Bazar ertəsi , 12 Yanvar 2026

Xarici siyasət

Azərbaycan və Türkiyə parlamentləri arasında əməkdaşlığın inkişafı müzakirə olunub

Azərbaycan və Türkiyə parlamentləri arasında əməkdaşlığın inkişafı müzakirə olunub. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycanın Türkiyədəki səfirliyindən bildirilib. Qeyd olunub ki, Milli Məclisin Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq Qrupunun nümayəndə heyəti Türkiyə Böyük Millət Məclisində olub. Onlar Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun İdarə Heyətinin üzvləri ilə görüşüblər. Görüşdə iki ölkənin parlamentləri arasında əməkdaşlığın inkişafı ilə bağlı məsləhətləşmələr aparılıb. Qeyd edək ki, Azərbaycan …

Read More »

Ərdoğan Azərbaycan parlament nümayəndə heyətini qəbul edib

Türkiyədə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada səfərdə olan Azərbaycan Milli Məclisinin nümayəndə heyətini qəbul edib. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycanın Türkiyədəki səfirliyindən bildirilib. Qeyd olunub ki, görüş hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) qərargahında keçirilib. https://twitter.com/AzEmbassyTurkey/status/1734557464354271374/photo/1?ref_src=twsrc%5Etfw%7Ctwcamp%5Etweetembed%7Ctwterm%5E1734557464354271374%7Ctwgr%5E5cbdcde85a59141ec38b1f396ef714dc4b7fbe67%7Ctwcon%5Es1_&ref_url=https%3A%2F%2Freport.az%2Fxarici-siyaset%2Ferdogan-azerbaycan-parlament-numayende-heyetini-qebul-edib%2F

Read More »

UNESCO-da Azərbaycanın minalarla bağlı irəli sürdüyü qətnamə qəbul edilib

UNESCO mənzil qərargahında dekabrın 11-də Silahlı münaqişə zamanı mədəni mülkiyyətin qorunması üzrə 1954-cü il Haaqa Konvensiyasına Tərəf Ölkələrin 15-ci görüşünün gündəliyinə Azərbaycan tərəfindən daxil edilmiş “Minaların mədəni irsə təsiri” mövzusunda qətnamə layihəsi Konvensiyaya 135 Tərəf Ölkənin yekdil qərarı ilə qəbul edilib. Boyukmillet.com xəbər verir ki, bu barədə XİN-in məlumatında deyilir. Qətnamədə, silahlı münaqişələr və postmünaqişə dövrlərində mədəni mülkiyyətin (mədəni irsin) …

Read More »

Cahit Bağçı: “Heydər Əliyevin həyata keçirə bilmədiyi heç bir şey qalmayıb”

Türkiyənin Azərbaycandakı sədiri Cahit Bağçı Ulu Öndər Heydər Əliyevin həyata keçirmək istəyib də, keçirə bilmədiyi heç bir şey qalmadığını söyləyib. Boyukmillet.com xəbər verir ki, səfir jurnalistlərə açıqlamasında qeyd edib ki, Azərbaycanın Ulu Öndəri Heydər Əliyev uzaqgörən lider olub. “Heydər Əliyevin ən böyük vəsiyyəti Qarabağın azadlığı idi. Ulu Öndər Heydər Əliyevin siyasi kursunun bu gün Prezident İlham Əliyev tərəfindən uğurla həyata …

Read More »

Ceyhun Bayramov: “Ermənistandan qarşılıqlı səmimi fədakarlıq gözləyirik”

“Mən bir daha bütün aidiyyəti tərəfləri Azərbaycan və Ermənistan arasında normallaşmaya zərər verməməyə çağırıram. Biz hamımız birlikdə, Avropa təcrübəsinə əsaslanaraq Cənubi Qafqazı qarşıdurma zonasından əməkdaşlıq sahəsinə çevirməyə çalışmalıyıq”. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Şərq Tərəfdaşlığı ölkələrinin xarici işlər nazirlərinin görüşündə çıxışı zamanı deyib. “Biz Ermənistana etdiyimiz bərabər və ədalətli sülh təklifimizi bir daha təkrarlayırıq və …

Read More »

Ceyhun Bayramov: “Ulu Öndər ömrünü dövlətimizin inkişafı, gələcəyi, xalqımızın rifahına həsr edib”

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Ulu Öndər Heydər Əliyevin anım günü ilə əlaqədar paylaşım edib. Boyukmillet.com xəbər verir ki, o, bu barədə “X” hesabında yazıb. “Ömrünü dövlətimizin inkişafı, gələcəyi, xalqımızın rifahı və firavanlığına həsr etmiş, memarı olduğu müstəqil Azərbaycan var olduqca daim qəlbimizdə əbədi yaşayacaq Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini dərin hörmət və minnətdarlıqla yad edirik”, – nazir bildirib. …

Read More »

Türkiyənin Azərbaycandakı səfiri Heydər Əliyevlə bağlı paylaşım edib

Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı Ulu Öndər Heydər Əliyevin anım günü ilə əlaqədar sosial şəbəkə hesabında paylaşım edib. Boyukmillet.com xəbər verir ki, paylaşımda deyilir: “Qardaş Azərbaycanın Ulu Öndəri Heydər Əliyevin əziz xatirəsini dərin hörmət və ehtiramla yad edirik. Ömrünü xalqına və qardaşlığa həsr edənlər daim ürəklərdə yaşayır. Allah rəhmət eləsin”. https://twitter.com/cahitbagci/status/1734430172160352268/photo/1?ref_src=twsrc%5Etfw%7Ctwcamp%5Etweetembed%7Ctwterm%5E1734430172160352268%7Ctwgr%5E0903fc86353c74d04c6a07942c330fa9625806ac%7Ctwcon%5Es1_&ref_url=https%3A%2F%2Freport.az%2Fdaxili-siyaset%2Fturkiyenin-azerbaycandaki-sefiri-heyder-eliyevle-bagli-paylasim-edib%2F

Read More »

Azərbaycan XİN rəhbəri: “Qərəzli bəyanatlar Aİ-nin vasitəçi roluna xələl gətirir”

Azərbaycan və Ermənistan arasında normallaşma prosesində Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçilik səyləri Azərbaycan tərəfindən yüksək qiymətləndirilib. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Brüssel şəhərinə işgüzar səfəri çərçivəsində Avropa İttifaqının (Aİ) xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi/Aİ Komissiyasının vitse-prezidenti Jozep Borrell ilə görüşü zamanı deyib. Onun sözlərinə görə, bəzi Avropa İttifaqı rəsmiləri …

Read More »

Ceyhun Bayramov Şərq Tərəfdaşlığı ölkələrinin xarici işlər nazirlərinin görüşündə çıxış edib

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Brüsselə işgüzar səfəri çərçivəsində Şərq Tərəfdaşlığı (ŞT) ölkələrinin xarici işlər nazirlərinin görüşündə iştirak edib. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozef Borelin sədrliyi ilə keçirilən görüşdə eyni zamanda Avropa Komissiyasının Qonşuluq və Genişlənmə məsələləri üzrə Komissarı Oliver Varhelyi, Avropa …

Read More »

Ceyhun Bayramov Slovakiyanın xarici işlər naziri ilə görüşüb

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Şərq Tərəfdaşlığı ölkələrinin xarici işlər nazirlərinin görüşündə iştirak məqsədilə Belçika Krallığına işgüzar səfəri çərçivəsində Slovakiya Respublikasının xarici işlər və Avropa məsələləri üzrə naziri Yuray Blanar ilə görüş keçirib. Bu barədə  Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib. Görüş zamanı nazir Ceyhun Bayramov yeni Slovakiya nazirinə təyinatla əlaqədar öz təbriklərini çatdırıb və fəaliyyətində uğurlar arzulayıb. Diplomatik münasibətlərin …

Read More »