlıqdan yoğrulmuş qüvvələrə qarşı hər zaman mübarizə aparıb və bu mübarizələrdən də hər …
Read More »Azərbaycanın İrandakı səfiri: “Biz terror aktını törədənlərin cəzalandırılmasını tələb edirik”
Azərbaycanın İrandakı səfiri Əli Əlizadə Azərbaycanın İrandakı səfirliyinə silahlı hücuma görə məsuliyyət daşıyanların cəzalandırılmasına çağırıb. Boyukmillet.com xəbər verir ki, bu barədə diplomat feysbukda yazıb. “Səfirliyimizə edilmiş silahlı hücüm nəticəsində dəyərli əməkdaşımız Orxan Əsgərov mühafizəni təmin edərkən qətlə yetirilib, 2 əməkdaşımız yaralanıb”, – səfir qeyd edib. O, Orxan Əsgərovun ailə üzvlərinə və əzizlərinə öz adından və səfirliyin əməkdaşları adından dərin hüznlə başsağlığı …
Read More »Gürcüstan XİN Azərbaycan səfirliyinə hücumu pisləyib
“Azərbaycanın İrandakı səfirliyinə hücumu qətiyyətlə pisləyirik” Boyukmillet.com xəbər verir ki, bu barədə Gürcüstan XİN-dən bildirilib. “Hər hansı diplomatik nümayəndəliyə qarşı hər hansı zorakılıq hərəkəti tamamilə qəbuledilməzdir. Faciə qurbanının ailəsinə başsağlığı veririk”, – məlumatda vurğulanıb. Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycanın İrandakı səfirliyinə terror hücumu olub. Terroru törədən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar