Çərşənbə , 18 Mart 2026

Xarici siyasət

Prezident: ATƏT çərçivəsində keçmişin qalıqları olan bir sıra mexanizmlərin ləğv edilməsi vacibdir

Azərbaycan Prezidenti İlham Əliyev ATƏT çərçivəsində keçmişin qalıqları olan bir sıra mexanizmlərin – bu xüsusda ATƏT-in Minsk qrupu, Yüksək Səviyyəli Planlaşdırma Komitəsi və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi kimi tamamilə fəaliyyətsiz olan bu strukturların artıq rəsmi qaydada ləğv edilməsinin vacib olduğunu bildirib. Boyukmillet.com-un xəbərinə görə, bu sözləri dövlət başçısı fevralın 16-da Münxendə ATƏT-in fəaliyyətdə olan sədri, Malta Respublikasının xarici, …

Read More »

İlham Əliyevin Bundestaqın Almaniya-Cənubi Qafqaz parlament qrupunun sədri ilə görüşü olub

Fevralın 16-da Münxendə Azərbaycan Prezidenti İlham Əliyev ilə Almaniya Bundestaqının Xristian-Demokrat/Xristian-Sosialist İttifaqı fraksiyasının xarici, təhlükəsizlik və müdafiə siyasəti üzrə sədr müavini, Almaniya-Cənubi Qafqaz parlament qrupunun sədri Yohan David Vadefulun görüşü olub. Boyukmillet.com-un xəbərinə görə, bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb. Qeyd olunub ki, görüş qarşı tərəfin müraciətinə əsasən baş tutub. Xatırladaq ki, Prezident İlham Əliyev Münxen Təhlükəsizlik Konfransında iştirak …

Read More »

Azərbaycan Prezidenti Türkiyənin xarici işlər naziri ilə görüşüb

Fevralın 16-da Münxendə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə qarşı tərəfin müraciətinə əsasən Türkiyə Respublikasının xarici işlər naziri Hakan Fidanın görüşü olub. Boyukmillet.com xəbər verir ki, Hakan Fidan dövlətimizin başçısını prezident seçkilərində qələbə münasibətilə təbrik etdi. Prezident İlham Əliyev təbrikə görə minnətdarlığını bildirdi. Söhbət zamanı Türkiyə ilə Azərbaycan arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə inkişaf etdiyi bir daha vurğulandı, əməkdaşlığın …

Read More »

İlham Əliyev Münxendə Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti ilə görüşüb

Münxendə fevralın 16-da Azərbaycan Prezidenti İlham Əliyev ilə Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti Odil Reno-Bassonun görüşü olub. Boyukmillet.com xəbər verir ki, bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb. Qeyd olunub ki, görüş qarşı tərəfin müraciətinə əsasən baş tutub. Xatırladaq ki, Prezident İlham Əliyev Münxen Təhlükəsizlik Konfransında iştirak üçün Almaniyaya səfər edib. Konfrans fevralın 16-18-də keçiriləcək.

Read More »

Vilayət Eyvazov qazaxıstanlı həmkarı ilə birgə əməkdaşlığı müzakirə edib

Fevralın 15-də daxili işlər naziri səlahiyyətlərini icra edən general – polkovnik Vilayət Eyvazov Azərbaycana iki günlük rəsmi səfərə gələn Qazaxıstanın daxili işlər naziri, polis general-leytenantı Erjan Sadenovla birgə əməkdaşlığı müzakirə edib. Bu barədə  Daxili İşlər Nazirliyindən məlumat verilib. Nazir Erjan Sadenov və onu müşayiət edən şəxslər Fəxri xiyabana gedərək xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsi önünə əklil qoyub, ulu öndərin əziz xatirəsini ehtiramla …

Read More »

BMT Baş katibi Prezident İlham Əliyevi təbrik edib

Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreş Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib. Boyukmillet.com xəbər verir ki, təbrikdə deyilir: “Zati-aliləri. Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizə təbriklərimi çatdırıram. Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri Konfransına 2024-cü ildə ev sahibliyi edən ölkə kimi Azərbaycan iqlim böhranı ilə bağlı beynəlxalq təşəbbüslərə rəhbərlik etməkdə xüsusi rol oynayacaq. Mən Sizin rəhbərliyinizlə Birləşmiş Millətlər Təşkilatı …

Read More »

Azərbaycan XİN: Nikol Paşinyan bölgədə qəsdən gərginlik yaratmaq istəyir

Ermənistanın baş naziri Nikol Paşinyanın fevralın 15-də hökumətin iclasında növbəti dəfə səsləndirdiyi əsassız iddialar bölgədə qəsdən gərginlik yaratmaq məqsədi daşıyır. Boyukmillet.com  xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin N.Paşinyanın fikirləri ilə bağlı şərhində bildirilib. “İlk növbədə qeyd edək ki, hərbi qulluqçumuzun yaralanmasına cavab olaraq ölkəmizin həyata keçirdiyi tədbirlərin təcavüz kimi qiymətləndirilməsi faktların saxtalaşdırılmasıdır. 12 fevral tarixində Ermənistan tərəfinin …

Read More »

Mərakeşin Kralı İlham Əliyevi təbrik edib

Mərakeşin Kralı VI Məhəmməd Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. Boyukmillet.com-un məlumatına görə, təbrikdə deyilir: “Zati-aliləri, əziz Qardaşım. Yenidən Azərbaycan Prezidenti seçilməyiniz münasibətilə Sizi səmimi-qəlbdən təbrik edir, ölkənizi daha da inkişafa və firavanlığa doğru aparan fəaliyyətinizdə davamlı uğurlar arzulamaqdan böyük məmnunluq duyuram. Mən ölkələrimiz arasında dostluğa söykənən və davamlı inkişaf edən əlaqələrdən çox məmnunam. Odur ki, iki qardaş ölkəmizin …

Read More »

Baş nazir: Britaniya COP29-un uğurla keçirilməsi üçün Azərbaycana dəstək verəcək

Böyük Britaniya COP29-un uğurla keçirilməsi üçün Azərbaycana dəstək verəcək. Boyukmillet.com xəbər verir ki, bunu Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Rişi Sunak fevralın 15-də Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı təbrik məktubunda yazıb. O bildirib ki, ötən 30 ildən artıq müddətdə iki ölkə arasındakı münasibətlər daha da güclənib: “Təkcə son 12 ay ərzində biz Ukraynaya dəstək vermək üçün …

Read More »

İlham Əliyev: Azərbaycan-Serbiya əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk

Biz xoş ənənələrə əsaslanan, qarşılıqlı hörmət və dəstək kimi sağlam təməllər üzərində qurulmuş Azərbaycan-Serbiya əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk. Boyukmillet.com-un xəbərinə görə, bu fikirlər Azərbaycan Prezidenti İlham Əliyevin Serbiya Prezidenti Aleksandar Vuçiçə ünvanladığı təbrik məktubunda yer alıb. “Ölkələrimiz arasında dostluq əlaqələrinin möhkəmlənməsi, səmərəli əməkdaşlığın və strateji tərəfdaşlığın gündən-günə genişlənməsi bizi çox sevindirir. Beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyimizi xüsusi qeyd etmək …

Read More »