Ermənistan COP29-un ev sahibliyinə Azərbaycanın xeyrinə öz namizədliyini geri götürüb. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikası Baş nazirinin Aparatının birgə açıqlamasında bildirilir. “Xoş niyyətin təzahürü olaraq, Ermənistan Respublikası BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Tərəf Dövlətlərin 29-cu Konfransına (COP29) ev sahibliyinə öz namizədliyini geri götürərək, Azərbaycan Respublikasının namizədliyini dəstəkləyir. Azərbaycan Respublikası və Ermənistan Respublikası …
Read More »Azərbaycanla Ermənistan arasında hərbçilərin qarşılıqlı surətdə azad edilməsi barədə razılıq əldə olunub
Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikası Baş nazirinin Aparatı arasında aparılmış danışıqlar nəticəsində humanizm prinsipinə sadiqlik ruhunda, xoş niyyət göstəricisi olaraq iki ölkə arasında qarşılıqlı etimad tədbiri kimi Azərbaycan tərəfindən erməniəsilli 32 şəxsin, Ermənistan tərəfindən isə 2 Azərbaycan hərbçisinin azad edilməsi barədə razılıq əldə edilib. Boyukmillet.com xəbər verir ki, Ermənistana qaytarılması nəzərdə tutulan 32 nəfər (26 nəfər 2020-ci ilin dekabrında …
Read More »Azərbaycan Prezident Administrasiyası və Ermənistan Baş nazirinin Aparatı birgə açıqlama yayıb
Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikası Baş nazirinin Aparatı birgə açıqlama yayıb. Boyukmillet.com açıqlamanı təqdim edir: “Azərbaycan Respublikası və Ermənistan Respublikası regionda çoxdan gözlənilən sülhün əldə olunması üçün tarixi fürsətin yarandığı fikrini bölüşür. İki ölkə münasibətləri normallaşdırmaq, suverenlik və ərazi bütövlüyü prinsiplərinə hörmət əsasında sülh sazişinə nail olmaq niyyətini bir daha təsdiq edir. Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan …
Read More »Azərbaycan Prezidenti: “Ermənistan yaxşı qonşu olarsa, öz suverenliyini qoruyub saxlaya bilər”
“Əgər Ermənistan yaxşı qonşu olmaq və dəstək vermək bacarığını nümayiş etdirərsə, bu yolla öz suverenliyini qoruyub saxlaya bilər”. Boyukmillet.com xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev dekabrın 6-da ADA Universitetində keçirilən “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” Forumunda söyləyib. “Ermənistan hökuməti xaotik olaraq bir qütbdən digər qütbə gedir. Onlar hesab edirlər ki, bununla xilas olunacaqlar. Bu, …
Read More »Azərbaycan Prezidenti: “İşğaldan azad olunmuş ərazilərdə mülkiyyətə dəymiş zərərlə bağlı hesablamalar aparırıq”
İşğaldan azad olunmuş ərazilərdə mülkiyyətə dəymiş zərərlə bağlı hesablamalar aparırıq və qeyri-qanuni fəaliyyətin nəticələrini nəzərdən keçiririk. Boyukmillet.com xəbər verir ki, bu barədə Prezident İlham Əliyev dekabrın 6-da ADA Universitetində keçirilən “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” Forumunda bildirib. “Nəinki separatçıların özləri, həmçinin müxtəlif ölkələrdəki erməni diasporunun nümayəndələri bu fəaliyyətlərlə məşğul olublar. Onlar ədalət mühakiməsi qarşısında cavab verməlidirlər”, …
Read More »Azərbaycan Prezidenti: “Fransa və Hindistan Ermənistanı silahlandırmaqla, necə deyərlər, tonqala yanacaq tökürlər”
Fransa və Hindistan Ermənistanı silahlandırmaqla, necə deyərlər, tonqala yanacaq tökürlər və Ermənistanda qeyri-real fikir formalaşdırırlar. Boyukmillet.com xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev dekabrın 6-da ADA Universitetində keçirilən “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” Forumunda bildirib. Dövlətimizin başçısı qeyd edib: “Ermənistan fikirləşə bilər ki, həmin silahları istifadə etməklə yenidən Dağlıq Qarabağı işğal edə bilər. Mən hələ …
Read More »Azərbaycan Prezidenti beynəlxalq forumun iştirakçılarını sülh müqaviləsinin detalları barədə məlumatlandırıb
Sülh prosesinin təşəbbüskarı biz olmuşuq. İlkin mərhələdə Ermənistan tərəfinin səyləri var idi. Bu, həmin sülh müqaviləsi layihəsinə “Dağlıq Qaradağ respublikası”nı daxil etmək idi. Biz əlbəttə ki, bunu rədd etdik. Boyukmillet.com xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev dekabrın 6-da ADA Universitetində keçirilən “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” Forumunda Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi barədə danışarkən söyləyib. …
Read More »Prezident İlham Əliyev Qranada görüşünə getməməsinin səbəblərini açıqlayıb
“Fransa Prezidenti (Emmanuel Makron – red), Şarl Mişel və Ermənistanın baş naziri ilə Praqa görüşünün keçirilməsi təklifi irəli sürüldü. Praqada keçirilən görüşü müsbət qiymətləndirirəm. Çünki o vaxt baş nazir Paşinyan Qarabağı Azərbaycanın hissəsi kimi tanıdı. Düzdür, o, sonra başqa bəyanatla çıxış etdi, öz fikrindən çəkindi. Həmin vaxt o, “Dağlıq Qarabağ”a təbrik məktubu göndərdi. Amma yenə də mən Praqa görüşünün nəticəsi …
Read More »İlham Əliyev ADA-da keçirilən forumda Özbəkistanın Azərbaycana qardaş dəstəyindən danışıb
Özbəkistan birinci ölkə idi ki, (İkinci Qarabağ müharibəsindən sonra – red.) bizə öz qardaş dəstəyini göstərdi. Boyukmillet.com xəbər verir ki, bunu Prezident İlham Əliyev dekabrın 6-da ADA Universitetində keçirilən “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” Forumunda bildirib. “Qardaşım Prezident Mirziyoyevlə birgə biz özbək xalqının oğullarından birinin, Mirzə Uluqbəyin adını daşıyan məktəbin açılışında olduq. Bu, əslində, bizim qardaş …
Read More »Azərbaycan Prezidenti: “Qarabağda əsas maneə basdırılmış minalardır”
Qarabağda əsas maneə basdırılmış minalardır. Bundan başqa, bizim üçün hər hansı bir maneə yoxdur. Biz bunun üçün maliyyə ehtiyatlarımızı səfərbər etmişik. Boyukmillet.com xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev dekabrın 6-da ADA Universitetində keçirilən “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” Forumunda səsləndirib. “Qarabağın yenidən qurulması bizim sərmayə proqramımızın əsas hissəsini təşkil edəcək. Qarabağın bizim üçün ən yüksək …
Read More »

Boyukmillet.com Biz yanmasaq vətən yanar
