Bazar ertəsi , 12 Yanvar 2026

Xarici siyasət

Qərbi Azərbaycan İcması Avropa Parlamentinin anti-Azərbaycan bəyanatını qınayıb

Qərbi Azərbaycan İcması Avropa Parlamentinin Cənubi Qafqaz ilə əlaqələr üzrə nümayəndə heyətinin rəhbəri M. Kalyurdand, Ermənistan üzrə daimi məruzəçi A. Kovaçev və Azərbaycan üzrə daimi məruzəçi Z. Zovko Azərbaycanın Qarabağ bölgəsində yaşayan ermənilər ilə bağlı guya “humanitar vəziyyətin” olduğunu iddia etdikləri anti-Azərbaycan bəyanatını qınayıb. Bu barədə Qərbi Azərbaycan İcmasndan məlumat verilib. Bildirilib ki, Avropa Parlamentində Azərbaycana və azərbaycanlılara qarşı qərəz sistemli …

Read More »

Bir qrup xarici QHT Ermənistanın Qarabağdakı ermənilərin reinteqrasiyasını əngəlləməsi barədə bəyanat yayıb

 Bir qrup xarici QHT nümayəndəsi Azərbaycanın Qarabağ regionunun erməni sakinlərinin reinteqrasiyasının Ermənistan tərəfindən əngəllənməsi haqqında bəyanat yayıblar. “Report”un xəbərinə görə, bəyanatda deyilir: “Biz, aşağıda imzası olan vətəndaş cəmiyyəti təşkilatları, beynəlxalq ictimaiyyətin diqqətini Ermənistan hökumətinin və qeyri-qanuni rejimin qalıqlarının öz siyasi məqsədlərinə çatmaq üçün yaratdıqları süni maneələrə cəlb etmək məqsədilə müştərək bəyanat yayırıq. Çoxmillətli ölkə olan Azərbaycan ərazisində yaşayan ermənilərin və …

Read More »

Baş Prokurorluq: “Meşəli soyqırımı qanunsuz erməni silahlılarının xalqımıza qarşı törətdiyi çoxsaylı cinayət hadisələrindən biridir”

“Meşəli soyqırımı qanunsuz erməni silahlı birləşmələrinin üzvləri tərəfindən Azərbaycan xalqına qarşı törədilmiş çoxsaylı cinayət hadisələrindən biridir”. Boyukmillet.com-un xəbərinə görə, bunu Azərbaycan Hərbi prokurorunun böyük köməkçisi İsmayıl Əliyev “Real TV”də yayımlanan “Real İntervyu” verilişində deyib. Onun sözlərinə görə, Meşəli kəndində baş verən soyqırımı erməni silahlı birləşmələri tərəfindən 1989-cu ildən 1992-ci ilədək Azərbaycan xalqına qarşı törədilmiş çoxsaylı soyqırım cinayətlərinin bir epizodudur: “Həmin …

Read More »

Azərbaycan-Türkiyə iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın tərkibində dəyişiklik edilib

Azərbaycan-Türkiyə iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın tərkibində dəyişiklik edilib. Boyukmillet.com-un xəbərinə görə, Prezident İlham Əliyev “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 6 mart tarixli 2016 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Sərəncam imzalayıb. Sərəncamla komissiyanın tərkibinə Azərbaycan tərəfindən Dövlət Ehtiyatları Agentliyi …

Read More »

“Türkiyə ilə Azərbaycanın FETÖ bəlasından qurtulması üçün sistemli əməliyyatların aparılması zəruridir” – RƏY

“İki qardaş ölkənin FETÖ bəlasından qurtulması üçün dəqiq və sistemli əməliyyatların aparılması zəruridir”. Bunu “Report”un Ankara bürosuna açıqlamasında Türkiyənin “Yeni Akit” qəzetinin Ankara üzrə redaktoru, politoloq Muhammet Kutlu bildirib. Poltoloq deyib ki, Türkiyədə əsas niyyəti ordunu ələ keçirmək olan FETÖ terror təşkilatı buna qismən nail olsa da, 2016-cı il iyulun 15-də xalq mübarizəyə qalxaraq hakimiyyətlə birgə onları məğlub edib: “FETÖ-çülər …

Read More »

İcma AŞPA-nı Ermənistanın məkrli oyunlarına alət olmamağa və öz müstəqilliyini qorumağa çağırır

Qərbi Azərbaycan İcması Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezidenti Tini Koksun 2023-cü il 31 iyul tarixli qərəzli bəyanatını qınayır və AŞPA-nı Ermənistanın məkrli oyunlarına alət olmamağa və öz müstəqilliyini qorumağa çağırır. Boyukmillet.com xəbər verir ki, bu barədə İcmanın məsələ ilə bağlı açıqlamasında bildirilib. Açıqlamada, həmçinin qeyd olunub: “Bir daha vurğulamaq istərdik ki, Azərbaycanın Qarabağ bölgəsində yaşayan ermənilər üçün tədarük məsələsi …

Read More »

Hakan Fidan: “Gələn il Avropada enerji böhranı yarana bilər”

“Gələn il Avropada enerji böhranı yarana bilər”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan iyulun 31-də Ankarada azərbaycanlı həmkarı Ceyhun Bayramovla birgə keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, Türkiyə ilə Azərbaycan arasında enerji sahəsindəki əməkdaşlıq strateji əhəmiyyət daşıyır. Nazir vurğulayıb ki, Azərbaycan və Türkiyə Avropanın enerji təhlükəsizliyinə töhfə verir: “Bizim bu sahədəki əməkdaşlığımız ancaq iki …

Read More »

Azərbaycan XİN: “Erməni sakinlərlə dialoq ilkin dövrlərdə öz müsbət töhfəsini verib”

” Azərbaycan hakimiyyət orqanları tərəfindən Qarabağ bölgəsinin yerli erməni sakinləri ilə dialoq istiqamətində ardıcıl addımlar atılıb, yeni Laçın yolunun tikintisi, Laçın ərazisində kiçik SES-lərdən istifadə, Sərsəng su anbarının istifadə və idarəolunması istiqamətində bir sıra təmaslar və erməni sakinlərlə dialoq ilkin dövrlərdə öz müsbət töhfəsini verib”. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin bölgədəki son vəziyyətlə bağlı bəyanatında bildirilib. …

Read More »

XİN: “Ermənistanın məqsədi bölgəyə üçüncü tərəfləri cəlb etməkdir”

“Ermənistanın məqsədi bölgəyə üçüncü tərəfləri cəlb etmək, gərginliyin coğrafiyasını genişləndirmək və sülh prosesini iflasa uğratmaqdan ibarətdir”. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin bölgədəki son vəziyyətlə bağlı bəyanatında bildirilib. Qeyd olunub ki, bütün bunlar, xüsusilə də, qanunsuz hərbi birləşmələr tərəfindən davamlı şəkildə törədilən hərbi təxribatlar, o cümlədən son vaxtlar daha da intensivləşən və mülki uçuşları hədəf alan radio-elektron …

Read More »

XİN: “İkinci Qarabağ müharibəsindən sonra 303 azərbaycanlı mina qurbanına çevrilib”

“10 noyabr 2020-ci il bəyanatının bütün hərbi fəaliyyətlərin dayandırılmasına dair müddəasına və digər beynəlxalq öhdəliklərə zidd olaraq, Ermənistan tərəfindən Azərbaycan ərazilərinin intensiv minalanması halları, Azərbaycan ərazilərinə 2021-ci il istehsalı olan minalar gətirərək basdırması, beynəlxalq ictimaiyyətin Ermənistanın məqsədli şəkildə mina təhdidinə göz yumması nəticəsində 2020-ci ilin noyabr ayından bəri iki nəfər jurnalist daxil olmaqla 303 nəfər azərbaycanlı mina qurbanına çevrilib”. Boyukmillet.com  …

Read More »