Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevə təbrik məktubu ünvanlayıb. Boyukmillet.com-un məlumatına görə, mətndə deyilir: “Hörmətli Kasım-Jomart Kemeleviç, Qazaxıstan Respublikasının müstəqilliyinin 30-cu ildönümü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram. Müstəqillik illərində Qazaxıstan tarixi sınaqlardan şərəflə çıxaraq bütün sahələrdə sürətli inkişaf yolu keçmiş, böyük …
Read More »Prezident İlham Əliyev İspaniyanın “El Pais” qəzetinə müsahibə verib – TAM MƏTN
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 14-də Brüsseldə İspaniyanın “El Pais” qəzetinə müsahibə verib. Boyukmillet.com müsahibənin tam mətnini təqdim edir. Müxbir: Əvvəla, bizi qəbul etdiyiniz, Brüsseli ziyarət etdiyiniz üçün Sizə təşəkkür edirik. Belə bir xüsusi məqamda bizi qəbul etdiyinizə və bizə bu müsahibənin aparılmasına imkan yaratdığınıza görə təşəkkür edirik. Geosiyasi vəziyyət nöqteyi-nəzərindən böyük miqyasda, Avropa İttifaqı və onun qonşuları nöqteyi-nəzərindən kiçik miqyasda …
Read More »Azərbaycan lideri Beynəlxalq Məhkəmənin çıxardığı qərara münasibət bildirib
“İlk növbədə, mən demək istərdim ki, beynəlxalq məhkəmə, həmçinin bizim Ermənistana qarşı işimizlə bağlı ilkin rəyini açıqlayıb. Mən deyərdim ki, indiyədək bu qurumun qəbul etdiyi qərar balanslaşdırılmışdır. Əgər siz Ermənistana verilən tövsiyəni oxusanız, yəqin ki, daha dəqiq və daha israrlı ifadələr görəcəksiniz. Bizə gəlincə, Azərbaycanda dövlət siyasətimiz münasibətlərin normallaşdırılması məqsədi daşıyır. Ona görə də, bu, bizim mövqeyimizdir və mən bunu …
Read More »Dövlət başçısı: “Gələn il biz 9 milyard kubmetr, 2023-cü ildə isə 11 milyard kubmetr qaz ixrac etməyi planlaşdırırıq”
“Əvvəla, demək istəyirəm ki, biz iqtisadiyyatımızın şaxələndirilməsi, neft və qaz sahəsindən asılılığın azaldılması üzərində fəal çalışırıq. Bizim ümumi daxili məhsulumuzun strukturuna nəzər salsanız, neft və qaz amili 50 faizdən aşağıdır. İxraca gəldikdə isə əlbəttə, bu, bizim əsas ixracımızdır və təbii qaza gəldikdə, bu ixrac artmaqdadır. Hazırda qazın qiyməti ilə bağlı, necə deyərlər, böhranın səbəbi mənə məlum deyil və səmimi desəm, …
Read More »Volodimir Zelenski Prezident İlham Əliyevi Ukraynaya səfərə dəvət edib
“İki il bundan əvvəl Azərbaycandakı görüşümüzlə bağlı çox yaxşı xatirələrim var. Azərbaycan çox qonaqpərvər ölkədir”. Boyukmillet.com xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski dekabrın 15-də Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdə deyib. “Fürsətdən istifadə edərək Sizi Ukraynaya səfərə dəvət edirəm. Ümid edirdim ki, Siz bizim müstəqilliyimizin 30-cu ildönümündə ölkəmizə səfər edəcəkdiniz, lakin COVID-ə görə bu günlərdə dünyada vəziyyətin çətin …
Read More »Brüsseldə Azərbaycan və Moldova prezidentlərinin görüşü olub
Dekabrın 15-də Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Moldova Respublikasının Prezidenti xanım Maya Sandu ilə görüşü olub. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.
Read More »Tofiq Zülfüqarov: “Azərbaycan istəyinə nail olur, artıq münaqişədən danışan yoxdur”
“Ən mühüm məsələlərdən biri Azərbaycanın Avropa İttifaqının “meydança”sından istifadə edərək öz mövqeyini bir daha bəyan etmək imkanı qazanmasıdır. İkincisi, hazırda müzakirə olunan məsələləri rəsmi Bakı son bir ildə dəfələrlə bəyan edib”. Bunu “Report”a açıqlamasında sabiq xarici işlər naziri Tofiq Zülfüqarov deyib. Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Baş naziri Nikol Paşinyan arasında keçirilən görüşün nəticələrini şərh …
Read More »Nikol Paşinyan: “Brüsseldə dəmir yolunun bərpası barədə razılığı təsdiqlədik”
“Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Azərbaycan Prezidenti İlham Əliyevlə keçirilən üçtərəfli görüşdə Azərbaycan Prezidenti ilə dəmir yolunun bərpa olunması barədə razılığı təsdiqlədik”. Boyukmillet.com xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan feysbuk səhifəsində yazıb. “Müvafiq olaraq dəmir yolu beynəlxalq səviyyədə qəbul edilmiş sərhəd və gömrük qaydalarına uyğun olaraq, ölkələrin suverenliyi və yurisdiksiyası altında fəaliyyət göstərəcək. Ermənistanın dəmir …
Read More »Bu gün Brüsseldə “Şərq Tərəfdaşlığı” Proqramının VI sammiti keçiriləcək
Bu gün Belçikanın paytaxtı Brüsseldə Avropa İttifaqının (Aİ) “Şərq Tərəfdaşlığı” Proqramının VI sammiti keçiriləcək. Boyukmillet.com xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev zirvə toplantısında iştirak edəcək. Sammitə Aİ-nin 27 ölkəsinin prezident və baş nazirləri qatılacaq. Toplantıda Moldovanı Baş nazir Maya Sandu, Gürcüstanı hökumət başçısı İrakli Qaribaşvili, Ermənistanı Baş nazir Nikol Paşinyan, Ukraynanı isə Prezident Vladimir Zelenski təmsil edəcək. Görüş ilk dəfə proqramda iştirakını dayandıran …
Read More »Brüssel görüşü: Azərbaycanın haqlı mövqeyi beynəlxalq aləmdə dəstəklənir
Dekabrın 14-də Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə birgə görüşü keçirilib. Boyukmillet.com xəbər verir ki, konstruktiv mühitdə keçən görüşdə bir sıra önəmli məsələlər müzakirə olunub. Görüşdə Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin minalardan təmizlənməsi məsələsi gündəliyə gətirilib, Avropa İttifaqının bu istiqamətdə Azərbaycana texniki yardım göstərməyə hazır olduğu …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar