Dekabrın 28-də Rusiyanın Sankt-Peterburq şəhərində MDB-yə üzv ölkələrin dövlət başçılarının qeyri-rəsmi zirvə görüşü keçiriləcək. Boyukmillet.com xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib. Onun sözlərinə görə, zirvə görüşünə hazırlıq gedir.
Read More »Politoloq: “Gələn il Azərbaycan-Rusiya münasibətlərində böyük irəliləyiş gözlənilir”
“Prezident İlham Əliyevin idarəçilik təcrübəsi sayəsində gələcəyə yönələn işlər görərək səmərəli nəticələr əldə etmək mümkündür”. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan – Rusiya münasibətləri, müasir Azərbaycanın inkişafında Prezident İlham Əliyevin roluna həsr olunmuş onlayn “dəyirmi masa”da rusiyalı politoloq, Müasir Dövlət İnkişafı İnstitutunun direktoru Dmitriy Solonnikov bildirib. O, 2020-ci ildə müharibədə qalib gələrək ərazi bütövlüyünü bərpa edən Azərbaycanın mükəmməl nəticələr qazandığını xatırladaraq deyib ki, …
Read More »XİN başçısı: “İran-Azərbaycan münasibətlərinin inkişafı üçün təşəbbüslər var”
“İki ölkə arasında münasibətlərin inkişafı üçün təşəbbüslər var”. Boyukmillet.com “Iran Times”a istinadən xəbər verir ki, bunu Azərbaycanda səfərdə olan İran xarici işlər naziri Hüseyn Əmirabdullahian söyləyib. “Biz iki ölkənin rəsmi şəxsləri arasında iqtisadi, ticarət və mədəni sahələr üzrə qarşılıqlı səfərlərin artmasının şahidi olacağıq”, – nazir vurğulayıb. Xatırladaq ki, İranın xarici işlər naziri Hüseyn Əmirabdullahian Azərbaycanda səfərdədir. O, birgünlük səfər çərçivəsində rəsmi şəxslərlə …
Read More »Tehranda İran, Türkiyə və Rusiya prezidentlərinin Zirvə toplantısı keçiriləcək
Türkiyə, Rusiya və İran prezidentləri Suriyadakı böhranlı vəziyyətdən çıxış yollarını müzakirə etmək məqsədilə 2022-ci ilin fevral-mart aylarında Tehranda Zirvə toplantısı keçirmək barədə razılığa gəlib. Boyukmillet.com TASS-a istinadən xəbər verir ki, bu barədə İran xarici işlər nazirinin xüsusi siyasi məsələlər üzrə müşaviri Əli Əsgər Haci məlumat verib. “Belə bir sammitin keçirilməsi planlaşdırılır. Bu toplantını gələn ilin əvvəlində keçirməyə hazırlaşırıq. Bu pandemiya ilə bağlı …
Read More »İranın XİN başçısının Azərbaycana səfər proqramı açıqlanıb
Bu gün İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian Azərbaycana gəlir. Boyukmillet.com xəbər verir ki, səfər Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun dəvəti əsasında həyata keçirilir. İranın XİN başçısının Bakıda keçirəcəyi görüşlərdə ikitərəfli əlaqələrin inkişafı və regional əməkdaşlığın perspektivləri müzakirə olunacaq. H.Ə.Abdullahian İranın IRIB telekanalına müsahibəsində deyib ki, səfər zamanı Azərbaycan Prezidenti İlham Əliyev, xarici işlər naziri Ceyhun Bayramov və …
Read More »İlham Əliyev Türkiyənin energetika və təbii sərvətlər nazirini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 21-də Türkiyə Respublikasının energetika və təbii sərvətlər naziri Fatih Dönməzi qəbul edib. Boyukmillet.com xəbər verir ki, nazir Fatih Dönməz Türkiyə Respublikasının Prezidenti Rəcəp Tayyib Ərdoğanın salamlarını dövlət başçısına çatdırıb. Prezident İlham Əliyev Türkiyənin dövlət başçısının salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Rəcəp Tayyib Ərdoğana çatdırmağı xahiş edib. Görüşdə Azərbaycanla Türkiyə arasında dostluq və …
Read More »Prezident İlham Əliyev Gürcüstanın müdafiə nazirini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 21-də Gürcüstanın müdafiə naziri Cuanşer Burçuladzeni qəbul edib. Boyukmillet.com xəbər verir ki, görüşdə Azərbaycan-Gürcüstan ikitərəfli dostluq münasibətlərinin müxtəlif istiqamətlərdə, o cümlədən hərbi əməkdaşlıq sahəsində inkişafından məmnunluq bildirilib. Gürcüstanın müdafiə nazirinin ölkəmizə səfərinin əlaqələrin genişləndirilməsi işinə töhfə verəcəyinə ümidvarlıq ifadə olunub.
Read More »Ceyhun Bayramov Qırğızıstanın Təhlükəsizlik Şurasının sədr müavini ilə görüşüb
Azərbaycanın arici işlər naziri Ceyhun Bayramovun Qırğız Respublikasının Təhlükəsizlik Şurasının sədr müavini Talatbek Masadikov ilə görüşü baş tutub. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib. Ceyhun Bayramov Azərbaycan və Qırğızıstan münasibətlərinin dinamik şəkildə inkişaf etdiyini və iki ölkə arasında siyasi dialoqun ən yüksək səviyyədə olduğunu qeyd edib. İqtisadi sahədə mövcud potensialdan istifadə edilməsinin əhəmiyyəti vurğulanıb və bu xüsusda, iqtisadi və …
Read More »Azərbaycanın MDB ölkələri təhlükəsizlik şuraları katiblərinin görüşündəki müzakirələri açıqlanıb
“Moskvada MDB üzvü olan ölkələrin təhlükəsizlik şuralarının katiblərinin IX görüşünün əsas müzakirə mövzuları isə bölgə üçün yaranan yeni təhdidlər, miqrasiya sahəsində əməkdaşlıq, humanitar münasibətlər, informasiya-kommunikasiya texnologiyalarından cinayətkar məqsədlərlə istifadə edilməsinə qarşı mübarizə və digər məsələlər idi. MDB ölkələri üzrə həmkarlarımla keçirdiyim görüşlərdə, apardığım danışıqlarda milli, regional və beynəlxalq təhlükəsizlik məsələlərinə Azərbaycan Respublikasının münasibətini, baxışını çatdırdım. Həmçinin qlobal və bölgə üçün …
Read More »Azərbaycan, Gürcüstan və Türkiyə arasında Gömrük Məsələləri üzrə Üçtərəfli Komitə yaradılır
2021-ci il oktyabrın 8-də İzmir şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti, Gürcüstan Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında Gömrük Məsələləri üzrə Üçtərəfli Komitənin yaradılması haqqında Protokol” təsdiq edilib. Boyukmillet.com xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb. Sənəddə qeyd olunub ki, bu fərmanın 1-ci hissəsində göstərilən Protokol qüvvəyə mindikdən sonra Azərbaycanın Dövlət Gömrük Komitəsi onun müddəalarının həyata keçirilməsini təmin etməlidir. …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar