Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 22-də Qazaxıstanın Baş naziri Alixan Smailovu qəbul edib. Boyukmillet.com-un xəbərinə görə, bu barədə Azərbaycan Prezidentinin Mətbuat xidməti məlumat yayıb.
Read More »Gələn həftə Vaşinqtonda Azərbaycan və Ermənistan XİN başçılarının görüşü olacaq
Gələn həftə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında görüş olacaq. Boyukmillet.com xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib. O bildirib ki, görüş ABŞ-ın paytaxtı Vaşinqtonda keçiriləcək. N.Paşinyan qeyd edib ki, Ermənistan sülh üçün bütün səyləri göstərir: “Biz münasibətlərin nizamlanmasına dair saziş imzalamalıyıq. Ermənistan nümayəndə heyəti bu amalla ABŞ-a gedəcək”. Hökumət başçısının …
Read More »Dövlət Departamenti: “ABŞ-də Bakı ilə İrəvan arasında sülh danışıqlarının yeni mərhələsi baş tutacaq”
“ABŞ tezliklə Azərbaycan və Ermənistan arasında sülh danışıqlarının yeni mərhələsinə ev sahibliyi edəcək”. Boyukmillet.com xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin Mətbuat Xidmətinin rəhbərinin müavini Vedant Patel brifinqdə deyib. “Tərəflər Cənubi Qafqaz regionunda dinc gələcəyə səy göstərməyə davam etdikcə, biz tezliklə Vaşinqtonda danışıqların növbəti raunduna ev sahibliyi etməyi səbirsizliklə gözləyirik. Biz inanırıq ki, birbaşa dialoq problemlərin həlli və sülhə nail …
Read More »Ceyhun Bayramov ATƏT-in Baş katibi ilə regional təhlükəsizlik məsələlərini müzakirə edib
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Londonda keçirilən Ukrayna Bərpa Konfransı çərçivəsində ATƏT-in Baş katibi Helqa Şmitlə görüşüb. Boyukmillet.com xəbər verir ki, bununla bağlı Azərbaycan Xarici İşlər Nazirliyinin “Twitter” hesabında məlumat paylaşılıb. Görüşdə Azərbaycan və ATƏT arasında əməkdaşlıq gündəliyi, həmçinin regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə edilib. Delighted to meet w/@HelgaSchmid_SG, SG of #OSCE within my working visit to the UK. …
Read More »Azərbaycan XİN başçısı albaniyalı həmkarı ilə ikitərəfli münasibətlərin inkişaf perspektivlərini müzakirə edib
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov albaniyalı həmkarı Olta Xhaçka ilə ikitərəfli əməkdaşlığın inkişaf perspektivlərini müzakirə edib. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) tviter səhifəsində məlumat verilib. “Hörmətli həmkarım və dostum, Albaniyanın xarici işlər naziri Olta Xhaçka ilə Ukraynanın bərpası ilə bağlı konfransın kuluarında görüşməyimə şadam. Bizim Azərbaycan və Albaniya arasında ikitərəfli əməkdaşlığın hazırkı vəziyyətini müzakirə …
Read More »Ceyhun Bayramov ATƏT sədri ilə regional məsələləri müzakirə edib
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Böyük Britaniyanın paytaxtı Londonda ATƏT-in fəaliyyətdə olan sədri, Şimali Makedoniyanın xarici işlər naziri Buyar Osmani ilə görüşüb. Boyukmillet.com xəbər verir ki, bu barədə XİN-dən bildirilib. C.Bayramov və B.Osmani ikitərəfli məsələləri, həmçinin Cənubi Qafqazdakı durumu müzakirə ediblər. Azərbaycanın XİN başçısı özünün tviter hesabında yazıb ki, B.Osmani ilə görüşməkdən məmnun olub. “Biz ikitərəfli gündəliyi, ATƏT çərçivəsində …
Read More »Azərbaycan nümayəndəsi NATO rəsmisi ilə ikitərəfli münasibətləri müzakirə edib
Azərbaycanın NATO-dakı nümayəndəsi Cəfər Hüseynzadə Alyansın Baş katibinin ictimai diplomatiya üzrə köməkçisinin müavini Karmen Romero ilə görüşüb. Boyukmillet.com xəbər verir ki, bunu C.Hüseynzadə tviterdə yazıb. Tərəflər Azərbaycan-NATO əlaqələrini müzakirə ediblər.
Read More »XİN: “AŞ Komissiyasının hesabatı Ermənistanda dövlət səviyyəsində nifrət və dözümsüzlüyün olduğunu təsdiqləyir”
“Avropa Şurasının İrqçilik və Dözümsüzlük əleyhinə Komissiyasının Ermənistanla bağlı hesabatı bu ölkədə dövlət səviyyəsində nifrət nitqinin və dözümsüzlüyün qızışdırıldığını bir daha sübut edir”. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə tviterdə yazıb. “Avropa Şurasının İrqçilik və Dözümsüzlük əleyhinə Komissiyası Ermənistanda nifrət və ayrı-seçkiliklə mübarizə ilə bağlı kifayət qədər tədbirlərin görülməməsinə dair hesabat dərc edib. …
Read More »XİN başçısı: “Ermənistan kommunikasiyaların açılması sahəsində çətinliklər yaradır”
“Aparılan səylərə baxmayaraq, Ermənistan tərəfi kommunikasiyaların açılmasına çətinliklər törədir”. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov “Xəzər Bağlantı Konfransında” çıxışına deyib. O, ümumilikdə 2022-ci il ərzində Azərbaycan üzərindən tranzitin 75% artdığını bildirərək bütün kommunikasiyaların açılmasının regionumuzda davamlı sülh və sabitliyə daha da töhfə verəcəyinə, ticarət və nəqliyyatı əhəmiyyətli dərəcədə artıracağına əminliyini ifadə edib. Bu mənada ön …
Read More »Qərbi Azərbaycan İcması: “Ermənistan barışıq çağırışlarımıza cavab vermir”
“Ermənistan hələ də barışıq çağırışlarımıza cavab verməyib”. Boyukmillet.com xəbər verir ki, bu fikirlər Qərbi Azərbaycan İcmasının Ümumdünya Qaçqınlar Günü ilə bağlı yaydığı bəyanatda əksini tapıb. İcma qarşılıqlı maraq doğuran məsələlər üzrə Ermənistan hökuməti ilə hər zaman birbaşa dialoqa hazır olduğunu açıqlayıb: “Bununla bərabər, qayıdış prosesi və qayıtdıqdan sonra kollektiv və fərdi hüquqlarımızın təmin olunmasına müvafiq beynəlxalq mexanizm çərçivəsində təmin edilməli …
Read More »