Bazar ertəsi , 12 Yanvar 2026

Xarici siyasət

Ceyhun Bayramov: “Azərbaycan BMT orqanlarının Qarabağa səfərini təşkil etməyə hazırdır”

“Azərbaycan BMT orqanlarının Qarabağa səfərini təşkil etməyə hazırdır”. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov sentyabrın 28-də ölkəmizdə səfərdə olan ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifələrini icra edən Yuri Kimlə görüş zamanı bildirib. Nazir görüşdə Azərbaycana qarşı səslənən iddiaların əsassız olduğu, bunun sübut edilməsi üçün BMT-nin ölkəmizdəki rezident əlaqələləndiricisinin rəhbərliyi altında BMT …

Read More »

Ərdoğan Azərbaycana başsağlığı verdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 27 Sentyabr – Anım Günü ilə bağlı Azərbaycan xalqına başsağlığı verib. Boyukmillet.com xəbər verir ki, bunu dövlət başçısı X-də yazıb. “Qarabağın və işğal altındakı Azərbaycan torpaqlarının azadlıq mübarizəsinin başlanğıcı olan Anım Günündə bütün şəhidlərimizi rəhmətlə, hörmətlə yad edirəm. Qarabağ Azərbaycandır”, – Ərdoğan bildirib.

Read More »

Pakistanda 27 sentyabr – Anım Günü ilə bağlı tədbir keçirilir

Pakistanın paytaxtı İslamabad şəhərində 27 sentyabr – Anım Günü ilə bağlı tədbir keçirilir. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycanın Pakistandakı səfirliyinin “X” hesabında paylaşım edilib. Azərbaycanın Pakistandakı səfirliyinin təşkilatçılığı ilə baş tutan tədbirdə “Vətən müharibəsi tarixi – Şəxsiyyət faktoru” adlı kitabın təqdimatı da olacaq.

Read More »

Türkiyə səfiri: “27 sentyabr şanlı və müqəddəs yürüşdür”

“27 sentyabr şanlı və müqəddəs yürüşdür”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı 27 Sentyabr – Anım Günü ilə bağlı “X”də yazıb. Onun sözlərinə görə, 27 sentyabr Qarabağın işğalının 30 illik kədərini zəfər sevincinə çevirən 44 günlük Vətən müharibəsinin başladığı gündür: “Zəfərlərimiz şanlı və uğurlu olsun. Şəhidlərimiz ən ali qürur mənbəyidir. Şəhidlər ölməz! Yaşasın Türkiyə-Azərbaycan qardaşlığı”. #27Sentyabr kutlu …

Read More »

Türkiyə Prezidenti Naxçıvana gəlir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Naxçıvan Muxtar Respublikasına səfər edəcək. Boyukmillet.com xəbər verir ki, səfər Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti ilə baş tutacaq. Ərdoğan səfər çərçivəsində Qarabağda lokal antiterror tədbirlərindən sonra erməni separatçılarının tərksilah prosesi və Zəngəzur dəhlizi ilə bağlı müzakirələr aparacaq.

Read More »

Azərbaycan səfiri ermənilərə müraciət edib: “Birgəyaşayış istəyirsinizsə sülh prosesini dəstəkləyin”

“Əgər biz insanların birgəyaşayışını istəyiriksə, onda sülh prosesini dəstəkləməliyik”. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycanın Böyük Britaniyadakı səfiri Elin Süleymanov ABŞ-ın “Politico” nəşrinə açıqlamasında deyib. Diplomat xatırladıb ki, 2020-ci ildə əldə olunmuş razılığa əsasən Ermənistan qanunsuz hərbi birləşmələri Qarabağdan çıxarmalı idi. E.Süleymanov vurğulayıb ki, azərbaycanlılar heç vaxt ermənilər kimi davrana bilməz: “Ermənilər 90-cı illərdə şəhərlərimizi ələ keçirəndən sonra qətllər törətdilər, qaçqın …

Read More »

Beynəlxalq axtarışa verilən şəxslər Avropa dövlətlərindən Azərbaycana gətirilib

Beynəlxalq axtarışa verilən şəxslər Avropa dövlətlərindən bütün beynəlxalq prosedurlara, o cümlədən tranzitlə bağlı qaydalara riayət olunmaqla ölkəmizə gətirilib. Boyukmillet.com xəbər verir ki, ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi, cinayətkarlıqla mübarizənin gücləndirilməsi, mülkiyyətin qorunması, cəzanın labüdlüyü prinsipinin təmin edilməsi üzrə önəmli tədbirlər görülür. Ədliyyə Nazirliyi tərəfindən ikitərəfli müqavilələr və çoxtərəfli konvensiyalar üzrə cinayət törətmiş şəxslərin təslim edilməsi …

Read More »

BMT-də Sergey Lavrovla Ceyhun Bayramov arasında görüş başlayıb

Birləşmiş Millətlər Təşkilatı (BMT) Baş Assambleyasının 78-ci sessiyası çərçivəsində Rusiyanın xarici işlər naziri Sergey Lavrovla azərbaycanlı həmkarı Ceyhun Bayramov arasında görüş başlayıb. Boyukmillet.com xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova özünün telegram kanalında bildirib. Diplomat qeyd edib ki, danışıqlar rəsmi Bakının Qarabağda Rusiya sülhməramlılarının ölümünə görə üzrxahlıq etməsi ilə başlayıb.

Read More »

Peskov: “Qarabağda de-yure baxımdan söhbət Azərbaycanın öz ərazisindəki fəaliyyətindən gedir”

“Qarabağda de-yure baxımdan söhbət Azərbaycanın öz ərazisindəki fəaliyyətindən gedir”. Boyukmillet.com xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib. O qeyd edib ki, Moskva İrəvanın Qarabağla bağlı qınaqlarını qəbul etmir.

Read More »

Rusiya XİN: “Bakı ilə İrəvan arasında münasibətlərin normallaşdırılması üçün görüşlə bağlı təkliflər hələ almamışıq”

“Rusiya Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması üçün dördtərəfli görüşün keçirilməsi ilə bağlı Türkiyədən hələ də rəsmi müraciət almayıb”. Boyukmillet.com xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova brifinq zamanı deyib. “Bəli, mətbuatda bununla bağlı materiallara rast gəldik, lakin Türkiyə tərəfdən hələlik rəsmi müraciət almamışıq”, – o bildirib. O qeyd edib ki, Rusiya ənənəvi olaraq beynəlxalq …

Read More »