Çərşənbə , 18 Mart 2026

Xarici siyasət

Ceyhun Bayramov Toyvo Klaara Bakının sülh prosesi ilə bağlı mövqeyini bildirib

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov 3-cü Antalya Diplomatiya Forumu çərçivəsində Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toyvo Klaarla görüşüb. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycanın XİN başçısı sosial şəbəkədə bildirib. “Azərbaycan və Ermənistan arasında sülh prosesi ilə bağlı məsələlərdə Azərbaycanın mövqeyini bir daha vurğuladım”, – Ceyhun Bayramov görüşə dair qeyd edib. Xatırladaq ki, martın 1-də start …

Read More »

Ceyhun Bayramov “Türk Dünyasında İnstitutlaşma” panelində çıxış edib

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumu çərçivəsində “Türk Dünyasında İnstitutlaşma: XXI əsrdə Türk Dövlətləri Təşkilatı (TDT)” mövzusunda keçirilmiş panel müzakirələrində çıxış edib. Bu barədə  Azərbaycanın Xarici İşlər Nazirliyindən bildirilib. Nazir Ceyhun Bayramov TDT-yə üzv dövlətlərlə əlaqələrin bütün sahələrdə möhkəmləndirilməsinin Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən olduğunu və ölkə başçısının ötən günlərdə baş tutmuş tarixi andiçmə mərasimində qeyd etdiyi …

Read More »

XİN başçısı: Ermənistan sürətlə silahlanır, aqressiv ritorikasını davam etdirir

Ermənistanın sürətlə silahlanaraq aqressiv ritorikasını davam etdirməsi sülh prosesinə təhdid törədir. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumu çərçivəsində özbəkistanlı həmkarı Baxtiyor Saidov ilə görüşdə deyib. Nazir postmünaqişə dövründə bölgədə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması istiqamətində atılan addımlar, regional sülh və sabitliyi təhdid edən çağırışlar …

Read More »

Azərbaycan və Türkiyə arasında imzalanmış protokol qonşu ölkədə qüvvəyə minib

Azərbaycan və Türkiyə arasında “Preferensial Ticarət Sazişi”ndə dəyişiklik edilməsi ilə bağlı imzalanmış protokol qonşu ölkədə qüvvəyə minib. Boyukmillet.com xəbər verir ki, bu barədə qanun “Resmi Gazete”də dərc olunub. Bildirilib ki, qanun dərc olunduğu gündən qüvvəyə minir. Xatırladaq ki, 2020-ci il fevralın 25-də Bakıda imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Preferensial Ticarət Sazişi”nin yenilənmiş variantına əsasən, tərəflər protokolda …

Read More »

Azərbaycanla Albaniya arasında qarşılıqlı viza tələbi aradan qaldırılıb

Azərbaycanla Albaniya arasında qarşılıqlı viza tələbi aradan qaldırılıb. Boyukmillet.com xəbər verir ki, bununla əlaqədar martın 1-də Bakıda “Azərbaycan Respublikası Hökuməti ilə Albaniya Respublikası Nazirlər Şurası arasında ümumvətəndaş pasportlara malik şəxslər üçün viza tələbinin qarşılıqlı aradan qaldırılması haqqında” Saziş imzalanıb. Sənədi Azərbaycanın xarici işlər nazirinin müavini Fariz Rzayev və Albaniyanın xarici işlər nazirinin müavini Besart Kadia imzalayıblar.

Read More »

Ərdoğan: Ermənistanla başlatdığımız normallaşma prosesini davam etdirəcəyik

Ermənistanla başlatdığımız normallaşma prosesini davam etdirəcəyik. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Antalya Diplomatiya Forumunun rəsmi açılış mərasimində çıxışı zamanı deyib. O bildirib ki, bu proses Azərbaycanla paralel olaraq aparılacaq: “Qarabağın 30 ildən sonra azad edilməsi nəticəsində münasibətlərin normallaşması üçün şərait yaranıb”.

Read More »

Almaniya XİN başçısı: Bakı ilə İrəvan arasında sülh yolunda atılan hər bir addım vacibdir

Bakı ilə İrəvan arasında sülhə doğru atılan hər bir addım böyük əhəmiyyət kəsb edir. Boyukmillet.com xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Annalena Berbok “X” sosial şəbəkəsindəki hesabında Berlində Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında sülh müqaviləsi layihəsi üzrə ikigünlük danışıqlara münasibət bildirərkən yazıb. “Ermənistan və Azərbaycan sülh müqaviləsinə doğru cəsarətli, lakin çətin yolla gedir. Biz federal hökumət …

Read More »

BQXK Azərbaycan hərbçisinin saxlanılması ilə bağlı Ermənistanla dialoq aparır

Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) Azərbaycan hərbçisinin saxlanılması ilə bağlı aidiyyəti orqanlarla konfidensial və ikitərəfli dialoq apardığını açıqlayıb. Boyukmillet.com xəbər verir ki, bu barədə BQXK-nin Bakı ofisinin “X” hesabında paylaşım edilib. “Mandatına uyğun olaraq, BQXK saxlanılan şəxslərə rəftar və saxlanma şəraitinə nəzarət etmək və həmin şəxslərin ailələri ilə əlaqə saxlamalarına dəstək olmaq üçün onlara baş çəkir”,- paylaşımda vurğulanıb. Qeyd edək …

Read More »

Azərbaycan və Ermənistan XİN başçılarının sülh müqaviləsi layihəsi üzrə danışıqlarının ikinci günü başlayıb

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan xarici işlər naziri Ararat Mirzoyan arasında Berlində Borsiq villasında sülh müqaviləsi layihəsi üzrə danışıqların ikinci günü başlayıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan XİN-in “X” hesabında paylaşım edilib. Qeyd edək ki, tərəflər arasında danışıqlar fevralın 28-də başlayıb.

Read More »

İlham Əliyev Macarıstanın yeni dövlət başçısını təbrik edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Macarıstanın yeni seçilmiş Prezidenti Tamaş Şuyoka təbrik məktubu ünvanlayıb. Boyukmillet.com-un məlumatına görə, mətndə deyilir: “Hörmətli cənab Şuyok, Macarıstanın Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm. Macarıstan Azərbaycanın yaxın dostu və etibarlı tərəfdaşıdır. Qarşılıqlı inam və etimada əsaslanan, gündən-günə yeni məzmunla zənginləşən Azərbaycan-Macarıstan münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur. Biz böyük potensiala malik dövlətlərarası əlaqələrimizin bütün …

Read More »