İsrail Dövlətinin Prezidenti İsxak Hersoq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məktub ünvanlayıb. Boyukmillet.com xəbər verir ki, məktubda deyilir:“Zati-aliləri, İcazə verin, İsrail Dövləti və xalqı adından bu əlamətdar gün – ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibətilə Sizi təbrik edim. Bu ildönümü İsrail Dövləti və Azərbaycan Respublikası arasında yaxşı ikitərəfli münasibətlərdən, o cümlədən siyasi, iqtisadi, mədəni və bir çox müxtəlif …
Read More »Azərbaycanın xarici işlər naziri İsraildə törədilən terror aktını qınayıb
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İsrailə başsağlığı verib. Boyukmillet.com xəbər verir ki, nazir başsağlığını aprelin 8-də Bakıda İsrail-Azərbaycan Hökumətlərarası Birgə Komissiyasının həmsədri, İsrailin turizm naziri Yoel Razvozov ilə görüşdə çatıdırb. C.Bayramov dünən Tel-Əvivdə baş vermiş terror aktı ilə bağlı başsağlığı verib, terrordan əziyyət çəkən ölkə kimi Azərbaycanın terrorçuluğun bütün forma və təzahürlərini qətiyyətlə qınadığını bildirib.
Read More »Əliyevdən Brüssel görüşü haqda İLK MÜHÜM AÇIQLAMA
“Ermənistanla sülh müqaviləsi üzərində iş hər iki ölkənin ərazi bütövlüyünün qarşılıqlı tanınması əsasında aparılacaq”. Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə dövlət başçısı Rəcəb Tayyib Ərdoğanla telefon danışığı zamanı bildirib. Dövlət başçısı Azərbaycanın təqdim etdiyi baza prinsipləri, o cümlədən ərazi bütövlüyünün qarşılıqlı tanınması və ərazi iddialarından imtina edilməsi daxil olmaq şərti ilə sülh müqaviləsinin hazırlanması üzrə Ermənistan və Azərbaycan arasında …
Read More »Çin XİN: “Azərbaycanla Ermənistan arasında danışıqları alqışlayırıq”
“Çin Azərbaycanla Ermənistan arasında Brüsseldə keçirilən danışıqları alqışlayır”. Boyukmillet.com xəbər verir ki, bunu Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Çjao Litszyan aprelin 7-də keçirdiyi brifinqdə bildirib. “Rəsmi Pekin tərəflərin atəşkəs haqqında razılaşmaya birlikdə əməl edəcəyinə, regional sülh və sabitliyi dəstəkləyəcəklərinə ümid edir”, – o söyləyib. XİN rəsmisi qeyd edib ki, Azərbaycan və Ermənistan Çinin tərəfdaşıdır: “Biz fikir ayrılığının danışıqlar yolu …
Read More »Peskov: “Rəsmi Moskva Bakı-İrəvan görüşünü müsbət qiymətləndirir”
“Rəsmi Moskva Bakı ilə İrəvan arasında Brüsseldə keçirilən danışıqları müsbət dəyərləndirir”. Boyukmilet.com “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
Read More »XİN: “Azərbaycan-İsrail əməkdaşlığının daha da inkişafını səbirsizliklə gözləyirik”
Azərbaycan və İsrail arasında diplomatik əlaqələrin yaradılmasından 30 il ötür. Boyukmillet.com xəbər verir ki, Azərbaycan Xarici İşlər Nazirliyi bu münasibətlə tviter səhifəsində paylaşım edib. “Bu gün Azərbaycan və İsrail arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümüdür. Biz bu münasibətlə İsrailin hökuməti və xalqına ən xoş arzularımızı çatdırırıq. Azərbaycan və İsrail arasında əməkdaşlığının daha da inkişafını səbirsizliklə gözləyirik”, – nazirlikdən bildirilib. Today …
Read More »Azərbaycan XİN: “Brüssel görüşü bölgənin gələcək sülh və əmin-amanlığı üçün növbəti önəmli addımdır”
Azərbaycan Xarici İşlər Naziriliyi Brüsseldə Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi və iştirakı ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan arasında keçirilən görüş barədə məlumat yayıb. Boyukmillet.com xəbər verir ki, məlumatda deyilir: “Tərəflərin hələ 2021-ci ilin 15 dekabr tarixində baş tutan birgə görüşünün davamı olaraq keçirilən bu görüş, bölgədəki vəziyyətin müzakirəsi, o cümlədən bölgənin təhlükəsizlik, sabitlik …
Read More »Şarl Mişel: Azərbaycan və Ermənistan sülh müqaviləsinin hazırlanması barədə razılığa gəliblər
Azərbaycan və Ermənistan XİN rəhbərlərinə gələcək sülh müqaviləsinin hazırlanması üzərində işə başlamağı tapşırmaq barədə razılığa gəliblər. Boyukmillet.com xəbər verir ki, bu barədə Avropa İttifaqı (Aİ) Şurasının prezidenti Şarl Mişelin Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanla ikinci üçtərəfli görüşündən sonra bəyanatında deyilir. “Şarl Mişel həm Azərbaycan Prezidenti İlham Əliyevin, həm də baş nazir Nikol Paşinyanın ölkələri arasında sülh …
Read More »Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası məqsədilə Birgə Sərhəd Komissiyasının iclası keçiriləcək
Azərbaycanla Ermənistan arasında sərhədin delimitasiyası məqsədilə Soçi Bəyanatına (26 noyabr 2021-ci il) uyğun olaraq aprelin sonunadək Birgə Sərhəd Komissiyasının iclasının çağırılması qərara alınıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Miçelin Azərbaycan Prezidenti İlham Əliyev və Nikol Paşinyanla görüşünün yekunlarına dair bəyanatında bildirilib. Birgə Sərhəd Komissiyasının mandatı Ermənistanla Azərbaycan arasında ikitərəfli sərhədin delimitasiyası, sərhəd xətti boyunca və onun …
Read More »Aİ Şurasının Prezidenti İlham Əliyev və Nikol Paşinyanla görüşünə dair bəyanat yayıb
Avropa İttifaqı (Aİ) Şurasının prezidenti Şarl Mişel Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanla ikinci üçtərəfli görüşündən sonra bəyanat yayıb. Boyukmillet.com-un xəbərinə görə, bəyanatda vurğulanır ki, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel Cənubi Qafqaz regionundakı vəziyyətin müzakirəsini davam etdirmək və hər iki ölkə ilə Aİ-nin əlaqələrini inkişaf etdirmək üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistan Respublikasının Baş naziri …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar