“Bu gün dünyanın tərəqqipərvər ölkələri və beynəlxalq təşkilatlar hər kəsin yaşamaq, azadlıq və sərbəst hərəkət etmək, mülkiyyət, təhlükəsiz yaşamaq, sağlam ətraf mühitdə yaşamaq, sağlamlığın qorunması kimi fundamental insan hüquqlarının müdafiəsi naminə ikili standartlardan əl çəkməli və Azərbaycana münasibətdə ədalətli mövqe nümayiş etdirməlidirlər”. Boyukmillet.com-un xəbərinə görə, bunu Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Bakıda Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 75 …
Read More »Türkiyədə Azərbaycan diplomatlarının aldadılması ilə bağlı məlumatlara aydınlıq gətirilib
“Türkiyədə Azərbaycan diplomatlarının aldadılması ilə bağlı mediada yayılan xəbərlər ilə əlaqədar qeyd edək ki, sözügedən diplomatların Azərbaycanın Türkiyədəki səfirliyi və ya Baş konsulluqları ilə heç bir bağlılığı yoxdur”. Bu barədə Azərbaycanın Türkiyədəki səfirliyindən məlumat verilib. Bildirilib ki, belə bir halın baş verdiyi məlumdur və zərərçəkən şəxslər Türkiyədəki beynəlxalq təşkilatlarda çalışan əməkdaşlar olublar. “Bir neçə il bundan əvvəl, qeyd edilən diplomatlar çalışdıqları …
Read More »Azərbaycan və Ermənistan baş nazir müavinlərinin görüşəcəyi yer açıqlanıb
Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə dövlət komissiyasının iclası noyabrın 30-da Karvansara (İcevan) və Qazax rayonları ərazisindəki sərhədyanı məntəqədə keçiriləcək. Boyukmillet.com xəbər verir ki, məlumatı Ermənistan KİV-i yayıb. Toplantıda iki ölkə arasında dövlət sərhədinin demarkasiya və delimitasiyası məsələləri müzakirə olunacaq. Komissiyalara Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevlə Ermənistan Baş nazirinin müavini Mqer Qriqoryan rəhbərlik edir. Xatırladaq ki, bir …
Read More »Moskvada Xəzəryanı ölkələrin XİN başçılarının iclası keçiriləcək, Ceyhun Bayramovun iştirakı gözlənilir
Dekabrın 5-də Moskvada Rusiya xarici işlər naziri Sergey Lavrovun sədrliyi ilə Xəzər əməkdaşlığına diqqətin artırılması ilə bağlı iclas keçiriləcək. Boyukmillet.com xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyindən bildirilib. Toplantıda Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistanın xarici işlər nazirlərinin iştirakı nəzərdə tutulur. İclasda cari məsələlərin müzakirə olunacağı da gözlənilir.
Read More »Meksika Konqresinin senatoru: “Azərbaycan üç il öncə torpaqlarını işğaldan azad edərək tarixi ədaləti bərpa edib”
“Azərbaycan illər boyu işğala və soyqırıma məruz qalan tərəf olub, nəhayət üç il öncə torpaqlarını işğaldan azad edərək tarixi ədaləti bərpa edib”. Boyukmillet.com xəbər verir ki, bunu Meksika Konqresinin senatoru Navor Roxas Azərbaycan Milli Məclisinin deputatları ilə görüşü zamanı deyib. Senator Şuşa şəhərinə səfəri ilə bağlı təəssüratlarını bölüşüb, işğaldan azad edilmiş ərazilərdə erməni quldurlarının törətdikləri ağlasığmaz vəhşiliklərlə yanaşı, Azərbaycan hökuməti …
Read More »Azərbaycan XİN: “AHİM Ermənistanın mövqeyini ifşa edib”
“Avropa İnsan Haqları Məhkəməsinin (AHİM) bu yaxınlarda qəbul etdiyi qərar Ermənistanın daha əvvəl işğal altında saxladığı Azərbaycan ərazilərində nəzarətinin və ya yurisdiksiyasının olmamasına dair uzunmüddətli mövqeyini ifşa edib”. Boyukmillet.com xəbər verir ki, bu barədə xarici işlər nazirinin müavini Elnur Məmmədov “X” də yazıb. O qeyd edib ki, AİHM-in 17 oktyabr 2023-cü il tarixli “Hovhannisyan və Karapetyan Ermənistana qarşı” işi üzrə …
Read More »Rəsmi Bakı: “ABŞ, Almaniya və Fransa səfirlikləri “Abzas media”nın qanunsuz maliyyələşdirilməsində iştirak edib”
“ABŞ, Almaniya və Fransanın Azərbaycandakı səfirlikləri “Abzas media”nın qanunsuz maliyyələşdirilməsində iştirak edib”. Boyukmillet.com xəbər verir ki, bu barədə noyabrın 28-də ABŞ-nin və Almaniyanın Azərbaycandakı müvəqqəti işlər vəkilləri, habelə Fransanın fövqəladə və səlahiyyətli səfiri ayrı-ayrılıqda Xarici İşlər Nazirliyinə (XİN) çağırılarkən bildirilib. Görüşlərdə bu ölkələrdə qeydiyyatda olan təşkilatların iştirakı ilə “AbzasMedia” xəbər portalının qeyri-qanuni maliyyə əməliyyatları həyata keçirdiyi, eləcə də sözügedən ölkələrin …
Read More »ABŞ, Almaniya və Fransa diplomatları Azərbaycan XİN-ə çağırılıb, rəsmi Bakının etirazları çatdırılıb
28 noyabr 2023-cü il tarixində Amerika Birləşmiş Ştatlarının və Almaniyanın müvəqqəti işlər vəkilləri, habelə Fransanın fövqəladə və səlahiyyətli səfiri ayrı-ayrılıqda Xarici İşlər Nazirliyinə (XİN) çağırılıblar. XİN-dən bildirilib ki, görüşlərdə bu ölkələrdə qeydiyyatda olan təşkilatların iştirakı ilə “AbzasMedia” xəbər portalının qeyri-qanuni maliyyə əməliyyatları həyata keçirdiyi, eləcə də sözügedən ölkələrin səfirliklərinin də bu fəaliyyətə cəlb olunduğu diqqətə çatdırılıb və bu fəaliyyətə ciddi …
Read More »Prezident: “ABŞ tərəfindən Azərbaycanla bağlı son bəyanatlar və atılan addımlar münasibətlərə ciddi zərər vurub”
“ABŞ tərəfindən Azərbaycanla bağlı son bəyanatlar və atılan addımlar Azərbaycan-ABŞ münasibətlərinə ciddi zərər vurub”. Boyukmillet.com-un xəbərinə görə, bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 27-də ABŞ Dövlət katibi Antoni Blinkenlə telefon danışığı zamanı deyib. Dövlətimizin başçısı 2023-cü il noyabrın 15-də ABŞ Dövlət katibinin köməkçisi Ceyms O’Braynın Nümayəndələr Palatasının Xarici İşlər Komitəsinin Avropa üzrə alt komitəsinin dinləmələrində ölkəmizlə bağlı səsləndirdiyi fikirlərin …
Read More »Blinken dekabrda ABŞ Dövlət katibinin köməkçisinin Azərbaycana səfərinə icazə verilməsini xahiş edib
Dövlət katibi Blinken münasibətlərin normallaşdırılması məqsədilə dekabrda ABŞ Dövlət katibinin köməkçisi Ceyms O`Braynın Azərbaycana səfərinə icazə verilməsini xahiş edib. Boyukmillet.com xəbər verir ki, bu barədə Dövlət katibi Blinken Azərbaycan Prezidenti İlham Əliyevlə telefon söhbəti zamanı deyib. Prezident İlham Əliyev həmin təkliflə bir şərtlə razılaşıb ki, bu səfərdən sonra Azərbaycanın yüksək səviyyəli rəsmilərinin ABŞ-a səfərlərinə qoyulan əsassız qadağa aradan qaldırılsın. Dövlət …
Read More »

Boyukmillet.com Biz yanmasaq vətən yanar
