Çərşənbə , 18 Mart 2026

Xarici siyasət

Serbiyanın AŞPA-dakı nümayəndə heyəti Azərbaycanla bağlı qəbul edilən qətnaməyə etirazını bildirib

Serbiyanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyəti AŞPA-nın Azərbaycan nümayəndə heyəti ilə bağlı qəbul etdiyi qətnaməyə görə Assambleyanın sədri Teodoros Rousopoulosa etiraz müraciəti ünvanlayıb. Boyukmillet.com müraciəti təqdim edir: “Zati-aliləri, Biz Avropa Şurası Parlament Assambleyasında baş vermiş son xoşagəlməz hadisə ilə bağlı, yəni Azərbaycan Respublikası Milli Məclisinin nümayəndə heyətinin etimadnaməsinin qəbul edilməməsi və onun ratifikasiya olunmaması barədə qətnamənin qəbul edilməsi …

Read More »

Azərbaycan XİN Türkiyədəki zəlzələnin birinci ildönümü ilə bağlı başsağlığı verib

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Türkiyədəki zəlzələnin birinci ildönümü ilə bağlı başsağlığı verib. Boyukmillet.com xəbər verir ki, bu barədə XİN-in “X” səhifəsində paylaşım edilib. “Qardaş Türkiyədə böyük insan tələfatı və dağıntılara səbəb olan zəlzələnin birinci ildönümündə faciə qurbanlarının ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk. “Bir millət, iki dövlət” kəlamı ilə bağlı olduğumuz Türkiyənin həm sevinc, həm də kədərində daim …

Read More »

İlham Əliyev Türkiyədəki güclü zəlzələnin ildönümü ilə bağlı Ərdoğana başsağlığı verib

Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı məktubu ünvanlayıb. Boyukmillet.com xəbər verir ki, məktubda deyilir: “Hörmətli cənab Prezident, Əziz Qardaşım, 2023-cü ilin fevralında Türkiyədə baş vermiş və on minlərlə insanın həyatına son qoymuş dəhşətli zəlzələlərdən bir il ötür. Bu faciə nəticəsində həlak olmuş bacı-qardaşlarımızın əziz xatirəsini dərin hörmət və ehtiramla yad edir, onlara uca Allahdan rəhmət, doğmalarına və …

Read More »

BQXK Bakıda həbsdə olan erməni separatçılara baş çəkib

Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) əməkdaşları yanvar ayının sonu və fevral ayının əvvəllərində Bakıda həbsdə olan erməniəsilli şəxslərə yenidən baş çəkiblər. Bu barədə “Report”un sorğusuna cavab olaraq BQXK-nın Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova məlumat verib. O bildirib ki, saxlanılan şəxslərlə təkbətək görüşlər keçirilib və onların ailələri ilə əlaqəsi üçün şərait yaradılıb. Qeyd edək ki, BQXK mandatına uyğun olaraq …

Read More »

Bir sıra ölkələrin MSK rəhbərləri prezident seçkiləri ilə əlaqədar Azərbaycana gəlib

Fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkiləri ilə əlaqədar bir sıra ölkələrin mərkəzi seçki komissiyalarının sədrləri və müşahidə missiyalarının rəhbərləri Azərbaycana gəlib. Boyukmillet.com-un xəbərinə görə, onlar arasında MDB-nin Baş katibi Serqey Lebedev və MDB katibliyinin rəhbəri Serqey Burutin, Monteneqro MSK-nın sədri Nikola Mugosa, İƏT Baş katibinin siyasi məsələlər üzrə köməkçisi Yousef Aldobeay və İƏT Katibliyinin seçki müşahidə bölməsinin rəhbəri Şakir Mahmud …

Read More »

Bu gündən MDB PA müşahidəçiləri Azərbaycanda seçkilərin qısamüddətli monitorinqinə başlayır

Bu gündən MDB Parlamentlərarası Assambleyasının (PA) beynəlxalq müşahidəçiləri fevralın 4-dən Azərbaycanda seçkilərin qısamüddətli monitorinqinə başlayır. Boyukmillet.com xəbər verir ki, fevralın 4-6-da namizədlərin Seçki Qərargahı, Mərkəzi Seçki Komissiyası, Baş Prokurorluq, Konstitusiya Məhkəməsi və Milli Məclis rəhbərliyi ilə görüşləri nəzərdə tutulub. Qrupa Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan və Özbəkistandan deputatlar və senatorlar daxildir. Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkilərində MDB Parlamentlərarası Assambleyasından olan …

Read More »

Azərbaycan Avropa Şurası və Avropa Məhkəməsindən çıxmaq məsələsinə baxır

Azərbaycan tərəfi Avropa Şurası və İnsan Hüquqları üzrə Avropa Məhkəməsindən çıxmaq məsələsinə baxır. Bu barədə diplomatik mənbələrdən məlumat verilib. Bildirilib ki, Avropa Şurası Parlament Assambleyası ilin sonunadək Azərbaycana qarşı ədalətli mövqe ortaya qoymasa, rəsmi Bakı bu iki qurumdan çıxmaq barədə qərar qəbul edə və addımlar ata bilər. Qeyd edək ki, Azərbaycan 2001-ci ildə Avropa Şurasının və AŞPA-nın tamhüquqlu üzvü olub. Bəzi …

Read More »

Ermənistandan Azərbaycana keçmək istəyən Çexiya vətəndaşı saxlanılıb

Ermənistandan Azərbaycana keçmək istəyən Çexiya vətəndaşı saxlanılıb. Boyukmillet.com  məlumatlı mənbəyə istinadən xəbər verir ki, Çexiya vətəndaşı Ermənistan tərəfdə minalanmış zonadan keçərək Azərbaycan ərazisinə daxil olub. Müvafiq məlumat Çexiyanın Azərbaycandakı konsulluğuna göndərilib. Hazırda faktla bağlı araşdırma aparılır və onun şəxsiyyəti müəyyənləşdirilir. Qeyd edək ki, son vaxtlar bir sıra Avropa ölkələrinin, xüsusən də Fransanın nümayəndələri Ermənistan-Azərbaycan sərhədində kifayət qədər tez-tez olurlar. Belə …

Read More »

Füzuli Məmmədov Prezident seçkiləri ilə bağlı nələr dedi…

«Bu gün bizlər hətta bizdən öncə gələn əcdadlarımızın həsəd aparacağı möhtəşəm tarixi hadisələrə şahidlik edirik. Neçə-neçə nəslin həyatına sığmayacaq qədər bu böyük hadisələri yaşamaq bizlərin taleyinə yazılıbmış. 44 günlük Vətən müharibəsi, arda-arda keçirilən miqyasına görə kiçik, bəşəri baxımdan nəhəng tədbirlər 2023 ilin sentyabrında Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasına, bizlərin qalib xalqa çevrilməyimizə gətirib çıxartı. Artıq bölgədə ortaya qoyduğumuz yeni geosiyasi …

Read More »

Rusiya Federasiya Şurası Azərbaycanda prezident seçkilərini müşahidə edəcək

Rusiya Federasiya Şurasının beynəlxalq məsələlər komitəsinin sədri Qriqori Karasinin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda keçiriləcək prezident seçkilərini müşahidə edəcək. Boyukmillet.com bu barədə TASS-a istinadən xəbər verir. “Senatorlar fevralın 5-dən 8-dək Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkilərini müşahidəsində iştirak edəcəklər. Nümayəndə heyətinə Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin sədri Qriqori Karasin rəhbərlik edəcək”, – məlumatda qeyd edilib. Bildirilib ki, parlamentarilər MDB, Şanxay Əməkdaşlıq …

Read More »