Albaniya Respublikasının Baş naziri Edi Rama aprelin 14-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib. Boyukmillet.com xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Albaniyanın Baş nazirinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Baş nazir Edi Ramanı hava limanında Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev, xarici işlər nazirinin müavini Xələf Xələfov və digər rəsmi şəxslər qarşılayıblar.
Read More »Ukrayna Xalqları Assambleyasının rəhbəri Avropanı Ukraynanı dəstəkləməyə çağırıb
Ukrayna Xalqları Assambleyasının rəhbəri Flensburqda (Almaniya) keçirilən Avropa Etnik Xalqlar İttifaqının (FUEN) beynəlxalq konfransında iştirak edib. Boyukmillet.com-a Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri Rövşən Tağıyevin verdiyi məlumata görə, Avropa Parlamentinin deputatları, Avropa ölkələrinin siyasətçiləri və müxtəlif qurumlarının rəhbərlərinin iştirak etdiyi konfransda etnik azlıqların üzləşdiyi problemlərə toxunulub. Ukrayna Xalqları Assambleyasının rəhbəri Rövşən Tağıyev çıxışında Rusiyanın Ukraynaya təcavüzünə diqqət çəkərək bildirib ki, hazırda …
Read More »Azərbaycan və Almaniya arasında gələcək əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparılıb
Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov Almaniya Federativ Respublikasının ölkəmizdəki səfiri Volfqanaq Maniqi iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinin qeyd olunması münasibətilə qəbul edib. Boyukmillet.com xəbər verir ki, görüşdə Azərbaycan və Almaniya arasında diplomatik münasibətlərin tarixinə nəzər salınıb, iki ölkə arasında əlaqələrin bütün səviyyələrdə inkişaf etdiyi qeyd edilib və gələcək əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparılıb. X.Xələfov …
Read More »Kamran Əliyev Özbəkistanın Baş prokuroru ilə görüşüb
Aprelin 13-də Azərbaycanın Baş prokuroru Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Özbəkistanın Baş prokuroru Niqmatilla Yuldaşev arasında ikitərəfli görüş keçirilib. Boyukmillet.com xəbər verir ki, görüşdən əvvəl nümayəndə heyəti “Yangi Özbəkistan” parkına gələrək Müstəqillik Abidəsinin önünə əklil qoyub. Qonaqları səmimi salamlayan N.Yuldaşev bütün sahələrdə olduğu kimi ölkələrimizin prokurorluq orqanları arasında əməkdaşlığın yüksək səviyyədə olduğunu bildirib. K.Əliyev yüksək qonaqpərvərliyə və səmimi qəbula …
Read More »XİN başçısı: “Azərbaycanın təklif etdiyi beş prinsipin Ermənistanın qəbul etməsi mühüm addımdır”
“Azərbaycanın təklif etdiyi beş əsas prinsipin Ermənistanın qəbul etməsini ilk və mühüm addım hesab edirik”. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib. O xatırladıb ki, son illər Azərbaycan Ermənistanı münasibətləri normallaşdırmağa çağırır və bu istiqamətdə səy göstərir: “Bununla bağlı Azərbaycan beynəlxalq hüquqa əsaslanan və həyata keçirilməsi Ermənistan üçün də faydalı olan beş əsas prinsip …
Read More »Ceyhun Bayramov: “Ermənistanın XİN başçısı ilə müzakirələr konstruktiv keçdi”
“Ümumilikdə Ermənistan xarici işlər naziri ilə müzakirələr konstruktiv keçdi”. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib. Nazir bildirib ki, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesi, zaman və gələcək addımlar tələb edir. “Azərbaycan öz xoş niyyətini nümayiş etdirib”, – XİN başçısı vurğulayıb. Qeyd edək ki, aprelin 11-də Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat …
Read More »ADA Universitetində BMT modeli üzrə konfransın açılışı olub
“Bu il əməkdaşlığımız baxımından xüsusi bir ildir. Otuz il əvvəl Azərbaycan BMT-yə üzv qəbul olundu və Bakıda təşkilatın nümayəndəliyi açıldı”. Boyukmillet.com xəbər verir ki, bunu Birləşmiş Millətlər Təşkilatının (BMT) Azərbaycandakı rezident-koordinatoru Vladanka Andreyeva ADA Universitetində keçirilən BMT modeli üzrə konfransın açılış mərasimində bildirib. Onun sözlərinə görə, üç gün davam edəcək konfransın işində müxtəlif universitetləri təmsil edən 85-dək tələbə iştirak edir.
Read More »Kamran Əliyev Özbəkistana rəsmi səfərə gedib
Azərbaycan və Özbəkistan prokurorluqları arasında işgüzar əlaqələrin daha da möhkəmləndirilməsi məqsədi ilə Baş prokuror Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti özbəkistanlı həmkarı Niqmatilla Yuldaşevin dəvəti ilə Daşkəndə rəsmi səfər edib. Boyukmillet.com xəbər verir ki, səfər çərçivəsində cinayətkarlığa qarşı mübarizədə birgə fəaliyyətin daha da gücləndirilməsi məqsədilə bir sıra görüşlərin keçirilməsi nəzərdə tutulub.
Read More »Ceyhun Bayramov: “Ermənistanın XİN başçısı ilə müzakirələr konstruktiv keçdi”
“Ümumilikdə Ermənistan xarici işlər naziri ilə müzakirələr konstruktiv keçdi”. Boyukmillet.com xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov deyib. Aprelin 11-də Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan arasında telefon danışığı olub. Bildirilib ki, hər iki dövlətin rəhbərləri səviyyəsində əldə olunmuş razılaşmaların davamı olaraq tərəflər gələcək sülh sazişinin hazırlanması, Birgə Sərhəd Komissiyasının …
Read More »XİN rəhbəri: “Azərbaycan hər zaman BMT-nin əsas prinsiplərinə sadiq olub”
“BMT-yə üzv qəbul olunduqdan sonra Azərbaycan daim təşkilatın əsas prinsiplərinə sadiq olub”. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ADA Universitetində keçirilən BMT modeli üzrə konfransın açılış mərasimində bildirib. O, sözügedən konfransın BMT-Azərbaycan münasibətlərinin 30 illiyinə həsr olunmuş silsilə tədbirlərdən biri olduğunu deyib. Onun sözlərinə görə, Azərbaycan BMT-nin sülhməramlı missiyalarında iştirak edib, pandemiya zamanı dəstəyini nümayiş etdirib: “Azərbaycan …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar