İyulun 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Albaniya Respublikasının Prezidenti Bayram Beqayın geniş tərkibdə görüşü başlayıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.
Read More »İlham Əliyevlə Beqay arasında təkbətək görüş başladı
İyulun 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Albaniya Respublikasının Prezidenti Bayram Beqay ilə təkbətək görüşü başlayıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.
Read More »Bakıda Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər görüşü işini davam etdirəcək
Bu gün Bakı Konqres Mərkəzində Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər görüşü işini davam etdirəcək. Boyukmillet.com xəbər verir ki, toplantıda iştirak edən nazirlər müzakirələrə qatılacaqlar. Bundan əlavə, görüşdə Hərəkatın gündəliyi ilə bağlı çoxsaylı əlavə tədbirlərlə yanaşı, Yekun Sənədlərin, o cümlədən, Bakı Bəyannaməsinin qəbulu məsələsinə baxılacaq. Azərbaycan 120 üzv dövlət, 18 müşahidəçi dövlət və 10 Beynəlxalq Təşkilatın daxil olduğu Qoşulmama Hərəkatının tarixində …
Read More »Prezident: “Fransa özünü Azərbaycandakı erməni milli azlığının müdafiəçisi kimi göstərməyə çalışır”
“Fransa hətta Korsika dilinə qadağa qoyur və etnik azlıqlar konsepsiyasını qəbul etmir, lakin, eyni zamanda, özünü Azərbaycandakı erməni milli azlığının müdafiəçisi kimi göstərməyə çalışır. Bu, ikiüzlülük və ikili standartlardan başqa bir şey deyil”. Boyukmillet.com xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun Bakıda keçirilən Nazirlər görüşündə deyib. Dövlətimizin başçısı diqqətə çatdırıb ki, Fransa hakimiyyəti başqalarına mühazirə …
Read More »Hakan Fidan Azərbaycana səfərə gəlib
Türkiyənin xarici işlər naziri Hakan Fidan Azərbaycana səfərə gəlib. Boyukmillet.com xəbər verir ki, o, Qoşulmama Hərəkatının Koordinasiya Şurasının Nazirlər toplantısında iştirak edir. H.Fidan həmçinin toplantı çərçivəsində keçiriləcək Qoşulmama Hərəkatının Fələstin Nazirlər Komitəsinin iclasına və Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə keçiriləcək tədbirə qatılacaq. Qeyd edək ki, H.Fidan bu il iyunun 5-də Türkiyənin xarici işlər naziri təyin olunub.
Read More »Bakıda QH Koordinasiya Şurasının Nazirlər Toplantısında iştirak edəcək nazirlərin qarşılanma mərasimi keçirilir
Bakıda Qoşulmama Hərəkatının (QH) Koordinasiya Şurasının Nazirlər Toplantısında iştirak edəcək nazirlərin qarşılanma mərasimi keçirilir. Boyukmillet.com xəbər verir ki, qonaqları Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov qarşılayır. Qeyd edək ki, nu gün və sabah Bakıda Qoşulmama Hərəkatının Koordinasiya Şurasının Nazirlər Toplantısı keçiriləcək. Nazirlər Toplantısında Hərəkatın gündəliyi ilə bağlı çoxsaylı əlavə tədbirlərlə yanaşı, Yekun Sənədlərin, o cümlədən, Bakı Bəyannaməsinin qəbulu məsələsinə baxılacaq.
Read More »Pakistanlı nazir Azərbaycana səfərə gəlib
Pakistanın xaricdə yaşayan pakistanlılarla iş və insan resurslarının inkişafı naziri Sacid Hüsseyn Turinin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana rəsmi səfərə gəlib. Boyukmillet.com xəbər verir ki, nümayəndə heyəti Fəxri xiyabana gələrək Ümummilli Lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə gül dəstələri qoyub. Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə gül dəstələri düzülüb. Qonaqlar Şəhidlər xiyabanını ziyarət …
Read More »Hindistan xarici işlər nazirinin müavini Bakıda səfərdədir
Hindistan xarici işlər nazirinin müavini, Xarici İşlər Nazirliyinin Qərb istiqaməti üzrə katibi Sanjay Verma Bakıya gəlib. Səfərin məqsədi Qoşulmama Hərəkatı Əlaqələndirmə Bürosunun nazirlər səviyyəsində keçiriləcək iclasında iştirak etməkdir. Xatırladaq ki, Bakıda iyulun 5-6-da Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlərinin iclası keçiriləcək. İclas “Qoşulmama Hərəkatı: yaranan çağırışlara qarşı vahidlik və sarsılmazlıq” mövzusuna həsr olunacaq.
Read More »Tahir Mirkişili: “Ermənistan Azərbaycanın daxili işlərinə qarışmamalıdır”
“Ermənistan Azərbaycanın daxili işlərinə qarışmamalıdır”. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycanın ATƏT Parlament Assambleyasındakı (PA) nümayəndə heyətinin üzvü Tahir Mirkişili deyib. Onun sözlərinə görə, Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə həyata keçirdiyi genişmiqyaslı reabilitasiya və yenidənqurma layihələri hazırda minlərlə keçmiş məcburi köçkün azərbaycanlının tədricən öz evlərinə qayıtmasına şərait yaradır. O əlavə edib ki, münaqişədən sonrakı reabilitasiya, yenidənqurma və reinteqrasiya Azərbaycan üçün …
Read More »Fransanın Azərbaycandakı səfiri XİN-ə çağırılıb, Emmanuel Makronun fikirlərinə etiraz bildirilib
İyunun 30-da Fransanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Ann Buayon Xarici İşlər Nazirliyinə çağırılıb. Bu barədə Azərbaycan XİN-dən bildirilib. Görüşdə Fransa Prezidenti Emmanuel Makronun Marsel şəhərində erməni icması ilə görüşdə Azərbaycan əleyhinə səsləndirilmiş, Ermənistanı birtərəfli qaydada müdafiə edən və həqiqəti əks etdirməyən fikirlər ilə bağlı Fransa tərəfinə etiraz edilib və məsələyə dair Fransa tərəfindən izahat istənilib. Səfirə bildirilib ki, dəfələrlə anti-Azərbaycan …
Read More »

Boyukmillet.com Biz yanmasaq vətən yanar
