Ukrayna şirkətləri kənd təsərrüfatı, körpü tikintisi, infrastruktur, energetika və meliorasiya sahəsində Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpası üzrə birgə layihələrə ciddi maraq göstərirlər. Ukrayna şirkətlərinin layihələri baxılmaq üçün Azərbaycan İqtisadiyyat Nazirliyinə, eləcə də Azərbaycan Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) təqdim edilib. Boyukmillet.com xəbər verir ki, bu barədə AZƏRTAC-a məxsusi açıqlamasında Ukrayna Ticarət və Sənaye Palatasının prezidenti Gennadi Çijikov məlumat …
Read More »ABŞ Konqresinin İşçi Qrupu 20 Yanvar faciəsinin ildönümü münasibətilə bəyanat verib
ABŞ Konqresinin Nümayəndələr Palatasının demokrat üzvü, Azərbaycan üzrə İşçi Qrupun həmsədri, Tennesi ştatını təmsil edən Stiv Kohen (Steve Cohen) 20 yanvar faciəsinin 32-ci ildönümü münasibətilə bəyanatla çıxış edib. Azərbaycanın ABŞ-dakı Səfirliyindən verilən məlumata görə, bəyanatda 20 Yanvar faciəsindən bəhs edən Konqres üzvü S.Kohen Azərbaycan tarixində ən faciəvi hadisələrdən biri olan “Qara Yanvar” qətllərinin 32-ci ildönümünü andığını bildirib. Konqres üzvü 32 …
Read More »Ərdoğan Putini Türkiyəyə səfərə dəvət edib
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya lideri Vladimir Putini ölkəsinə səfərə dəvət edib. Bu barədə Boyukmillet.com Türkiyə mətbuatına istinadən xəbər verir. Türkiyə lideri bildirib ki, rusiyalı həmkarından cavab gözləyir. “Putinkə təkbətək görüşmək, bəzi addımlar atmaq istəyirik. Arzumuz böhranı (Ukrayna məsələsi-red) dialoq və diplomatiya yolu ilə həll etməkdir”, – Ərdoğan qeyd edib.
Read More »Azərbaycan BMT Təhlükəsizlik Şurasına çağırış edib
“Təhlükəsizlik Şurası mülki şəxslərin müdafiəsinə xüsusi diqqət yetirməli, daim tələb etməlidir ki, silahlı münaqişədə bütün tərəflər beynəlxalq humanitar hüquq üzrə öz öhdəliklərinə tam riayət etsinlər”. Boyukmillet.com-un xəbərinə görə, bunu Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Yaşar Əliyev təşkilatın mənzil-qərargahında BMT Təhlükəsizlik Şurasının “Şəhərlərdə hərbi əməliyyatlar: şəhər şəraitində mülki şəxslərin müdafiəsi” mövzusuna həsr edilmiş iclasında deyib. O bildirib ki, S/2022/23 nömrəli konseptual məktubda …
Read More »Rusiya səfiri Azərbaycanla sərhədin bağlanmasını şərh edib
“Azərbaycanla Rusiya arasındakı quru sərhədi iki ölkənin əməliyyat qərargahları tərəfindən verilmiş qərara əsasən bağlanıb, nə vaxt açılacağına dair fikir söyləmək hələ tezdir”. Boyukmillet.com xəbər verir ki, bunu Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov mətbuat konfransında bildirib. Səfir deyib ki, bununla bağlı təyyarə ilə sərnişindaşımalarında artım baş verib: “Hazırda Rusiyanın 9 təyyarə şirkəti hər həftə müxtəlif şəhərlərdən Bakıya uçuşlar həyata keçirir. Həmçinin bəzi …
Read More »Azərbaycan BMT-də Xocalı soyqırımı canilərinin cəzasız qalması məsələsini qaldırıb
“Gələn ay Xocalı şəhərində dinc azərbaycanlı əhaliyə qarşı törədilmiş münaqişə zamanı törədilmiş böyük soyqırımının otuz illiyi tamam olur. Ermənilər tərəfindən Xocalıya hücum və şəhərin tutulması nəticəsində yüzlərlə dinc sakin, o cümlədən qadınlar, uşaqlar və qocalar vəhşicəsinə qətlə yetirilib və ya ağır yaralanıb, girov götürülüb və işgəncələrə məruz qalıb, şəhər isə yerlə-yeksan edilib”. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycanın BMT-dəki daimi …
Read More »Səfir: “3+3” formatı regionda iqtisadi əlaqələrin və etimadın inkişafına töhfə verəcək”
“Rusiya hesab edir ki, “3+3” formatı regionda iqtisadi əlaqələrin və etimadın inkişaf etdirilməsinə töhfə verəcək”. Boyukmillet.com xəbər verir ki, bunu Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov mətbuat konfransında deyib. Səfir ötən il çox şey vəd edən “3+3” formatının işə salındığını xatırladıb. Onun sözlərinə görə, burada əsas maraq regionda vəziyyəti sabitləşdirmək və kommunikasiya əlaqələrini bərpa etməkdir. O bildirib ki, “3+3” formatında iştirak …
Read More »Leninqradı müdafiə edən azərbaycanlıların xatirəsi Sankt-Peterburqda əbədiləşdirilə bilər
Sankt-Peterburq qubernatoru Aleksandra Beqlov Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfiri Polad Bülbül oğlu və Azərbaycan Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov ilə görüşüb. Boyukmillet.com xəbər verir ki, görüşdə iqtisadi və humanitar əməkdaşlığın gücləndirilməsi məsələləri müzakirə olunub. A. Beqlov xatırladıb ki, bir neçə gündən sonra, yanvarın 27-də Leninqradın faşist blokadasından tam azad edilməsinin 78-ci ildönümü qeyd olunacaq. Qubernator qeyd …
Read More »Zakir Həsənov İran ordusunun Baş Qərargah rəisi ilə görüşüb -Yenilənib
İran İslam Respublikasında rəsmi səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov bu ölkənin Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Məhəmməd Hüseyn Baqeri ilə görüşüb. Görüşdən əvvəl rəsmi qarşılanma mərasimi keçirilib. Hər iki ölkənin dövlət himnləri səsləndirildikdən sonra Müdafiə naziri general-polkovnik Zakir Həsənov fəxri qarovulun önündən keçib. Şəhidlərin xatirəsi ehtiramla yad edilib, Müdafiə Nazirliyi adından əklil qoyulub. Tərəflər əvvəlcə …
Read More »Azərbaycan və Finlandiya XİN-ləri arasında siyasi məsləhətləşmələr aparılıb
Bakıda Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi ilə Finlandiya Respublikasının Xarici İşlər Nazirliyi arasında növbəti siyasi məsləhətləşmələr keçirilib. Nümayəndə heyətlərinə Azərbaycan tərəfdən xarici işlər nazirinin müavini Xələf Xələfov, Finlandiya tərəfdən isə bu ölkənin Xarici İşlər Nazirliyinin Rusiya, Şərqi Avropa və Mərkəzi Asiya Departamentinin baş direktoru xanım Marya Livala rəhbərlik ediblər. Məsləhətləşmələr zamanı 24 mart 2022-ci il tarixində iki ölkə arasında diplomatik …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar