Çərşənbə , 18 Mart 2026

Xarici siyasət

Azərbaycana qarşı qərəzli mövqe tutan beynəlxalq təşkilatların siyahısı açıqlanıb

Azərbaycanla bağlı qərəzli mövqedən çıxış edən beynəlxalq təşkilatların adları açıqlanıb. Boyukmillet.com “Report”a istinadən xəbər verir ki, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi ötən il mərkəzin ekspertlərinin Azərbaycan əleyhinə əsassız iddialara qarşı yazdıqları cavab yazılarını dərc etməkdən imtina edən beynəlxalq institutlara dair ingilis dilində hesabat hazırlayıb. Vurğulanıb ki, azərbaycanlı ekspertlər, akademiklər və şərhçilər üçün münaqişə və regionla bağlı Qərbdəki akademik jurnallarda yazı dərc etdirmək …

Read More »

Ceyhun Bayramov: “Qazaxıstanın vəziyyətdən çıxacağına və sağlam düşüncənin qalib gələcəyinə inanırıq”

“Azərbaycan Qazaxıstanda vəziyyətin tezliklə normallaşmasının və qanunun aliliyinin bərpasının tərəfdarıdır”. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türk Dövlətləri Təşkilatının xarici işlər nazirlərinin Qazaxıstanla bağlı fövqəladə toplantısında söyləyib. “Biz inanırıq ki, Qazaxıstan müstəqilliyini bərpa etdikdən sonra əldə etdiyi əlamətdar nailiyyətləri riskə atmadan vəziyyətdən çıxacaq və sağlam düşüncə qalib gələcək”, – nazir bildirib.

Read More »

Azərbaycanın XİN başçısı: “Qazaxıstanın yanında olmaq bizim ümumi məsuliyyətimizdir”

“Öncə, Türk Dövlətləri Təşkilatının sədri kimi bu fövqəladə toplantını çağırdığı üçün qardaş Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğluya təşəkkür edirəm. Həmçinin, Qazaxıstandakı ən son hadisələrlə bağlı ətraflı qiymətləndirməni təqdim etdiyi üçün Qazaxıstan baş nazirinin müavini, xarici işlər naziri Muxtar Tileuberdiyə təşəkkür bildirirəm”. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türk Dövlətləri Təşkilatının xarici işlər nazirlərinin Qazaxıstanla bağlı …

Read More »

Nazir: “Azərbaycan Qazaxıstanın suverenliyinə hörmətlə yanaşmağın əhəmiyyətini təsdiqləyir”

“Qazaxıstanla dərin köklü etnik, dini və tarixi qardaşlığa malik ölkə kimi Azərbaycan, Qazaxıstanın suverenliyinə və ərazi bütövlüyünə hörmətlə yanaşmağın mühüm əhəmiyyətini bir daha təsdiqləyir”. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türk Dövlətləri Təşkilatının xarici işlər nazirlərinin Qazaxıstanla bağlı fövqəladə toplantısında söyləyib. “Azərbaycan, yalnız bizim dövlətlərimiz və xalqlarımızın xeyrinə deyil, həmçinin bölgədə və ondan kənarda təhlükəsizlik, sabitlik …

Read More »

XİN başçısı: “Türk Dövlətləri Təşkilatı Qazaxıstana yardım etməyə hazırdır”

“Türk Dövlətləri Təşkilatı mövcud vəziyyətdən çıxış yolu tapmaqda Qazaxıstana lazım gəldikdə yardım etməyə hazırdır”. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türk Dövlətləri Təşkilatının xarici işlər nazirlərinin Qazaxıstanla bağlı fövqəladə toplantısında söyləyib. “Biz Qazaxıstan xalqının və hökumətinin müdrikliyinə və qabiliyyətinə inanırıq. Biz inanırıq ki, Qazaxıstan müstəqilliyini bərpa etdikdən sonra əldə etdiyi əlamətdar nailiyyətləri riskə atmadan vəziyyətdən …

Read More »

Türk Dövlətləri Təşkilatının XİN başçılarının Qazaxıstanla bağlı fövqəladə toplantısı başlayıb

Türk Dövlətləri Təşkilatı ölkələrinin xarici işlər nazirlərinin fövqəladə toplantısı başlayıb. Boyukmillet.com xəbər verir ki, iclas videokonfrans formatında keçirilir. Türkiyə XİN başçısının sədrliyi ilə keçirilən toplantının əsas mövzusu Qazaxıstandakı böhran durumudur. Tədbirdə Azərbaycanı xarici işlər naziri Ceyhun Bayramov təmsil edir.

Read More »

Türk Dövlətləri Təşkilatının XİN başçılarının Qazaxıstanla bağlı fövqəladə toplantısı başlayıb

Türk Dövlətləri Təşkilatı ölkələrinin xarici işlər nazirlərinin fövqəladə toplantısı başlayıb. Boyukmillet.com  xəbər verir ki, iclas videokonfrans formatında keçirilir. Türkiyə XİN başçısının sədrliyi ilə keçirilən toplantının əsas mövzusu Qazaxıstandakı böhran durumudur. Tədbirdə Azərbaycanı xarici işlər naziri Ceyhun Bayramov təmsil edir.

Read More »

Prezident İlham Əliyev ötən il 7 dəfə xaricə səfər edib, 12 prezidentlə görüşüb

Prezident İlham Əliyev ötən il 7 dəfə xaricə səfər edib, 12 prezident və 3 beynəlxalq təşkilat rəhbəri ilə görüşüb. Boyukmillet.com xəbər verir ki, bunu rəsmi dövlət qəzeti “Azərbaycan” yazıb.  Azərbaycan lideri Rusiyaya dörd, Türkiyə, Türkmənistan və Belçikaya bir dəfə səfər edib. Dövlət başçısı bu səfərlər zamanı 12 ölkənin prezidenti (Türkiyə, Pakistan, Rusiya, Qırğız Respublikası, Türkmənistan, İran, Qazaxıstan, Tacikistan, Ukrayna, Moldova, Fransa, …

Read More »

Ərdoğan Türkiyə ilə Azərbaycan arasında təbii qazın tədarükünə dair Anlaşma Memorandumunu təsdiqləyib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu ölkənin Enerji və Təbii Sərvətlər Nazirliyi ilə Azərbaycan Respublikasının Energetika Nazirliyi arasında təbii qazın tədarükünə dair Anlaşma Memorandumunu təsdiqləyib. Boyukmillet.com xəbər verir ki, dövlət başçısının sərəncamı “Rəsmi qəzet”də dərc olunub. Qeyd edək ki, iki ölkə arasında təbii qazın tədarükünə dair Anlaşma Memorandumu ötən ilin dekabrında imzalanıb.

Read More »