Bazar ertəsi , 12 Yanvar 2026

Xarici siyasət

Azərbaycan-Çin birgə iqtisadi təşəbbüslərinin perspektivləri müzakirə edilib

“Azərbaycan-Çin İnvestisiya və Ticarət Forumunda iki ölkə arasında iqtisadi-ticarət əlaqələrinin gücləndirilməsinin əməkdaşlığın səmərəliliyinin artırılması üçün əhəmiyyətini vurğuladıq”. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkə hesabında qeyd edib. “Azərbaycan-Çin sahibkarları və biznes strukturları arasında birgə təşəbbüslərin həyata keçirilməsinin perspektivlərini müzakirə etdik”, – nazir əlavə edib.

Read More »

Mikayıl Cabbarov Çin Beynəlxalq İqtisadi Əməkdaşlıq Assosiasiyasının prezidenti ilə görüşüb

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Çin Beynəlxalq İqtisadi Əməkdaşlıq Assosiasiyasının prezidenti Qao Yuanyuanla görüşüb. Boyukmillet.com xəbər verir ki, bu barədə nazir “X” sosial şəbəkə platformasında paylaşım edib. “Çin Beynəlxalq İqtisadi Əməkdaşlıq Assosiasiyasının prezidenti xanım Qao Yuanyuanla görüşdə qarşılıqlı səfərlərin iqtisadi potensialımızın reallaşdırılmasında önəmini qeyd etdik, ikitərəfli əlaqələrin inkişafı üçün yeni imkanların müəyyənləşdirilməsi məsələlərini nəzərdən keçirdik”, – nazir qeyd edib.

Read More »

Azərbaycanın iqtisadiyyat naziri “Envision Energy” şirkətinin vitse-prezidenti ilə müzakirələr aparıb

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov “Envision Energy” şirkətinin vitse-prezidenti Con Li ilə müzakirələr aparıb. Boyukmillet.com xəbər verir ki, bu barədə nazir Mikayıl Cabbarov “X” sosial şəbəkədəki hesabında yazıb. “Envision Energy” şirkətinin vitse-prezidenti Con Li ilə bərpa olunan enerji mənbələrindən istifadə sahəsində innovasiyaların tətbiqi, sıfır emissiyalı sənaye parklarının yaradılması və əməkdaşlıq imkanları barədə müzakirələr apardıq”, – nazir qeyd edib.

Read More »

Mikayıl Cabbarov Çin Mərkəzi Televiziyasına müsahibə verib

İqtisadiyyat naziri Mikayıl Cabbarov Çin Mərkəzi Televiziyasına müsahibə verib. Boyukmillet.com xəbər verir ki, bu barədə nazir “X” sosial şəbəkə platformasında paylaşım edib. “CIFTIS sərgisi çərçivəsində “Invest in Azerbaijan” stendimizi ziyarət edən Çin Mərkəzi Televiziyasına müsahibədə Azərbaycan-Çin iqtisadi tərəfdaşlığı üzrə gündəlikdə duran məsələlər, əməkdaşlığın intensivləşdirilməsi və işgüzar dialoqun inkişafı barədə suallar cavablandırıldı”, – nazir qeyd edib.

Read More »

Azərbaycan XİN Metyu Millerin bugünkü bəyanatına münasibət bildirib

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Ayxan Hacızadə ABŞ Dövlət Departamentinin mətbuat katibi Metyu Millerin 31 avqust tarixli bəyanatı ilə bağlı şərh verib. Boyukmillet.com xəbər verir ki, şərhdə deyilir: “Azərbaycan ABŞ Dövlət Departamentinin bölgədəki vəziyyətlə bağlı bəyanatını qeydə alır. İlk növbədə, Azərbaycan tərəfinin erməniəsilli sakinlərin təlabatlarının ödənilməsi istiqamətində təklifləri, o cümlədən Ağdam-Xankəndi yolundan istifadə ilə paralel olaraq, Laçın yolundan hərəkətin …

Read More »

XİN: “Azərbaycan erməni sakinlərin ölkəmizin qanunvericiliyi çərçivəsində reinteqrasiyasında qərarlıdır”

“Azərbaycan Respublikası dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə hörmət əsasında bölgədə sülh, təhlükəsizlik və sabitliyin bərqərar olmasında, erməni sakinlərin ölkəmizin qanunvericiliyi çərçivəsində reinteqrasiyasında qərarlıdır”. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Ayxan Hacızadə ABŞ Dövlət Departamentinin mətbuat katibi Metyu Millerin 31 avqust tarixli bəyanatı ilə bağlı şərhində deyib. Şərhdə bildirilir ki, Azərbaycanın Qarabağ bölgəsində məskunlaşan erməni …

Read More »

İlham Əliyev Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 28-də Türkiyə Respublikasının Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Metin Gürakı qəbul edib. Boyukmillet.com xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Read More »

Azərbaycan səfirliyi Türkiyə universitetlərinə qəbul olan şəxslərə müraciət edib

Azərbaycanın Türkiyədəki səfirliyinin Təhsil Müşavirliyi 2023/2024-cü tədris ilində qardaş ölkənin universitetlərinə qəbul olan şəxslərə müraciət ünvanlayıb. Boyukmillet.com xəbər verir ki, bu barədə müşavirliyin “Facebook” hesabında paylaşım edilib. Qeyd olunub ki, Azərbaycan vətəndaşları pasport və biometrik şəxsiyyət vəsiqəsi ilə Türkiyəyə səyahət edə bilirlər. “Şəxsiyyət vəsiqəsinin Türkiyəyə sərhədkeçmə sənədi kimi istifadə olunması yalnız turistik səyahət üçün nəzərdə tutulub. Türkiyə ərazisində hər hansı səbəbdən …

Read More »

Azərbaycanda dövlət səfərində olan Özbəkistan Prezidenti Füzuli rayonuna gedib

Azərbaycan Respublikasında dövlət səfərində olan Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev avqustun 23-də Füzuli rayonuna gedib. Boyukmillet.com xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Füzuli Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Özbəkistan Prezidenti Şavkat Mirziyoyevi və xanımı Ziroatxon Mirziyoyevanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva qarşılayıblar.

Read More »

Mirziyayev və xanımı Azərbaycana gəldi 

Özbəkistan Prezidenti Şövkət Mirziyayev avqustun 22-də Azərbaycana dövlət səfərinə yola düşüb. Boyukmillet.com xəbər verir ki, bu barədə dövlət başçısının Mətbuat Xidmətindən bildirilib. Eyni zamanda Ş.Mirziyayevin səfər proqramı açıqlanıb. Qeyd olunub ki, dövlət səfəri Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti ilə həyata keçirilir. Səfər çərçivəsində iki ölkə liderlərinin iştirakı ilə yüksək səviyyəli danışıqlar və digər tədbirlər keçiriləcək. Görüşlər zamanı Özbəkistan-Azərbaycan strateji tərəfdaşlıq …

Read More »