Gürcüstanın paytaxtı Tbilisi şəhərində “Axundov İncəsənət Qalereyası”nda “Xocalıya ədalət” adlı sərgi açılıb. Boyukmillet.com xəbər verir ki, Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunan tədbir Azərbaycanın Gürcüstandakı səfirliyi və Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyinin birgə təşkilatçılığı ilə keçirilir. Açılış mərasimində Azərbaycanın təhsil naziri Emin Əmrullayev, Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, diplomatik korpus təmsilçiləri, Gürcüstan ictimaiyyətinin nümayəndələri, Xocalı faciəsinin gürcüstanlı şahidləri və onların …
Read More »Səfir: “Vətən müharibəsindəki Zəfərlə Xocalı qurbanlarının qisası alınıb”
“Xocalı faciəsi Azərbaycan tarixinə ən dəhşətli səhifə kimi daxil olub. 30 il öncə şəhər əhalisinə qarşı amansız qətliam törədilib”. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev Tbilisidə “Xocalıya ədalət” adlı sərginin açılış mərasimində deyib. Səfir soyqırımı ilə bağlı tədbir iştirakçılarına ətraflı məlumat təqdim edib. Onun sözlərinə görə, faciə haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması ədalətin zəfər çalmasına öz …
Read More »XİN: Azərbaycan-Almaniya əməkdaşlığı dinamik inkişaf yolu keçib
Azərbaycanın Xarici İşlər Nazirliyi özünün tviter hesabında Almaniya ilə diplomatik münasibətlərin qurulmasının 30 ilinin tamam olması münasibətilə paylaşım edib. Boyukmillet.com xəbər verir ki, paylaşımda deyilir: “Bu gün Azərbaycan və Almaniya arasında diplomatik münasibətlərin qurulmasının 30 ili tamam olur. Bu illər ərzində qarşılıqlı faydalı əməkdaşlığımız dinamik inkişaf yolu keçib”.
Read More »Türkiyədə “Qarabağda erməni vandaliziminin izləri” adlı simpozium və foto sərgi keçiriləcək
Azəri Türk Qadınlar Birliyi Xocalı Soyqırımının 30 illiyi münasibətilə layihə həyata keçirir. ATQB-dən İnterpress.az-a verilən məlumata görə Azərbaycan Respublikasının Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçiriləcək layihə qardaş Türkiyə də baş tutacaq. Layihə ilə bağlı hazırlıq işləri bu ilin fevral ayının 1-dən başlayıb. Layihə çərçivəsində Xocalı Soyqırımına həsr olunmuş simpozium və foto sərgi keçiriləcək.
Read More »Rusiyanın 14 şirkəti azad edilmiş ərazilərdə fəaliyyət göstərmək üçün Azərbaycana müraciət edib
Rusiyanın 14 şirkəti işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərmək üçün Azərbaycana müraciət edib. Boyukmillet.com-un xəbərinə görə, bu barədə Azərbaycanın Baş nazirinin müavini, Azərbaycan-Rusiya İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyasının Azərbaycan tərəfdən həmsədri Şahin Mustafayev ilə Rusiya Federasiyası Hökuməti sədrinin müavini, Komissiyanın Rusiya tərəfdən həmsədri Aleksey Overçuk arasında videokonfrans formatında keçirilən görüşdə bildirilib. Toplantıda Rusiya şirkətləri üçün Azərbaycan sənaye parklarında həyata keçirilən …
Read More »Çavuşoğlunun Azərbaycana səfəri ertələnib
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun Azərbaycana səfəri təxirə salınıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyənin XİN başçısı azərbaycanlı həmkarı Ceyhun Bayramovla telefon danışığında söyləyib.
Read More »Ceyhun Bayramov və Sergey Lavrov arasında telefon danışığı olub
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı baş tutub. Nazirlər ikitərəfli əməkdaşlıq gündəliyinin aktual məsələlərini müzakirə ediblər. Cari ildə iki dövlət arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinin qeyd olunacağını nəzərə alaraq, tərəflər bu xüsusda təşkil ediləcək tədbirlərə dair fikir mübadiləsi aparıblar. Nazirlər, regiondakı vəziyyət, o cümlədən üçtərəfli bəyanatların icrası ilə …
Read More »XİN başçısı: “Mövlud Çavuşoğlunu Azərbaycanda görməkdən məmnun olacağıq”
“Qardaşım Mövlud Çavuşoğlunun COVID-19 testinin pozitiv çıxması xəbərini təəssüflə qarşıladım. Telefon söhbətində həmkarıma tezliklə sağalmasını dilədim”. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov tviterdə yazıb. “Qısa müddətdə Mövlud Çavuşoğlunu Azərbaycanda görməkdən məmnun olacağıq”, – nazir əlavə edib.
Read More »Ceyhun Bayramov Türkiyə XİN başçısına zəng edib
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə Türkiyə xarici işlər naziri Mevlüt Çavuşoğlu arasında telefon danışığı baş tutub. Nazir Ceyhun Bayramov həmkarının COVID-19 testinin pozitiv çıxması xəbərini təəssüflə qarşıladığını bildirib və onun tez bir zamanda tam sağalmasını diləyib. Nazir Ceyhun Bayramov həmçinin qısa müddətdə nazir Mövlud Çavuşoğlunu Azərbaycanda səfərdə görməkdən məmnun olacağını ifadə edib. Xatırladaq ki, Türkiyə xarici işlər naziri …
Read More »Azərbaycanın hazırladığı hesabat BMT-nin rəsmi sənədi kimi yayılıb
Azərbaycan tərəfinin hazırladığı “Ermənistan tərəfindən qeyri-kommersiya təşkilatları və xeyriyyə qurumlarından korrupsiya, çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsi məqsədilə sui-istifadə edilməsi” adlı hesabat BMT Baş Assambleyasının və Təhlükəsizlik Şurasının rəsmi sənədi kimi yayılıb. Hesabatda 44 günlük Vətən müharibəsi zamanı və ondan sonrakı dövrdə Ermənistan hökuməti tərəfindən bir çox ölkələrdə fəaliyyət göstərən erməni diaspor təşkilatları vasitəsilə humanitar yardım adı altında, beynəlxalq maliyyə …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar