Cümə , 26 Aprel 2024

Xarici siyasət

Azərbaycan XİN Fransaya cavab verib

Azərbaycanın razılığı əsasında Fransanın 25 ilə yaxın müddətdə vasitəçilik roluna baxmayaraq, bu ölkənin 2020-ci il Vətən müharibəsindən sonra açıq-aşkar anti-Azərbaycan addımları hər kəsə məlumdur. Fransa tərəfinin Azərbaycanı birtərəfli hərəkətlərdə təqsirləndirməsinə baxmayaraq, ölkəmizin Fransaya qarşı addımları və verdiyi rəsmi bəyanatlar yalnız bu ölkənin destruktiv fəaliyyətinə cavab xarakterli olub. Ölkəmizə qarşı qarayaxma kampaniyasına baxmayaraq, tərəfimizdən hər zaman dialoq qapıları açıq saxlanılıb. Fransa …

Read More »

Aleksandr Vuçiç Prezident İlham Əliyevə zəng edib

Aprelin 16-da Serbiya Respublikasının Prezidenti Aleksandr Vuçiç Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib və son dövrlərdə Serbiyanın məruz qaldığı təzyiqlər haqqında məlumat verərək dost Azərbaycan xalqının dəstəyini xahiş edib. Boyukmillet.com xəbər verir ki, bu barədə məlumatı Azərbaycan Prezidentinin Mətbuat Xidməti yayıb. Prezident İlham Əliyev Azərbaycan və Serbiyanın qarşılıqlı surətdə həmişə bir-birilərinin ərazi bütövlüyünü və suverenliyini dəstəklədiklərini bildirərək bundan sonra …

Read More »

Avropalı politoloq: Bakı ilə Belqrad arasında münasibətlər sabit yüksəliş trendinə malikdir

Son 15 ildə Serbiya ilə Azərbaycan arasında ikitərəfli münasibətlər sabit yüksəliş tendensiyasına malikdir. Boyukmillet.com xəbər verir ki, bu barədə “Report”a açıqlamasında serbiyalı politoloq Stefan Antiç deyib. Onun sözlərinə görə, bu tendensiyaların ən mühüm hərəkətverici qüvvələrindən biri ərazi bütövlüyünə təhdid kimi ümumi çağırışlar, həmçinin Avropada 2022-ci ildən başlayan enerji böhranından çıxış yolunun tapılması zərurətidir: “Serbiya və Azərbaycan arasında qarşılıqlı diplomatik dəstək qısa …

Read More »

Azərbaycan Nyu-Yorkda yüksək səviyyəli gənclər forumunda təmsil olunacaq

Azərbaycanın gənclər və İdman naziri Fərid Qayıbov BMT-nin İqtisadi və Sosial Şurasının (UN ECOSOC) Nyu-Yorkda keçiriləcək Yüksəksəviyyəli Gənclər Forumunda iştirak edəcək. “Report”un ABŞ bürosu xəbər verir ki, nazir forum çərçivəsində aprelin 18-də Qoşulmama Hərəkatı Gənclər Təşkilatının (QHGT) təşəbbüsü və Birləşmiş Ərəb Əmirliklərinin BMT yanında daimi Nümayəndəliyinin birgə təşkilatçılığı ilə keçiriləcək “COP28-dən COP29-a: Gənclər İqlim Dəyişikliyinə Qarşı Mübarizədə Liderlik edir” başlıqlı …

Read More »

Ceyhun Bayramov Özbəkistan Prezidenti ilə görüşüb

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovu qəbul edib. Boyukmillet.com xəbər verir ki, tərəflər Özbəkistanla Azərbaycan arasında strateji tərəfdaşlıq və çoxşaxəli əməkdaşlığın daha da genişləndirilməsi perspektivlərini müzakirə ediblər. Əməkdaşlığın 10 yeni sahəsi üzrə perspektiv layihələrə xüsusi diqqət yetirilib. Tərəflər, həmçinin yüksək səviyyədə qarşıdan gələn görüşlərin və tədbirlərin cədvəlinə baxıblar.

Read More »

Ceyhun Bayramov Özbəkistana işgüzar səfərə yola düşüb

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Özbəkistan Respublikasına işgüzar səfərə yola düşüb. Boyukmillet.com xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyindən bildirilib. Səfər çərçivəsində nazir Ceyhun Bayramovun Körfəz Əməkdaşlıq Şurası ilə Mərkəzi Asiya ölkələri arasında Strateji Dialoqun ikinci nazirlər iclasında fəxri qonaq qismində iştirakı, habelə bir sıra ikitərəfli görüşlər keçirməsi nəzərdə tutulur.

Read More »

XİN: Azərbaycan İranla İsrail arasında artan gərginlikdən dərin narahatdır

Azərbaycan İran və İsrail arasında artan gərginlikdən dərin narahatdır. Boyukmillet.com xəbər verir ki, bu, Azərbaycanın Xarici İşlər Nazirliyinin “X”dəki paylaşımında deyilir. “Biz bütün tərəfləri təmkinli olmağa və Yaxın Şərqdə vəziyyəti daha da gərginləşdirəcək təhlükəli eskalasiyadan qaçmağa çağırırıq”, – XİN qeyd edib.

Read More »

Tacikistan Prezidenti Azərbaycana səfər edəcək

Tacikistan Prezidenti Emoməli Rəhmon bu il mayın üçüncü ongünlüyündə Azərbaycana dövlət səfəri etməyi planlaşdırır. Boyukmillet.com xəbər verir ki, bu barədə Tacikistan Xarici İşlər Nazirliyi Azərbaycan XİN başçısı Ceyhun Bayramov və tacik həmkarı Sirociddin Muxriddin arasında keçirilən görüşdən sonra məlumat yayıb. Nazirlərin görüşü Minskdə Müstəqil Dövlətlər Birliyinin Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) iclası çərçivəsində baş tutub. “Nazirlər həmçinin mayın ikinci ongünlüyündə …

Read More »

“Azərbaycanda xristian irsi” sənədli filmi Albaniya Dövlət Televiziyasında yayımlanıb

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin “Azərbaycanda yaşayan müxtəlif xalqların mədəniyyətinin, adət-ənənələrinin təbliğ edilməsi” layihəsi çərçivəsində hazırladığı “Azərbaycanda xristian irsi” sənədli filmi Albaniyanın Dövlət Radio Televiziyasında yayımlanıb. Boyukmillet.com xəbər verir ki, Mərkəz tərəfindən hazırlanan sənədli filmdə Azərbaycanda yaşayan xristianlar, onların həyat tərzi, adət-ənənələri, mədəniyyəti barədə geniş məlumat verilir. Bildirilir ki, Azərbaycan dövləti Qafqaz Albaniyasının qədim və zəngin tarixinin öyrənilməsi, əsl elmi və …

Read More »