Bazar , 7 Dekabr 2025

Xarici siyasət

Azərbaycan Çexiyaya başsağlığı verib

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Çexiyaya başsağlığı verib. Boyukmillet.com  xəbər verir ki, bununla bağlı XİN-in “X” sosial şəbəkəsindəki hesabında paylaşım edilib. “Çexiyanın Praqa şəhərindəki Çarlz Universitetində baş verən kütləvi atışma nəticəsində insan tələfatı bizi dərindən kədərləndirir. Bu faciəli hücumda həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir və yaralananların tezliklə sağalmasını arzu edirik”, – XİN-dən bildirilib. Qeyd edək ki, Praqa şəhərindəki …

Read More »

Hakan Fidan: “Azərbaycan və Ermənistan arasında sülhün əldə olunması imkanını alqışlayırıq”

“Biz İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan və Ermənistan arasında sülhün əldə olunması imkanını alqışlayırıq”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Türkiyə Böyük Millət Məclisində (TBMM) çıxışı zamanı bildirib. “Türkiyə iki ölkə arasında etimadı artıran qəbul edilən konkret addımlardan məmnuniyyət duyur, sülh sazişinin ən qısa zamanda imzalanacağına ümid edir”, – nazir deyib.

Read More »

Azərbaycanın Türkiyədəki səfirliyi prezident seçkiləri ilə əlaqədar vətəndaşlara müraciət edib

Azərbaycanın Türkiyədəki səfirliyi prezident seçkiləri ilə əlaqədar vətəndaşlara müraciət edib. Boyukmillet.com xəbər verir ki, bu barədə səfirliyin “X” hesabında yazılıb. Qeyd olunub ki, 18 yaşını tamamlamış, aktiv seçki hüququna malik Azərbaycan vətəndaşları fevralın 7-də Azərbaycanda keçiriləcək prezident seçkilərində səsvermə hüququndan istifadə üçün lazımi məlumatları səfirliyə təqdim etməlidirlər. Onlar soyad, ad, ata adını, doğum tarixlərini, Türkiyədə daimi və ya müvəqqəti yaşadıqları ünvanları …

Read More »

Meksika mətbuatında Ermənistan tərəfinin qərəzli iddiaları ifşa olunub

Meksikanın aparıcı KİV-indən olan “El Economista” qəzetində səfir Məmməd Talıbovla müsahibə əsasında “Azərbaycan Ermənistanla sülh istəyir” başlıqlı məqalə dərc olunub. Məqalə adıkeçən nəşrdə daha öncə yayımlanmış Ermənistanın Azərbaycana qarşı qarayaxma kampaniyasına cavab olaraq qələmə alınıb. Bu barədə Azərbaycanın Meksikadakı səfirliyindən məlumat verilib. Müsahibə zamanı ünvanlanana suallara cavab olaraq səfir münaqişə tarixi barədə məlumat verib, Azərbaycan ərazisinin iyirmi faizinin 30 il boyunca …

Read More »

Əli Əsədov Türkiyənin vitse-prezidenti ilə görüşüb

Azərbaycanın Baş naziri Əli Əsədov dekabrın 20-də ölkəmizdə rəsmi səfərdə olan Türkiyənin vitse-prezidenti Cevdet Yılmazla görüşüb. Nazirlər Kabinetindən bildirilib ki, görüşdə Türkiyənin vitse-prezidentinin rəsmi səfərinin iki ölkə arasında mehriban qonşuluq və qardaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsi baxımından əhəmiyyəti qeyd edilib. Azərbaycan-Türkiyə strateji tərəfdaşlığının və müttəfiqliyinin hərtərəfli inkişafında prezidentlər İlham Əliyevin və Rəcəb Tayyib Ərdoğanın səyləri xüsusi vurğulanıb. Azərbaycan və Türkiyənin hər …

Read More »

Prezident: “Azərbaycanın Müqəddəs Taxt-Tac ilə əlaqələrinin yüksələn xətlə və dinamik inkişafı məmnunluq doğurur”

Azərbaycanın Müqəddəs Taxt-Tac ilə əlaqələrinin yüksələn xətlə və dinamik inkişafı məmnunluq doğurur. Boyukmillet.com xəbər verir ki, bu fikirlər Azərbaycan Prezidenti İlham Əliyevin Roma Papası Fransiskə ünvanladığı məktubda əksini tapıb. “Xoşməramlı niyyətlərə xidmət edən ikitərəfli münasibətlərimizin tarixi əlamətdar hadisələr və nailiyyətlər ilə zəngindir. Azərbaycan-Müqəddəs Taxt-Tac əməkdaşlığının inkişafında, konstruktiv dialoqumuzun genişlənməsində Sizin böyük şəxsi töhfənizə, habelə Azərbaycanın multikulturalizm və tolerantlıq ənənələrinə daim verdiyiniz …

Read More »

Azərbaycan Prezidenti Roma Papasına məktub göndərib

Azərbaycan Prezidenti İlham Əliyev Roma Papası Fransiskə məktub göndərib. Boyukmillet.com xəbər verir ki, məktubda deyilir: “Zati-müqəddəsləri, İsa peyğəmbərin mübarək mövludu — Milad bayramı münasibətilə Sizi və Sizin simanızda bütün həmməzhəblərinizi ürəkdən təbrik edir, ən səmimi və xoş arzularımı çatdırıram. Xristian aləminin ən müqəddəs bayramlarından biri, yeniliyin, mərhəmət və şəfqət duyğularının rəmzi olan Milad bayramı insanları yüksək mənəvi ideallar və dəyərlər ətrafında …

Read More »

Cevdet Yılmaz: “Türkiyə-Azərbaycan qardaşlığı əbədi olaraq davam edəcək”

“Bir millət, iki dövlət” şüarı və şəhidlərimizin fədakarlıqları ilə daha da möhkəmlənən Türkiyə-Azərbaycan qardaşlığı əbədiyyən var olmağa davam edəcək. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Bakıda “Türk şəhidliyi” abidəsində xatirə dəftərinə yazdığı ürək sözlərində qeyd edib. O, vitse-prezident kimi Azərbaycana ilk səfərində şəhidləri ziyarət etməkdən şərəf duyduğunu qeyd edib. “Vətən övladlarının 105 il əvvəl qardaş Azərbaycanı öz …

Read More »

MSK beynəlxalq müşahidəçilərə dəvət göndərib

Mərkəzi Seçki Komissiyası (MSK) Azərbaycanda Prezident seçkilərini müşahidə etmək üçün artıq beynəlxalq müşahidəçilərə dəvət göndərib. Boyukmillet.com-un xəbərinə görə, bunu MSK-nın sədri Məzahir Pənahov rəhbərlik etdiyi qurumda Dairə Seçki Komissiyalarının sədrləri üçün keçirilən müşavirədə deyib. Qeyd edək ki, gələn il fevralın 7-də Azərbaycanda növbədənkənar Prezident seçkiləri keçiriləcək.

Read More »

Prezident İlham Əliyev Türkiyənin vitse-prezidenti Cevdet Yılmazı qəbul edib

Dekabrın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının vitse-prezidenti Cevdet Yılmazı qəbul edib. Boyukmillet.com xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Read More »