Müstəqil Dövlətlər Birliyinin (MDB) Sərhəd Qoşunları Komandanları Şurasının Bakıda keçirilən 86-cı iclasının yekunları üzrə 19 sənəd imzalanıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Sərhəd Qoşunları Komandanları Şurası sədrinin müavini – Koordinasiya Xidmətinin sədri general-polkovnik Aleksandr Manilov jurnalistlərə açıqlamasında bildirib. “Bugünkü iclasın yekunlarına əsasən, MDB Sərhəd Xidmətləri Şurasının gələcək fəaliyyətini və işini tənzimləyən 19 sənəd imzalanıb”, – o deyib. A.Manilov qeyd …
Read More »Elçin Quliyev: “Son illər sərhəd təhlükəsizliyi ilə bağlı təhdidlərin müəyyən transformasiyasını müşahidə edirik”
“Son illər biz sərhəd təhlükəsizliyi ilə bağlı təhdidlərin müəyyən transformasiyasını, transsərhəd cinayətinin yeni növ və formalarının meydana çıxmasını, coğrafiyasının genişlənməsini müşahidə edirik”. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev Bakıda keçirilən Müstəqil Dövlətlər Birliyinin (MDB) Sərhəd Qoşunlarının Komandanları Şurasının (SQKŞ) 86-cı iclasında deyib. Onun sözlərinə görə, bu, öz növbəsində, sərhəd təhlükəsizliyinin təmin edilməsi üçün …
Read More »Bakıda MDB-nin Sərhəd Qoşunlarının Komandanları Şurasının iclası keçirilir
Bakıda Müstəqil Dövlətlər Birliyinin (MDB) Sərhəd Qoşunlarının Komandanları Şurasının (SQKŞ) 86-cı iclası keçirilir. Boyukmillet.com xəbər verir ki, tədbirdə Azərbaycanla yanaşı, Rusiya, Belarus, Qazaxıstan, Qırğız Respublikası, Özbəkistan, Tacikistan, Türkmənistan və Ermənistanın sərhəd xidmətləri, MDB-nin İcraiyyə Komitəsi, MDB-nin Antiterror Mərkəzi və Birliyin digər institutlarının nümayəndələri iştirak edirlər. Tədbirdə MDB iştirakçısı olan dövlətlərin xarici sərhədlərində vəziyyət və onun inkişaf tendensiyaları, MDB üzv dövlətlərinin …
Read More »Dövlət Departamenti: “Birbaşa dialoq Cənubi Qafqazda davamlı sülhə nail olmaq üçün açardır”
“Biz əvvəlki kimi inanırıq ki, birbaşa dialoq davamlı və layiqli sülhə nail olmaq üçün açardır (Cənubi Qafqazda – red)”. Boyukmillet.com xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsünün müavini Vedant Patel Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Vaşinqtonda gözlənilən görüşü ilə bağlı sualı cavablandırarkən deyib. Dövlət Departamentinin sözçüsü görüşün cədvəli və ya mümkün tarixi ilə bağlı hər hansı məlumatı təsdiqləməkdən …
Read More »XİN: “Slovakiya Cənubi Qafqazda dayanıqlı sülhün əldə olunmasını dəstəkləyir”
“Avropa İttifaqının (Aİ) üzvü kimi Slovakiya Cənubi Qafqazda dayanıqlı sülhün əldə olunmasını dəstəkləyir”. Bu barədə Slovakiya Xarici İşlər Nazirliyindən bildirilib. “Cənubi Qafqaz regionunda sabitlik və sülh daha geniş mənada mühüm əhəmiyyətə malikdir. Biz ərazi bütövlüyü prinsipini və Aİ Şurasının Prezidenti Şarl Mişelin vasitəçilik səylərini qətiyyətlə dəstəkləyirik”, – XİN-in bəyanatında deyilir. Slovakiya XİN hesab edir ki, Şarl Mişel tərəfindən irəli sürülən …
Read More »Ceyhun Bayramov Slovakiyanın Baş naziri ilə görüşüb
İyunun 7-də Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Slovakiya Respublikasına işgüzar səfəri çərçivəsində Slovakiyanın Baş naziri Lüdovit Odor ilə görüşüb. Bu barədə Xarici İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, görüşdə Azərbaycan və Slovakiya arasında siyasi, iqtisadi, enerji təhlükəsizliyi, mədəni, turizm, humanitar və s. sahələr üzrə əməkdaşlıq gündəliyində duran məsələlər, o cümlədən regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə olunub. C.Bayramov iki ölkə …
Read More »XİN başçısı: “Ermənistanın ATƏT çərçivəsində qarayaxma kampaniyası danışıqlara əsas maneədir”
Ermənistanın Azərbaycanın suveren ərazilərində davam edən qeyri-qanuni hərbi mövcudluğu, daxili işlərimizə davamlı müdaxilə, Azərbaycanın mərkəzi hakimiyyət orqanları ilə Qarabağ bölgəsinin erməni əsilli yerli sakinləri arasında dialoqa əngəl yaratması və beynəlxalq səviyyədə, o cümlədən ATƏT çərçivəsində genişmiqyaslı qarayaxma kampaniyasının aparılması bəyan edilmiş bu öhdəliyə ziddir və əksinə, Azərbaycan və Ermənistan arasında dövlətlərarası normallaşma üzrə danışıqlara əsas maneədir. Boyukmillet.com xəbər verir ki, …
Read More »Nazir: “Azərbaycan normallaşma gündəliyinə sadiq qalır”
Azərbaycan normallaşma gündəliyinə sadiq qalır və ikitərəfli müzakirələrin gündəliyini formalaşdıran üç konkret istiqamət: dövlətlərarası münasibətlərin qurulmasına dair sazişin tezliklə imzalanması, dövlət sərhədinin delimitasiyası, və regionda nəqliyyat kommunikasiyalarının açılması üzrə qalan fikir ayrılıqlarını aradan qaldırmaq üçün Ermənistan tərəfindən qarşılıqlı siyasi iradə gözləyir. Boyukmillet.com xəbər verir ki, bu fikirləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in Daimi Şurasının xüsusi iclasında çıxışı zamanı …
Read More »Ceyhun Bayramov: “Ermənistan və Azərbaycan öz müstəqilliklərini bərpa etdikdən sonra ilk dəfə olaraq sülh əlçatandır”
Ermənistan və Azərbaycan arasında təxminən otuz ildir davam edən silahlı münaqişənin başa çatması və hər iki dövlətin bir-birinin suverenliyinə, ərazi bütövlüyünə və sərhədlərinin toxunulmazlığına qarşılıqlı hörmət etmək öhdəliyi götürməsi ilə iki ölkə öz müstəqilliklərini bərpa etdikdən sonra ilk dəfə olaraq sülh əlçatandır. Boyukmillet.com xəbər verir ki, bu fikirləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in Daimi Şurasının xüsusi iclasında çıxışı …
Read More »Əli Əsədov Beynəlxalq Mülki Aviasiya Təşkilatı Şurasının prezidenti ilə görüşüb
Azərbaycanın Baş naziri Əli Əsədov iyunun 7-də Beynəlxalq Mülki Aviasiya Təşkilatı (ICAO) Şurasının prezidenti Salvatore Şikitano ilə görüşüb. Boyukmillet.com xəbər verir ki, görüşdə Azərbaycanda mülki aviasiyanın inkişafı və aviasiya təhlükəsizliyi sahəsində görülmüş işlər barədə ətraflı fikir mübadiləsi aparılıb. Ölkəmizdə aviasiya təhlükəsizliyi standartlarının ICAO standartlarına uyğunlaşdırılması təşkilat tərəfindən yüksək qiymətləndirildiyi diqqətə çatdırılıb. İşğaldan azad edilmiş ərazilərdə istismara verilmiş hava limanlarının ICAO-nun …
Read More »