Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 80-ci sessiyasının Yüksək Səviyyəli Həftəsi çərçivəsində Surinamın xarici işlər, beynəlxalq biznes və əməkdaşlıq naziri Melvin Bouva ilə görüşüb. Boyukmillet.com xəbər verir ki, görüş zamanı ikitərəfli siyasi dialoqun inkişaf etdirilməsi, iqtisadi və humanitar əməkdaşlığın genişləndirilməsi, BMT, Qoşulmama Hərəkatı və digər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın gücləndirilməsi müzakirə olunub. Nazirlər “Azərbaycan Respublikası Hökuməti və Surinam …
Read More »Azərbaycan və Ermənistan beynəlxalq müsabiqədə ilk dəfə ən yüksək balların mübadiləsini edib
Azərbaycan və Ermənistan Qazaxıstanda keçirilən “Silk Way Star” beynəlxalq musiqi müsabiqəsində ilk dəfə ən yüksək balların mübadiləsini edib. Boyukmillet.com xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb. Bildirilir ki, layihənin başlanğıcında Azərbaycan münsiflər heyətinin üzvü erməni ifaçısı Saro Gevorgyana 10 bal verib, erməni hakimi isə cavab olaraq Azərbaycan iştirakçısı Səbinə Quluzadəyə maksimum bal verib. Müsabiqənin birinci mərhələsi sentyabrın 20-də başa …
Read More »Ərdoğan Trampla müzakirə edəcəyi mövzuları açıqlayıb
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ-li həmkarı Donald Tramp arasında sentyabrın 25-də Vaşinqtonda görüş keçiriləcək. Boyukmillet.com xəbər verir ki, Türkiyə lideri bu barədə ABŞ-yə yola düşmədən öncə Atatürk Hava Limanında keçirdiyi mətbuat konfransında danışıb. O qeyd edib ki, Trampla görüşündə regional məsələlər ön planda olacaq. “Bölgəmizdə münaqişə və gərginliyin azaldılmasında biz liderlərə böyük məsuliyyət düşür”, – Ərdoğan bildirib. O həmçinin Nyu-Yorkda …
Read More »Türkiyə səfirliyi Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycanı təbrik edib
Türkiyənin Azərbaycandakı Səfirliyi 20 Sentyabr – Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycanı təbrik edirik. Boyukmillet.com xəbər verir ki, bu barədə səfirliyin “X” hesabında yazılıb. “Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda edən bütün qardaşlarımızı rəhmətlə yad edir, qazilərə Allahdan şəfa diləyirik”,-məlumatda qeyd olunub.
Read More »Azərbaycan Prezidenti Donald Trampa təşəkkür edib
Azərbaycan Prezidenti İlham Əliyev ABŞ Prezidenti Donald Trampa “TruthSocial” hesabında paylaşıma görə təşəkkür edib. Boyukmillet.com xəbər verir ki, dövlət başçısı bu barədə “X”də yazıb. “Prezident Donald Tramp, təşəkkür edirəm, “TruthSocial” hesabınızda paylaşdığınız xoş sözlərinizə görə minnətdaram. Azərbaycan və Ermənistan arasında sülh prosesinin irəlilədilməsində və tarixi Vaşinqton sammitinə ev sahibliyi etməyinizdə oynadığınız mühüm rolu yüksək qiymətləndirirəm”,-Azərbaycan Prezidenti qeyd edib. Dövlət başçısı …
Read More »Azərbaycan və BƏƏ arasında Hərtərəfli Strateji Tərəfdaşlıq Əlaqələri haqqında Birgə Bəyannamə imzalanıb
“Azərbaycan Respublikası ilə Birləşmiş Ərəb Əmirlikləri arasında Hərtərəfli Strateji Tərəfdaşlıq Əlaqələri haqqında Birgə Bəyannamə” imzalanıb. Boyukmillet.com xəbər verir ki, imzalanmış sənədi Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Birləşmiş Ərəb Əmirliklərinin dövlət naziri Səid Əl Haceri Azərbaycan Prezidenti İlham Əliyevin və Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın iştirakı ilə mübadilə ediblər.
Read More »Azərbaycanın və Birləşmiş Ərəb Əmirliklərinin prezidentləri Şuşa qalasının önündə foto çəkdiriblər
Azərbaycan Prezidenti İlham Əliyev və Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan sentyabrın 16-da Şuşa qalasının önündə foto çəkdiriblər. Boyukmillet.com xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Read More »Azərbaycan və BƏƏ arasında 14 sənəd imzalanıb
Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri arasında 14 sənəd imzalanıb. Boyukmillet.com xəbər verir ki, həmin sənədlər Şuşada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan ilə geniş tərkibdə görüşü zamanı imzalanıb. Belə ki, “Azərbaycan Respublikası ilə Birləşmiş Ərəb Əmirlikləri arasında Hərtərəfli Strateji Tərəfdaşlıq Əlaqələri haqqında Birgə Bəyannamə”, “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi …
Read More »Bakı və Astana ictimai asayişin təmin edilməsində təcrübə mübadiləsini müzakirə edib
Qazaxıstanın Daxili İşlər Nazirliyinin (DİN) Milli Qvardiyasının nümayəndə heyəti Bakıya səfər çərçivəsində azərbaycanlı həmkarlarının ictimai asayişin təmin edilməsi üzrə iş təcrübəsi ilə tanış olub. Bu barədə “Report”un yerli bürosu Qazaxıstan DİN-in mətbuat xidmətinə istinadən xəbər verir. “Qazaxıstan nümayəndə heyətinin rəhbəri, daxili işlər nazirinin müavini, Milli Qvardiyanın Baş komandanı Ansaqan Baltabekov Azərbaycanın daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovla görüşüb. Onunla ictimai asayişin …
Read More »Azərbaycan Rusiyadan AZAL-ın vurulmasına görə həm etiraf, həm də təzminat tələb edir
2024-cü il dekabrın 25-də Aktau yaxınlığında vurularaq qəzaya uğrayan AZAL sərnişin təyyarəsi ilə bağlı məsələ yenidən gündəmə gəlib. Rusiya Xarici İşlər Nazirliyi (XİN) məlumat yayaraq təyyarənin qəzaya uğraması ilə bağlı sığortaların ödənildiyini bildirib. Qeyd olunub ki, Azərbaycan aviaşirkətinə təyyarə üçün tam sığorta dəyəri – 1 milyard 3 milyon rubl (12.34 milyon ABŞ dolları) məbləğində sığorta kompensasiyası ödənilib: “62 sərnişindən 46-sının xəsarət alması …
Read More »

Boyukmillet.com Biz yanmasaq vətən yanar
