Bazar ertəsi , 13 May 2024

Xarici siyasət

İlham Əliyev: “Qələbəmiz və hazırkı proseslər Azərbaycan-Türkiyə qardaşlığının, sarsılmaz birliyinin nailiyyətləridir”

“Azərbaycan Cənubi Qafqazda geosiyasi və geoiqtisadi reallığı köklü surətdə dəyişməklə əməkdaşlığa, sülhə, regional və qlobal miqyasda dayanıqlı təhlükəsizlik sisteminin yaradılmasına istiqamətlənmiş strateji kurs həyata keçirir”. Boyukmillet.com xəbər verir ki, bunu Prezident İlham Əliyev XXIV Avrasiya İqtisadi Zirvə Toplantısının iştirakçılarına ünvanladığı müraciətində deyib. “İnsanlıq əleyhinə törədilmiş cinayətlərə, işğala son qoyan və regionda böyük inkişafa yol açan bu prosesdə qardaş Türkiyə bizə hər …

Read More »

Azərbaycan, Rusiya, İran, Türkmənistan və Qazaxıstan baş prokurorları bəyannamə imzaladı

Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Rusiya Federasiyasının Baş Prokurorluğu, Avropa Şurası və Beynəlxalq Prokurorlar Assosiyasiyasının birgə təşkilatçılığı ilə Avropa prokurorluq orqanları rəhbərlərinin konfransında iştirak məqsədilə Rusiya Federasiyasının Sankt- Peterburqa səfəri başlayıb. Konfransı açıq elan edən Rusiyanın Baş prokuroru İqor Krasnov Avropa İnsan hüquqları konvensiyasının tələbləri kontekstində fərdi hüquqların və ictimai maraqların müdafiəsində …

Read More »

Səfir: “Qarabağ qələbəsi Naxçıvanın strateji əhəmiyyətini daha da ön plana çıxarıb”

“İkinci Qarabağ müharibəsindəki tarixi qələbə “Türk qapısı” adlandırılan Naxçıvanın strateji əhəmiyyətini bir daha ön plana çıxarıb”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovla görüşü zamanı deyib. Onun sözlərinə görə, Azərbaycan-Türkiyə münasibətləri Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev ilə Türkiyənin keçmiş Prezidenti Süleyman Dəmirəl tərəfindən vaxtilə iki ölkə arasında təməli …

Read More »

Türkiyənin Azərbaycandakı səfiri Naxçıvana gedib

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cahit Bağçı ilə görüşüb. Boyukmillet.com-un xəbərinə görə, Azərbaycan-Türkiyə dostluq və qardaşlıq əlaqələrindən bəhs edən Ali Məclisin sədri ikitərəfli münasibətlərdə Naxçıvan Muxtar Respublikasının özünəməxsus yeri olduğunu, bir çox istiqamətdə əməkdaşlığın inkişaf etdiyini qeyd edib, Zəngəzur dəhlizinin açılmasının və Qars-Naxçıvan dəmir yolunun tikintisinin əhəmiyyətini vurğulayıb. Ali Məclisin sədri …

Read More »

Dövlət katibi: “Azərbaycan Slovakiya üçün Cənubi Qafqazda vacib tərəfdaşdır”

“Azərbaycan Slovakiya üçün Cənubi Qafqaz regionunda vacib tərəfdaş ölkədir. 2019-cu ilin sonlarında Slovakiyanın Bakıda səfirliyinin açılması ilə bunu təsdiq etmiş olduq”. Boyukmillet.com xəbər verir ki, bu barədə Slovakiyanın Xarici və Avropa İşləri Nazirliyinin dövlət katibi Martin Klus Azərbaycana səfərin yekunları haqqında danışarkən bildirib. “Ötən həftə Bakıya baş tutmuş rəsmi işgüzar səfərim zamanı Slovakiyanın siyasi dialoqun davam etdirilməsində və əsasən də iqtisadi-ticarət sahəsində …

Read More »

Bilal Haye: “Pakistan-Azərbaycan iqtisadi əməkdaşlığı arzuolunan səviyyədə deyil”

“Pakistanla Azərbaycan arasında diplomatiya, siyasət və müdafiə sahəsində çox gözəl münasibətlər var. Lakin iqtisadi sahədə əməkdaşlıq istədiyimiz səviyyədə deyil”. Boyukmillet.com xəbər verir ki, bunu Pakistanın Azərbaycandakı səfiri Bilal Haye Pakistan-Azərbaycan İqtisadi Əməkdaşlıq Palatasının açılışında jurnalistlərə deyib. Səfir ümidvar olduğunu bildirib ki, yeni yaradılan İqtisadi Əməkdaşlıq Palatası iki ölkə arasında iqtisadi əməkdaşlıq sahəsində əlaqələrin inkişafı üçün platforma rolunu oynayacaq.

Read More »

Əli Əsədov Rusiya Hökumətinin sədri Mixail Mişustinə başsağlığı verib

Azərbaycanın Baş naziri Əli Əsədov Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustinə başsağlığı məktubu ünvanlayıb. Boyukmillet.com xəbər verir ki, Baş nazir Kamçatkada sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı xəbərindən kədərləndiyini bildirib. Məktubda Rusiya Hökumətinin sədrinə, həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verilib.

Read More »

Baş prokuroru Rusiyaya səfərə gedib

Azərbaycanın Baş prokuroru Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Rusiyanın Sankt- Peterburq şəhərinə səfərə gedib. Boyukmillet.com xəbər verir ki, səfər zamanı Kamran Əliyev Rusiyanın Baş Prokurorluğu, Avropa Şurası və Beynəlxalq Prokurorlar Assosiyasiyasının birgə təşkilatçılığı ilə 7-8 iyul tarixlərində keçiriləcək Avropa prokurorluq orqanları rəhbərlərinin konfransında iştirak edəcək. Azərbaycanın Baş prokurorunun “Avropa İnsan Hüquqları Konvensiyanın tələbləri kontekstində fərdi hüquqlar və ictimai maraqların …

Read More »

Pakistanla Azərbaycan arasında birbaşa uçuşlar olacaq”

“Tezliklə Pakistanla Azərbaycan arasında birbaşa uçuşlara başlanılması gözlənilir”. Boyukmillet.com xəbər verir ki, bunu Pakistanın Azərbaycandakı səfiri Bilal Haye Pakistan-Azərbaycan İqtisadi Əməkdaşlıq Palatasının açılışında jurnalistlərə deyib. Onun sözlərinə görə, Pakistan azərbaycanlı turistlərin ölkəni ziyarət etməsini, eləcə də pakistanlı turistlərin Azərbaycana daha çox gəlməsini arzulayır. “Birbaşa uçuşların açılması təkcə turizmin deyil, həm də işgüzar əməkdaşlığın inkişafına töhfə verəcək”, – səfir əlavə edib.

Read More »

İlham Əliyev Vladimir Putinə başsağlığı verib

Prezident İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə başsağlığı verib. Boyukmillet.com xəbər verir ki, başsağlığı mətnində deyilir: “Hörmətli Vladimir Vladimiroviç. Kamçatkada An-26 təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı barədə xəbər məni dərindən kədərləndirdi. Azərbaycan xalqı adından və şəxsən öz adımdan Sizə, həlak olanların doğmalarına və yaxınlarına, bütün Rusiya xalqına səmimi qəlbdən başsağlığı verirəm”.

Read More »