Cümə axşamı , 19 Mart 2026

Xarici siyasət

Siyasi texnoloq: “Dünyanın istənilən ölkəsində səfirliklərə hücum yerli hakimiyyətin zəifliyindən xəbər verir”

“Dünyanın istənilən ölkəsində səfirliklərə hücum həmişə ya hər hansı ekstremist təşkilatların hücumlarının və təxribatlarının qarşısını ala bilməyən yerli hakimiyyət orqanlarının zəifliyindən, ya da yerli hakimiyyətin səfirliyi hücuma məruz qalan dövlətin siyasətindən narazı olmasından xəbər verir”. Bunu “Report”a açıqlamasında siyasi elmlər namizədi, israilli siyasi texnoloq Yuri Boçarov deyib. “İran məsələsində biz bu amillərin hər ikisini görürük. Hakimiyyət öz xalqının narazılığını repressiya …

Read More »

İran səfiri Azərbaycan XİN-ə çağırılıb

İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi ölkəmizin İrandakı Səfirliyinə qarşı terror hücumu ilə əlaqədar olaraq Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb. Boyukmillet.com xəbər verir ki, görüşdə Azərbaycanın Tehrandakı Səfirliyinə qarşı törədilmiş silahlı basqının, terror aktının şiddətlə qınanıldığı, diplomatik nümayəndəliklərə qarşı bu kimi hücumların qəbuledilməz olduğu və “Diplomatik Münasibətlər haqqında Vyana Konvensiyası”ndan irəli gələrək nümayəndəliyin binasını hər cür hücumlardan qorumaq və onun …

Read More »

İtaliya Azərbaycanın səfirliyinə xaincəsinə edilmiş hücumdan hiddətlənib

“İtaliya səfirliyi Azərbaycanın İrandakı səfirliyinə xaincəsinə edilmiş hücumdan hiddətlənib və mərhumun ailəsinə dərin hüznlə başsağlığı verir”. Boyukmillet.com xəbər verir ki, bu barədə səfirliyin tviter səhifəsində məlumat verilib. “Biz yaralıların tezliklə sağalmasını arzulayır və təhlükəsizlik qüvvələrinin cəld və cəsarətli reaksiyasına heyran olduğumuzu bildiririk”, – paylaşımda qeyd edilib. Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran …

Read More »

Hikmət Hacıyev və Corc Dik Azərbaycanın İrandakı səfirliyinə hücumu müzakirə edib

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İsrailin ölkəmizdəki səfiri Corc Diklə görüşüb. Boyukmillet.com xəbər verir ki, bu barədə israilli diplomat tviterdə yazıb. O, görüşdə vacib müzakirələr aparıldığını qeyd edib: “Azərbaycanın Tehrandakı səfirliyinə qarşı törədilmiş terror aktı ilə bağlı başsağlığı verdim və Azərbaycan xalqı ilə həmrəy olduğumuzu bir daha bildirdim”. Xatırladaq ki, yanvarın 27-də …

Read More »

Britaniya səfiri: “Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum xəbəri məni sarsıtdı”

“Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum və səfirlik əməkdaşının qətlə yetirilməsi xəbəri məni sarsıtdı”. Boyukmillet.com xəbər verir ki, bunu Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld tviterdə yazıb. “Qətlə yetirilən şəxsin ailəsinə başsağlığı verir, yaralılara şəfa diləyirəm”, – o bildirib. Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə silahlı hücum olub. Məlumata görə, …

Read More »

MM-in komitə sədri: “Azərbaycan səfirliyinə hücuma görə birbaşa İran məsuliyyət daşıyır və cavab verməlidir”

“İranda səfirliyimizə edilən silahlı hücum Azərbaycan dövlətinə qarşı yönələn düşmənçiliyin təzahürüdür”. Bunu “Report”a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov deyib. O bildirib ki, Azərbaycanın Tehrandakı səfirliyinə edilən silahlı hücum vəhşilik aktıdır: “1961-ci ildə qəbul olunan Vyana Konvensiyasına görə diplomatik nümayəndəliklərin təhlükəsizliyini diplomatik nümayəndiliyin yerləşdiyi dövlət təmin etməlidir. Bu, bütün dünyada qəbul olunub və Konvensiyanın …

Read More »

Azərbaycanın İrandakı səfirliyinə silahlı hücumun anbaan görüntüləri yayılıb – VİDEO

Bu gün səhər saatlarında Azərbaycanın İrandakı səfirliyinə edilən silahlı hücumun anbaan görüntüləri yayılıb. Boyukmillet.com xəbər verir ki, görüntülər Azərbaycanın diplomatik korpusunun müşahidə kameraları tərəfindən lentə alınıb. Görüntülərdə Azərbaycan səfirliyinin əməkdaşlarının terrorçunu qəhrəmancasına zərərsizləşdirməyə cəhd göstərdiyi öz əksini tapıb. Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum olub. Məlumata görə, hücum edən şəxs “Kalaşnikov” …

Read More »

Diplomat: “Son 2 ildə Azərbaycanın diplomatik missiyalarına 5 dəfə hücum olub”

“Biz diplomatik missiyalara edilən istənilən hücumu qətiyyətlə pisləyirik və ev sahibi ölkəni Vyana Konvensiyasını həyata keçirməyə çağırırıq”. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycanın NATO-dakı nümayəndəsi Cəfər Hüseynzadə tviterdə yazıb. O bildirib ki, bu, son 2 ildə Azərbaycanın diplomatik missiyalarına 5-ci hücumdur. Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə silahlı hücum …

Read More »

Ukrayna XİN Azərbaycanın İrandakı səfirliyinə hücumu pisləyib

Ukrayna Xarici İşlər Nazirliyi (XİN) Azərbaycanın İrandakı səfirliyinə silahlı hücumu pisləyib. Boyukmillet.com xəbər verir ki, bu barədə Ukrayna XİN-in mətbuat katibi Oleq Nikolenko tviterdə yazıb. “Ukrayna Azərbaycanın Tehrandakı səfirliyinə bu gün bir nəfərin ölümü və bir neçə təhlükəsizlik əməkdaşının yaralanması ilə nəticələnən hücumu qətiyyətlə pisləyir. Qurbanın yaxınlarına dərin hüznlə başsağlığı verir, yaralıların tezliklə sağalmasını diləyirik”, – paylaşımda bildirilib.

Read More »

Türkiyə XİN başçısı Azərbaycana başsağlığı verib

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycanın İrandakı səfirliyinə hücumla bağlı başsağlığı verib, yaralılara şəfa arzulayıb. Boyukmillet.com xəbər verir ki, M.Çavuşoğlu bununla bağlı Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramova zəng edib. Türkiyə XİN başçısı İrandakı səfirliyə hücumu qınayıb, daim Azərbaycanın yanında olduqlarını bildirib. Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum olub. …

Read More »