Bazar ertəsi , 12 Yanvar 2026

Xarici siyasət

Səfir: “Rumıniya Cənubi Qafqazda sülh, sabitlik və təhlükəsizliyin təminatında maraqlıdır”

“Rumıniya Cənubi Qafqazda sülh, sabitlik və təhlükəsizliyin təminatında maraqlıdır”. Boyukmillet.com xəbər verir ki, bunu Rumıniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vasile Soare deyib. Səfir bildirib ki, ölkəsi Azərbaycanın beynəlxalq hüququn müəyyən edilmiș prinsipləri əsasında bütün qonşularla münasibətləri normallaşdırmaq səylərini alqışlayır. “Rumıniya Azərbaycanın vicdanlı dostu və tərəfdaşı, dəstəkçisi olub və olmaqda davam edir”, – V.Soare qeyd edib.

Read More »

Türkiyə səfiri Kahramanmaraşa göndərilən növbəti yardıma görə Azərbaycana təşəkkür edib

Türkiyənin Bakıdakı səfiri Cahit Bağçı Azərbaycana təşəkkür edib. Boyukmillet.com xəbər verir ki, o, bu barədə “X”də yazıb. “Ölkəmizdə baş verən dağıdıcı zəlzələ ilə əlaqədər kədərimizi öz kədəri bilən, bizimlə tək ürək olan qardaş Azərbaycana növbəti dəfə təşəkkür edirik. Bu gün Diaspora Dəstək Fondunun təşəbbüsü ilə, “qardaşlarımız üşüməsin” prinsipi ilə hazırlanmış üçüncü yardımı Kahmaramanmaraşa yola saldıq. Komitə rəhbəri Fuad Muradova və …

Read More »

İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin Prezidentini təbrik edib

Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Əlahəzrət Şeyx Məhəmməd bin Zayed Al Nəhyana təbrik məktubu göndərib. Boyukmillet.com xəbər verir ki, məktubda deyilir: “Əlahəzrət, Birləşmiş Ərəb Əmirliklərinin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı yetirməkdən məmnunluq duyuram. Fürsətdən istifadə edərək ölkənizdə BMT-nin İqlim Dəyişmələri …

Read More »

İtaliya səfiri: “Azərbaycanlılar dostlarımızdır, tapşırmışam ki, vizada onlara qarşı mülayim olsunlar” – EKSKLÜZİV

İtaliyanın Bakıdakı səfiri Klaudio Taffuri əməkdaşlarına vizaya görə müraciət edən Azərbaycan vətəndaşlarına qarşı maksimum mülayim olmağı tapşırıb. Bu barədə “Report”un sualına cavab olaraq K.Taffuri bildirib. “Mən şəxsən səfir olaraq əməkdaşlarımıza bildirmişəm ki, azərbaycanlılar bizim dostlarımızdır, biz dost xalqıq və tapşırıq vermişəm ki, viza məsələsində azərbaycanlılara qarşı maksimum diqqətli, mülayim olsunlar, viza imkanları onlar üçün rahat olsun”, – o söyləyib. Diplomat qeyd edib ki, noyabr ayında …

Read More »

İlham Əliyev Rumıniyanın Prezidentini təbrik edib

Prezident İlham Əliyev Rumıniyanın Prezidenti Klaus Verner İohannisə təbrik məktubu göndərib. Boyukmillet.com xəbər verir ki, məktubda deyilir: “Hörmətli cənab Prezident, Ölkənizin milli bayramı münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram. Azərbaycan-Rumıniya münasibətləri xoş ənənələrə malikdir. Bu ənənələri özündə bariz şəkildə əks etdirən dövlətlərarası münasibətlərimizin hazırkı inkişaf səviyyəsi və gündən-günə genişlənməsi …

Read More »

Azərbaycanın ədliyyə naziri Belarusda səfərdə olub

Belarusun ədliyyə nazirinin dəvəti ilə Azərbaycanın ədliyyə naziri Fikrət Məmmədov nümayəndə heyəti ilə noyabrın 28-29-da Minskdə səfərdə olub. Səfər zamanı ölkəmizin Belarusdakı səfirliyinə baş çəkilib, bu il 100 illiyini geniş qeyd etdiyimiz ulu öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoyularaq əziz xatirəsinə dərin ehtiram bildirilib. Həmçinin Qələbə meydanı ziyarət olunaraq Zəfər abidəsinin önünə əklil qoyulub. Azərbaycan və Belarus ədliyyə …

Read More »

Prezident İlham Əliyev BƏƏ-də səfərdədir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyasi – COP28 çərçivəsində təşkil olunacaq Dünya İqlim Fəaliyyəti Sammitində iştirak etmək üçün Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) səfərdədir. Bu barədə “Report”un BƏƏ-yə ezam olunmuş əməkdaşı xəbər verir.

Read More »

Sərhəddə Azərbaycan və Ermənistanın baş nazir müavinlərinin görüşü başlayıb

Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiyası üzrə dövlət komissiyasının sərhəddə görüşü başlayıb. Boyukmillet.com “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, məlumatı Ermənistanın baş nazirinin müavini Mqer Qriqoryanın ofisi yayıb. Görüş Qazaxla sərhəddə keçirilir. Azərbaycan tərəfini baş nazirin müavini Şahin Mustafayev, qarşı tərəfi onun erməni həmkarı Mqer Qriqoryan təmsil edir.

Read More »

Ombudsman: “Fransa kimi ölkələr beynəlxalq hüquqa hörmətsizlik edərək sülhə mane olurlar”

“Fransa kimi ölkələr beynəlxalq hüquqa hörmətsizlik edərək sülhə mane olurlar”. Boyukmillet.com-un xəbərinə görə, bunu Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Bakıda Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 75 illiyinə həsr olunan “İnsan Hüquqları – 75 Bakı Konfransı: Qlobal və milli çağırışların həlli üçün universallığın və bölünməzliyin təşviq edilməsi” mövzusunda keçirilən beynəlxalq konfransda deyib. Onun sözlərinə görə, Ermənistanın uzun illər boyu …

Read More »

İcma: “Fransanın ardınca Aİ-nin Ermənistanı silahlandırması olduqca yanlış və təhlükəli addımdır”

“Fransanın ardınca Avropa İttifaqının Ermənistanı silahlandırması olduqca yanlış və təhlükəli addımdır”. Boyukmillet.com xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcmasının bəyanatında qeyd edilib. Bildirilib ki, Avropa İttifaqının (Aİ) “Avropa Sülh Fondu” çərçivəsində Ermənistana hərbi yardım göstərəcəyi barədə məlumatlar yayılıb. “Avropa Sülh Fondu” adı altında Ermənistana silah verilməsi kinayə və istehza doğurur. Qərbi Azərbaycan İcması hesab edir ki, Fransanın ardınca Avropa İttifaqının …

Read More »