Bazar , 19 Yanvar 2025

Xarici siyasət

Eldar Səmədov: “Ermənistan humanitar məsələni həmişə siyasiləşdirib”

“Ermənistan humanitar məsələni həmişə siyasiləşdirib”. Boyukmillet.com xəbər verir ki, bunu Əsir və itkin düşmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası işçi qrupu rəhbərinin müavini Eldar Səmədov Azərbaycanda itkin düşmüş şəxslər probleminə həsr olunmuş brifinqdə deyib. O bildirib ki, ermənilər əsir və girovlardan öz cinayətləri üçün istifadə edib: “Ermənistan hətta öz itkin düşmüş şəxslərinə də qeyri-insani davranır. Ermənilər onların tapılmasında maraqlı deyil. Çünki cinayətlərinin …

Read More »

PA rəsmisi: İtkin düşmüş şəxslərdən 15 nəfərin taleyi müəyyən edilib

“İtkin düşmüş bəzi şəxslərin taleyinin müəyyən edilməsi bizim üçün əhəmiyyətli hadisədir”. Boyukmillet.com xəbər verir ki, bunu Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin sektor müdiri Həbib Mikayıllı Azərbaycanda itkin düşmüş şəxslər probleminə həsr olunmuş brifinqdə deyib. Onun sözlərinə görə, 15 nəfərin taleyi müəyyən edilib: “Həmin şəxslərin taleyinin müəyyən edilməsi Azərbaycanın vətəndaşlarına verdiyi dəyəri göstərir”. Qurum rəsmisi diqqətə çatdırıb ki, Vətən müharibəsindən sonra …

Read More »

Azərbaycan və İran XİN başçıları münasibətlərin normallaşması üçün atılmalı addımları müzakirə ediblər

Xarici işlər naziri Ceyhun Bayramov ilə İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahian arasında telefon danışığı baş tutub. Nazirlər ikitərəfli və regional gündəlikdə duran məsələləri, eləcə də postmünaqişə dövründə cari regional vəziyyəti müzakirə ediblər. Telefon danışığı zamanı Azərbaycan-İran iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədrləri arasında keçirilmiş son görüşlərdən irəli gələn məsələlər və atılacaq növbəti addımlar nəzərdən keçirilib. …

Read More »

“Azərbaycanlıların yaşamaq hüququnu pozduğuna görə Ermənistanın kompensasiya ödəməsini təmin etmək vacibdir” – RƏY

“Ermənistanın azərbaycanlıların yaşamaq hüququnu pozduğunu tanıtmaq və həmin şəxslərin ailələrinə kompensasiya ödənilməsini təmin etmək vacibdir”. Bunu “Report”a açıqlamasında hüquqşünas, Vəkillər Kollegiyasının üzvü Əsabəli Mustafayev deyib. O, Azərbaycan hökumətinin bir neçə istiqamətdə Avropa Məhkəməsinə müraciət etdiyini vurğulayıb: “Bir neçə ay əvvəl belə bir məlumat yayılmışdı ki, Azərbaycan hökuməti Ermənistanın minalanmış ərazilərin xəritəsini verməməsi barədə Avropa Məhkəməsinə müraciət edib. Məhkəmə də Ermənistan …

Read More »

Prezident İlham Əliyev Tacikistana səfərə gedib

Azərbaycan Prezidenti İlham Əliyev Tacikistan Prezidenti Emoməli Rəhmonun dəvəti ilə Mərkəzi Asiya Dövlət Başçılarının 5-ci Məşvərət görüşündə fəxri qonaq qismində iştirak etmək üçün sentyabrın 14-də Tacikistana səfərə gedib. Boyukmillet.com xəbər verir ki, Düşənbə Beynəlxalq Aeroportunda dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Azərbaycan Prezidenti İlham Əliyevi Tacikistanın Baş naziri Koxir Rasulzada və digər rəsmi şəxslər qarşılayıblar.

Read More »

İran XİN ABŞ-Ermənistan birgə hərbi təlimlərini tənqid edib

İranın xarici işlər naziri Hüseyin Əmir Abdullahian ABŞ-Ermənistan birgə hərbi təlimlərini tənqid edib. Boyukmillet.com xəbər verir ki, bu barədə İran XİN-in məlumatında qeyd edilib. Bildirilib ki, Hüseyin Əmir Abdullahian ilə erməni həmkarı Ararat Mirzoyan arasında telefon danışığı olub. Danışıq çərçivəsində Əmir Abdullahian Ermənistan və ABŞ-nin keçirdiyi hərbi təlimə diqqət çəkərək bölgədə hər hansı xarici qüvvələrin mövcudluğunun oradakı vəziyyəti daha da çətinləşdirəcəyini …

Read More »

Sahibə Qafarova Bolqarıstanın Prezidenti ilə görüşüb

Milli Məclisin sədri Sahibə Qafarova Bolqarıstanın Prezidenti Rumen Radevlə görüşüb. Azərbaycan parlament rəhbərini səmimiyyətlə salamlayan dövlət başçısı qeyd edib ki, Azərbaycan və Bolqarıstan sadəcə strateji tərəfdaş ölkələr deyil, həm də çox yaxın ölkələrdir. Ölkələrimiz arasında yüksək səviyyəli siyasi dialoq müntəzəm xarakter daşıyır. Onun sözlərinə görə, Azərbaycan və Bolqarıstan beynəlxalq müstəvidə baş verən bir çox proseslərə də eyni baxışlara malikdir, ölkələrimizin …

Read More »

Bolqarıstan Prezidenti: “Azərbaycanla strateji tərəfdaşlıq münasibətlərimiz yalnız enerji sahəsini əhatə etmir”

“Azərbaycanla strateji tərəfdaşlıq münasibətlərimiz yalnız enerji sahəsini əhatə etmir”. Boyukmillet.com xəbər verir ki, bunu Bolqarıstan Prezidenti Rumen Radev Milli Məclisin sədri Sahibə Qafarova ilə görüşdə deyib. O, Azərbaycanla Bolqarıstan arasında enerji sahəsində də uğurlu nəticələrin müşahidə edildiyini qeyd edərək, bildirib ki, Azərbaycan qazı artıq Bolqarıstana gəlib çatıb: “Strateji tərəfdaşlıq münasibətlərimiz yalnız enerji sahəsini əhatə etmir. Ölkələrimiz arasında digər sahələrdə də …

Read More »

Ankarada “Azərbaycan Günü” festivalı keçirilib

1-10 sentyabr 2023-cü il tarixlərində Ankara şəhəri Etimesqut bələdiyyəsi tərəfindən təşkil edilmiş 25-ci Beynəlxalq Anadolu Günləri Mədəniyyət və İncəsənət Festivalının final günü çərçivəsində Səfirliyin və Etimesqutla qardaşlaşmış şəhər olan Şirvan Şəhəri İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Azərbaycan Günü” keçirilmişdir. Tədbirdə Azərbaycan Respublikasının xalq artistləri Gülyaz və Gülyanaq Məmmədovalar, həmçinin Şirvan şəhər Mədəniyyət mərkəzinin kollektivi tərəfindən mədəni proqram nümayiş etdirilmiş, Azərbaycan …

Read More »

Ayxan Hacızadə: “Ağdam-Xankəndi və Laçın yollarından eyni vaxtda istifadəyə mane olan qondarma rejimdir”

“Ağdam-Xankəndi və Laçın yollarından eyni vaxtda istifadə məsələsində Azərbaycanın razılığının həyata keçirilməsinə mane olan Ermənistan tərəfindən Qarabağ bölgəsində yaradılmış qondarma rejimdir”. Boyukmillet.com xəbər verir ki, bunu Rusiya Qızıl Xaç Cəmiyyəti tərəfindən göndərilən yükün Ağdam-Xankəndi yolu ilə keçidi, habelə Ağdam-Xankəndi və Laçın yollarından eyni zamanda açılması məsələsi ilə bağlı xarici işlər nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin yerli medianın suallarına cavabında deyib. …

Read More »