Cümə , 26 Aprel 2024

Xarici siyasət

XİN: Azərbaycan İranla İsrail arasında artan gərginlikdən dərin narahatdır

Azərbaycan İran və İsrail arasında artan gərginlikdən dərin narahatdır. Boyukmillet.com xəbər verir ki, bu, Azərbaycanın Xarici İşlər Nazirliyinin “X”dəki paylaşımında deyilir. “Biz bütün tərəfləri təmkinli olmağa və Yaxın Şərqdə vəziyyəti daha da gərginləşdirəcək təhlükəli eskalasiyadan qaçmağa çağırırıq”, – XİN qeyd edib.

Read More »

Tacikistan Prezidenti Azərbaycana səfər edəcək

Tacikistan Prezidenti Emoməli Rəhmon bu il mayın üçüncü ongünlüyündə Azərbaycana dövlət səfəri etməyi planlaşdırır. Boyukmillet.com xəbər verir ki, bu barədə Tacikistan Xarici İşlər Nazirliyi Azərbaycan XİN başçısı Ceyhun Bayramov və tacik həmkarı Sirociddin Muxriddin arasında keçirilən görüşdən sonra məlumat yayıb. Nazirlərin görüşü Minskdə Müstəqil Dövlətlər Birliyinin Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) iclası çərçivəsində baş tutub. “Nazirlər həmçinin mayın ikinci ongünlüyündə …

Read More »

“Azərbaycanda xristian irsi” sənədli filmi Albaniya Dövlət Televiziyasında yayımlanıb

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin “Azərbaycanda yaşayan müxtəlif xalqların mədəniyyətinin, adət-ənənələrinin təbliğ edilməsi” layihəsi çərçivəsində hazırladığı “Azərbaycanda xristian irsi” sənədli filmi Albaniyanın Dövlət Radio Televiziyasında yayımlanıb. Boyukmillet.com xəbər verir ki, Mərkəz tərəfindən hazırlanan sənədli filmdə Azərbaycanda yaşayan xristianlar, onların həyat tərzi, adət-ənənələri, mədəniyyəti barədə geniş məlumat verilir. Bildirilir ki, Azərbaycan dövləti Qafqaz Albaniyasının qədim və zəngin tarixinin öyrənilməsi, əsl elmi və …

Read More »

Haaqada Azərbaycanın iddiası üzrə ilk rəsmi məhkəmə prosesi keçirilib, Ermənistandan təzminatı tam ödəməsi tələb olunur

Haaqa Sülh Sarayında “Avropanın Vəhşi Təbiəti və Təbii Yaşayış Yerlərinin Mühafizəsi üzrə Bern Konvensiyası”na əsasən dövlətlərarası arbitraj çərçivəsində Azərbaycanın iddiası üzrə ilk rəsmi məhkəmə prosesi keçirilib. Bu barədə  Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, Ermənistan tərəfindən Azərbaycan ərazilərində 30 illik qeyri-qanuni işğalı zamanı törədilən ətraf mühitin geniş şəkildə dağıdılmasına dair mövcud olan külli miqdarda dəlillər əsasında 18 yanvar …

Read More »

Hikmət Hacıyev Aİ Siyasi və Təhlükəsizlik Komitəsinin təmsilçiləri ilə müzakirələr aparıb

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Avropa İttifaqına (Aİ) üzv dövlətlərin daimi nümayəndələri/səfirləri səviyyəsində təmsil olunan Aİ-nin Siyasi və Təhlükəsizlik Komitəsi ilə müzakirədə iştirak edib. Boyukmillet.com xəbər verir ki, bu barədə o, “X”də paylaşım edib. “Biz Avropa İttifaqına üzv dövlətlərin daimi nümayəndələri/səfirləri səviyyəsində təmsil olunan Avropa İttifaqının Siyasi və Təhlükəsizlik Komitəsi ilə geniş …

Read More »

İran səfirliyə hücuma görə İsrailə cavab verəcəyi barədə ABŞ-yə mesaj göndərib

İran Suriyadakı səfirliyinə hücuma görə İsrailə cavab verəcəyi barədə ABŞ-yə siqnal ötürüb. Boyukmillet.com “Reuters”ə istinadən xəbər verir ki, İran mənbələri bu istiqamətdə tələskən addım atılmayacağını da bildirib. Mənbə onu da diqqətə çatdırıb ki, İranın ABŞ-yə mesajını xarici işlər naziri Hüseyn Əmir Abdullahian bazar günü Körfəz dövləti olan və tez-tez Tehran və Vaşinqton arasında vasitəçi kimi çıxış edən Omana səfəri zamanı çatdırıb. …

Read More »

Ceyhun Bayramov Belarusa səfər edib

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Belarus Respublikasına işgüzar səfərə yola düşüb. Bu barədə  Xarici İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, səfər çərçivəsində nazir Ceyhun Bayramovun 12 aprel tarixində Minsk şəhərində baş tutacaq MDB Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak və çıxışı, habelə bir sıra ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulur.

Read More »

BMT-də Azəbaycanın təşəbbüsü ilə mədəniyyətlərarası dialoq forumu üzrə brifinq keçiriləcək

Birləşmiş Millətlər Təşkilatında (BMT) Azəbaycanın təşəbbüsü ilə “VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu” üzrə birgə brifinq keçiriləcək. “Report”un ABŞ bürosu xəbər verir ki, aprelin 12-də BMT-nin Nyu-Yorkddakı qərargah binasında keçiriləcək birgə brifinqdə “VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu”nun təşkilat komitəsinin İşçi qrupunun rəhbəri, Azərbaycanın mədəniyyət nazirinin müavini Fərid Cəfərovun rəhbərliyi ilə nümayəndə heyəti iştirak edəcək. Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Azərbaycanın irəli sürdüyü …

Read More »

Ermənistanın baş naziri: Dörd kəndin Azərbaycana qaytarılmasına qarşı deyilik

Ermənistan Qazaxın 4 kəndinin Azərbaycana qaytarılmasına qarşı deyil. Boyukmillet.com  “Aysor”a istinadən xəbər verir ki, bu barədə Ermənistan baş naziri Nikol Paşinyan parlamentin iclasında çıxışı zamanı deyib. O bildirib ki, Ermənistan delimitasiya prosesinə Tavuş vilayətindən və 4 kənddən başlamağa hazırdır: “Delimitasiya və demarkasiya təhlükəsizliyi təmin etməyəcək. Lakin bu proses olmasa, təhlükəsizlik təhdidləri getdikcə artacaq”.

Read More »

Ərdoğan Ramazan bayramı münasibətilə İlham Əliyevi təbrik edib

Aprelin 9-da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat xidməti məlumat yayıb. Türkiyə Prezidenti dövlətimizin başçısını Ramazan bayramı münasibətilə təbrik edib, xalqımıza firavanlıq arzularını çatdırıb. Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirərək, öz növbəsində Rəcəb Tayyib Ərdoğanı bayram münasibətilə təbrik edib, Türkiyə xalqına əmin-amanlıq …

Read More »