Bazar ertəsi , 12 Yanvar 2026

Xarici siyasət

Azərbaycan XİN: “Saziş layihəsinin əlavə maddələri üzrə razılıq əldə edilib”

27-29 iyun 2023-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan arasında ABŞ-ın Virciniya ştatının Arlinqton şəhərində Corc Şults adına Milli Xarici Əlaqələr Tədris Mərkəzində danışıqlar aparılıb. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib. Qeyd olunub ki, Vaşinqtonda olarkən onlar ABŞ-ın dövlət katibi Entoni Blinken və prezidentin köməkçisi və milli təhlükəsizlik üzrə …

Read More »

Sülh danışıqları ilə bağlı növbəti görüşün Avropada keçirilməsi nəzərdə tutulub

“Avropa İttifaqındakı həmkarlarımızın ev sahibliyi ilə bir neçə həftə sonra növbəti görüşün keçirilməsi gözlənilir”. Boyukmillet.com xəbər verir ki, bunu Amerika Birləşmiş Ştatlarının dövlət katibi Antoni Blinken bəyan edib. “Düşünürəm ki, biz nə qədər yaxınlaşsaq, razılaşmaya bir o qədər yaxınlaşacayıq. Əldə edilmiş tərəqqiyə görə hər iki tərəfə təşəkkür edirik. Bu səylərimizi önümüzdəki həftələrdə və aylarda davam etdirəcəyik”- deyə, o vurğulayıb.

Read More »

Vaşinqtonda Ermənistanın hərbi təxribatlarına qarşı etiraz aksiyası keçirilib

Vaşinqtonda yaşayan azərbaycanlılar Ermənistanın Azərbaycana qarşı hərbi təxribatlarına qarşı etiraz aksiyası keçiriblər. “Report”un ABŞ bürosu xəbər verir ki, soydaşlarımız əllərində Azərbaycan və Türkiyə bayraqları, ingilis dilində şüarlar yazılmış plakatlarla Ermənistanın ABŞ-dakı səfirliyinin binasının önündə toplaşıblar. Aksiya iştirakçıları “Qarabağ Azərbaycanındır”, “Ermənistan əsgəri Azərbaycan torpaqlarını tərk etməlisən!”, “Ermənistan müharibə cinayətkarıdır”, “Müharibəyə son” şüarları səsləndirib, qanunsuz erməni silahlı birləşmələrinin Azərbaycan ərazilərindən dərhal çıxarılmasını …

Read More »

Qərbi Azərbaycan İcması Fransa prezidentinin destruktiv bəyanatını qınayıb

Qərbi Azərbaycan İcması Fransa prezidentinin destruktiv bəyanatını qınayıb. Boyukmillet.com xəbər verir ki, bu barədə “Report”a Qərbi Azərbaycan İcmasının Mətbuat xidmətindən məlumat verilib. Məlumatda deyilir ki, Qərbi Azərbaycan İcması Fransa Prezidenti Makronun erməni diasporunun bəzi radikal ünsürləri ilə görüşündə verdiyi son bəyanatını, xüsusən də Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşması kontekstində Ermənistanın maraqlarını Ermənistan hökumətindən daha yaxşı müdafiə etməyi iddia etməsini sərt …

Read More »

Ukraynada daha bir azərbaycanlı müharibədəki xidmətlərinə görə təltif olunub

Ukraynada daha bir azərbaycanlı müharibədəki xidmətlərinə görə medalla təltif olunub. “Report”un Şərqi Avropa bürosunun məlumatına görə, bu, Kiyevin ərazi müdafiə qüvvələrində humanitar missiya ilə fəal olan, əslən Azərbaycanın Zaqatala rayonundan Şamxal Namiq oğlu Quliyevdir. O, Ukrayna Silahlı Qüvvələri tərəfindən Kiyev və Kiyev vilayətinin müdafiəsi uğrunda göstərdiyi xidmətlərinə görə mükafatlandırılıb. Qeyd edək ki, Rusiya-Ukrayna müharibəsi 2022-ci il fevralın 24-də başlayıb.

Read More »

İlham Əliyev və Ərdoğan arasında telefon söhbəti olub

İyunun 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon söhbəti olub. Boyukmillet.com-un xəbərinə görə, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb. Dövlət başçıları bir-birini və xalqlarımızı müqəddəs Qurban bayramı münasibətilə təbrik edib və ən xoş arzularını çatdırıblar. Telefon söhbəti zamanı dostluq və qardaşlıq münasibətlərimizin bundan sonra da bütün sahələrdə uğurla inkişaf edəcəyinə əminlik …

Read More »

Azərbaycan BMT Baş Assambleyası prezidentinin təşəbbüsünə qoşulub

Azərbaycan BMT Baş Assambleyasının gender bərabərliyi ilə bağlı kampaniyasına qoşulub. Bu barədə “Report”un ABŞ bürosuna BMT Baş Assambleyasının sözçüsü Paulina Kubiak məlumat verib. Sözçü bildirib ki, kampaniya BMT Baş Assambleyasının 77-ci sessiyasının prezidenti Tsaba Körösi və BMT-nin Qadınlar Bölməsinin icraçı direktoru Sima Bahousun birgə təşəbbüsü ilə həyata keçirilir. P.Kubiak əlavə edib ki, sosial layihə BMT-nin gender bərabərliyi və cinsi istismarın …

Read More »

XİN Qurban bayramı münasibətilə xalqımızı və bütün müsəlmanları təbrik edib

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Qurban bayramı münasibətilə xalqımızı və bütün müsəlmanları təbrik edib. Boyukmillet.com xəbər verir ki, bu barədə nazirliyin tviter hesabında paylaşım edilib. “Müqəddəs Qurban bayramı münasibətilə xalqımızı və bütün müsəlmanları təbrik edir, əmin-amanlıq, ruzi-bərəkət və can sağlığı arzu edirik! Qurban bayramımız mübarək!”, – paylaşımda deyilir. Müqəddəs Qurban bayramı münasibətilə xalqımızı və bütün müsəlmanları təbrik edir, əmin-amanlıq, ruzi-bərəkət …

Read More »

Blinkenin iştirakı ilə Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü keçirilir

ABŞ-ın dövlət katibi Antoni Blinken, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında görüş başlayıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi tviterdə məlumat yayıb. Blinkenin iştirakı ilə Azərbaycan və Ermənistan arasında danışıqların növbəti raundu Virciniya ştatının Arlinqton şəhərində Corc Şults adına Xarici Əlaqələr üzrə Milli Tədris Mərkəzində keçirilir. Qeyd edək …

Read More »

ABŞ Dövlət Departamenti: “İnanırıq ki, Azərbaycanla Ermənistan arasında sülh yaxındadır”

“İnanırıq ki, Azərbaycanla Ermənistan arasında sülh yaxındadır”. Boyukmillet.com xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller deyib. O, ABŞ-ın birbaşa dialoqu dəstəklədiyini bildirib: “Bu, sülhü və problemləri həll etməyin ən yaxşı yoludur”. Qeyd edək ki, bu gün Vaşinqtonda Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə erməni həmkarı Ararat Mirzoyan arasında görüş keçiriləcək. Müzakirələrin 3 gün davam edəcəyi gözlənilir

Read More »