Azərbaycanla Qazaxıstan arasında bir sıra sənədlər imzalanıb. Bu barədə Nazirlər Kabinetindən məlumat verilib. Bildirilib ki, iyunun 22-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Bakıda rəsmi səfərdə olan Qazaxıstan Respublikasının Baş naziri Alixan Smailov ilə görüşüb. Hökumət başçıları əvvəlcə təkbətək görüş keçirərək ikitərəfli gündəliyin aktual məsələlərinə toxunublar. Sonra Baş nazirlər Ə.Əsədov və A.Smailov iki ölkənin nümayəndə heyətlərinin iştirakı ilə görüşü davam …
Read More »Aİ-nin Xarici Əlaqələr Şurasında Azərbaycan – Ermənistan münasibətləri müzakirə olunacaq
Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr Şurasının iclasında Azərbaycan – Ermənistan münasibətləri də müzakirə olunacaq. Boyukmillet.com xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb. İclas iyunun 26-da Lüksemburqda keçiriləcək, digər məsələlərlə yanaşı, Azərbaycan – Ermənistan münasibətləri ilə bağlı da dinləmələr olacaq.
Read More »Britaniya XİN başçısı: “Azərbaycan və Ermənistan arasında tarixi sülh sazişinin imzalanması mümkündür”
“Azərbaycan və Ermənistan arasında tarixi sülh sazişinin imzalanması mümkündür”. Boyukmillet.com xəbər verir ki, bunu Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverli tviterdə yazıb. O bildirib ki, rəsmi London Cənubi Qafqazda rifahı, sülhü və təhlükəsizliyi dəstəkləyir. C.Kleverli həmçinin rəsmi Bakının Ukraynaya humanitar dəstəyinin artırılması qərarına görə azərbaycanlı həmkarı Ceyhun Bayramova təşəkkür edib.
Read More »Azərbaycan dövlət orqanlarının rəsmiləri Brüsseldə NATO-nun dezinformasiyaya qarşı təcrübəsini öyrənirlər
Azərbaycanın dövlət orqanlarının rəsmiləri NATO-nun mənzil qərargahına gediblər. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycanın NATO-dakı nümayəndəsi Cəfər Hüseynzadə bildirib. O qeyd edib ki, Azərbaycan və NATO arasında ictimai diplomatiya və strateji kommunikasiyalar sahəsində tərəfdaşlıq çərçivəsində dezinformasiyaya qarşı mübarizədə NATO-nun yanaşması və qabaqcıl təcrübələri öyrəniləcək. Həmçinin nümayəndə heyəti strateji kommunikasiyalar, sosial şəbəkələrdən istifadə ilə bağlı brifinqlər və dəyirmi masa müzakirələrində iştirak …
Read More »Prezident İlham Əliyev Qazaxıstanın Baş nazirini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 22-də Qazaxıstanın Baş naziri Alixan Smailovu qəbul edib. Boyukmillet.com-un xəbərinə görə, bu barədə Azərbaycan Prezidentinin Mətbuat xidməti məlumat yayıb.
Read More »Gələn həftə Vaşinqtonda Azərbaycan və Ermənistan XİN başçılarının görüşü olacaq
Gələn həftə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında görüş olacaq. Boyukmillet.com xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib. O bildirib ki, görüş ABŞ-ın paytaxtı Vaşinqtonda keçiriləcək. N.Paşinyan qeyd edib ki, Ermənistan sülh üçün bütün səyləri göstərir: “Biz münasibətlərin nizamlanmasına dair saziş imzalamalıyıq. Ermənistan nümayəndə heyəti bu amalla ABŞ-a gedəcək”. Hökumət başçısının …
Read More »Dövlət Departamenti: “ABŞ-də Bakı ilə İrəvan arasında sülh danışıqlarının yeni mərhələsi baş tutacaq”
“ABŞ tezliklə Azərbaycan və Ermənistan arasında sülh danışıqlarının yeni mərhələsinə ev sahibliyi edəcək”. Boyukmillet.com xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin Mətbuat Xidmətinin rəhbərinin müavini Vedant Patel brifinqdə deyib. “Tərəflər Cənubi Qafqaz regionunda dinc gələcəyə səy göstərməyə davam etdikcə, biz tezliklə Vaşinqtonda danışıqların növbəti raunduna ev sahibliyi etməyi səbirsizliklə gözləyirik. Biz inanırıq ki, birbaşa dialoq problemlərin həlli və sülhə nail …
Read More »Ceyhun Bayramov ATƏT-in Baş katibi ilə regional təhlükəsizlik məsələlərini müzakirə edib
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Londonda keçirilən Ukrayna Bərpa Konfransı çərçivəsində ATƏT-in Baş katibi Helqa Şmitlə görüşüb. Boyukmillet.com xəbər verir ki, bununla bağlı Azərbaycan Xarici İşlər Nazirliyinin “Twitter” hesabında məlumat paylaşılıb. Görüşdə Azərbaycan və ATƏT arasında əməkdaşlıq gündəliyi, həmçinin regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə edilib. Delighted to meet w/@HelgaSchmid_SG, SG of #OSCE within my working visit to the UK. …
Read More »Azərbaycan XİN başçısı albaniyalı həmkarı ilə ikitərəfli münasibətlərin inkişaf perspektivlərini müzakirə edib
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov albaniyalı həmkarı Olta Xhaçka ilə ikitərəfli əməkdaşlığın inkişaf perspektivlərini müzakirə edib. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) tviter səhifəsində məlumat verilib. “Hörmətli həmkarım və dostum, Albaniyanın xarici işlər naziri Olta Xhaçka ilə Ukraynanın bərpası ilə bağlı konfransın kuluarında görüşməyimə şadam. Bizim Azərbaycan və Albaniya arasında ikitərəfli əməkdaşlığın hazırkı vəziyyətini müzakirə …
Read More »Ceyhun Bayramov ATƏT sədri ilə regional məsələləri müzakirə edib
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Böyük Britaniyanın paytaxtı Londonda ATƏT-in fəaliyyətdə olan sədri, Şimali Makedoniyanın xarici işlər naziri Buyar Osmani ilə görüşüb. Boyukmillet.com xəbər verir ki, bu barədə XİN-dən bildirilib. C.Bayramov və B.Osmani ikitərəfli məsələləri, həmçinin Cənubi Qafqazdakı durumu müzakirə ediblər. Azərbaycanın XİN başçısı özünün tviter hesabında yazıb ki, B.Osmani ilə görüşməkdən məmnun olub. “Biz ikitərəfli gündəliyi, ATƏT çərçivəsində …
Read More »

Boyukmillet.com Biz yanmasaq vətən yanar
