Erməni tərəfi Azərbaycana sülh sazişi üzrə özünün altıncı təkliflərini göndərib. Boyukmillet.com “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.“Ermənistan əvvəl elan edilmiş prinsiplər əsasında münasibətlərin normallaşmasına və sülh sazişinin imzalanmasına sadiqdir”, – nazirlikdən bildirilib.
Read More »Bosniyalı tarixçi Heydər Əliyev haqqında kitab yazıb
Heydər Əliyevin 100 illik yubileyi münasibətilə bosniyalı tarixçi Admir Lisitsa Ümummilli Lider haqqında kitab yazıb. Boyukmillet com-un xəbərinə görə, kitab Azərbaycanın Bosniya və Herseqovinadakı səfirliyinin sifarişi əsasında hazırlanıb. Məlumata əsasən, əsər bu günlərdə Sarayevo nəşriyyatlarının birində nəfis şəkildə çap olunub. Səfirlik dekabrın 13-də universitet kitabxanasında dərcin təqdimat mərasimini keçirməyi planlaşdırır.
Read More »Azərbaycanla Özbəkistan arasında imzalanan sazişlər təsdiqlənib
Azərbaycanla Özbəkistan arasında imzalanan sazişlər təsdiqlənib. Boyukmillet.com-un xəbərinə görə, Prezident İlham Əliyev bununla bağlı “Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında energetika sahəsində əməkdaşlığın daha da dərinləşdirilməsi haqqında Saziş”in təsdiq edilməsi barədə Fərman imzalayıb. Fərmanla 2023-cü il avqustun 22-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında energetika sahəsində əməkdaşlığın daha da dərinləşdirilməsi haqqında Saziş” təsdiq …
Read More »Hikmət Hacıyev: “Ermənistanın mina istehsal edən ölkələr siyahısına salınması Azərbaycanın əsaslı iddialarını sübut edir”
“Landmine Monitor 2023″ Ermənistanı piyadalar üçün mina istehsal edən ölkələr siyahısına əlavə etdi. Ermənistanın təkzib etməsinə baxmayaraq, məhz bu fakt bir daha Azərbaycanın Ermənistana qarşı 2020-ci ildə 44 günlük müharibə başa çatdıqdan sonra Azərbaycan ərazilərinə minaların daşınması və yerləşdirilməsi ilə bağlı əsaslı iddialarını sübut edir”. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin …
Read More »Azərbaycan Prezidenti: “Fransa separatçıları dəstəkləyərək Cənubi Qafqazda gərginlik yaratmağa çalışıb”
“Fransa separatçı meyilləri və separatçıları dəstəkləyərək bizim regionda – Cənubi Qafqazda da gərginlik yaratmağa çalışıb”. Boyukmillet.com xəbər verir ki, bu fikirlər Azərbaycan Prezidenti İlham Əliyevin Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə noyabrın 21-də Bakıda “Dekolonizasiya: Qadınların gücləndirilməsi və inkişafı” mövzusunda keçirilən konfransın iştirakçılarına ünvanladığı müraciətində yer alıb. “Fransa Ermənistandakı revanşist qüvvələri ruhlandıraraq regionda yeni müharibə şəraiti yaratmağa cəhd göstərib”,- dövlət başçısının müraciətdə …
Read More »İlham Əliyev: “Bəşəriyyətin müstəmləkə tarixində olan ən qanlı səhifələri Fransaya məxsusdur”
“Hazırda Fransa 13-dən çox ərazini müstəmləkə kimi saxlayır və onların daxili işlərinə müdaxilə edir”. Boyukmillet.com xəbər verir ki, bu fikirlər Azərbaycan Prezidenti İlham Əliyevin Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə noyabrın 21-də Bakıda “Dekolonizasiya: Qadınların gücləndirilməsi və inkişafı” mövzusunda keçirilən konfransın iştirakçılarına ünvanladığı müraciətində yer alıb. “Bəşəriyyətin müstəmləkə tarixində olan ən qanlı səhifələri Fransaya məxsusdur. Fransa uzun illərdir ki, insanların var-dövlətini …
Read More »Azərbaycan lideri Fransanı müstəmləkəçiliyə görə üzr istəməyə çağırıb
“Fransa öz müstəmləkəçilik tarixindən üzr istəməlidir”. Boyukmillet.com xəbər verir ki, bu fikirlər Azərbaycan Prezidenti İlham Əliyevin Qoşulmama Hərəkatının Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə həyata keçirilən “Dekolonizasiya: Qadınların Gücləndirilməsi və İnkişafı” mövzusunda konfransın iştirakçılarına müraciətində yer alıb. Dövlət başçısı qeyd edib ki, Fransa digər ölkələrdə etnik təmizləmə siyasəti həyata keçirir: “Bu görüş bir daha sübut edir ki, müstəmləkəçiliyə qarşı mübarizə çox …
Read More »Qazaxıstan Prezidenti Azərbaycana səfər edəcək
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev noyabrın 24-də Azərbaycana işgüzar səfərə gələcək. Boyukmillet.com xəbər verir ki, bu barədə Qazaxıstan Prezidentinin mətbuat xidməti məlumat yayıb. Məlumata görə, Qazaxıstan dövlət başçısı BMT-nin Mərkəzi Asiya İqtisadiyyatları üzrə Xüsusi Proqramının (SPECA) Bakıda keçiriləcək sammitində iştirak edəcək.
Read More »Prezident İlham Əliyev Bakıda dekolonizasiya ilə bağlı keçirilən konfransın iştirakçılarına müraciət ünvanlayıb
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qoşulmama Hərəkatının Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə həyata keçirilən “Dekolonizasiya: qadınların gücləndirilməsi və inkişafı” mövzusunda konfransın iştirakçılarına müraciət ünvanlayıb. Boyukmillet.com xəbər verir ki, müraciətin mətnini Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev oxuyub.
Read More »Bakıda qadın hüquqlarına dair beynəlxalq konfransın yekunu üzrə bəyannamə qəbul edilib
Bakıda keçirilən qadınların hüquqlarının inkişaf etdirilməsi və səlahiyyətlərinin artırılması üzrə konfransın yekunlarına əsasən bəyannamə qəbul edilib. Boyukmillet.com xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova açıqlayıb. Bəyannamə Azərbaycanın Qoşulmama Hərəkatının gələcək sədrləri olan Uqanda və Özbəkistanla birgə təşkil etdiyi konfransın yekunlarına əsasən qəbul olunub.
Read More »

Boyukmillet.com Biz yanmasaq vətən yanar
