Bazar ertəsi , 12 Yanvar 2026

Xarici siyasət

Prezident İlham Əliyevin Pakistanın Baş naziri ilə təkbətək görüşü başlayıb

İyunun 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif ilə təkbətək görüşü başlayıb. Boyukmillet.com xəbər verir ki, bu barədə məlumatı Azərbaycan Prezidentinin Mətbuat Xidməti yayıb.

Read More »

MHP Azərbaycanı təbrik edib

Türkiyənin Milliyətçi Hərəkat Partiyası (MHP) 15 iyun – Azərbaycanın Milli Qurtuluş Günü və Şuşa Bəyannaməsinin imzalanmasının ikinci ildönümü münasibətilə təbrik paylaşımı edib. Boyukmillet.com xəbər verir ki, bu barədə partiyanın tviterində bildirilib. “Azərbaycanın Milli Qurtuluş Günü və Şuşa Bəyannaməsinin imzalanmasının ikinci ildönümü mübarək olsun”, – paylaşımda qeyd edilib. Azerbaycan'ın Milli Kurtuluş Günü ve Şuşa Beyannamesi'nin İmzalanmasının 2. Yıl Dönümü Kutlu Olsun …

Read More »

Pakistanın Baş naziri Heydər Əliyevin məzarını ziyarət edib

Azərbaycanda rəsmi səfərdə olan Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif iyunun 15-də Fəxri xiyabana gəlib. Boyukmillet.com xəbər verir ki, Məhəmməd Şahbaz Şərif xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, abidəsi önünə əklil qoyub.

Read More »

Pakistanın Baş nazirinin rəsmi qarşılanma mərasimi olub

Azərbaycan Respublikasına rəsmi səfərə gələn Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin iyunun 15-də rəsmi qarşılanma mərasimi olub. Boyukmillet.com xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda Pakistanın Baş nazirinin şərəfinə Fəxri qarovul dəstəsi düzülüb. Azərbaycan Prezidenti İlham Əliyev Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifi qarşılayıb. Fəxri qarovul dəstəsinin rəisi Pakistanın Baş nazirinə raport verib. Baş nazir …

Read More »

Şimali Kipr Azərbaycanı təbrik edib

Şimali Kiprin Xarici İşlər Nazirliyi 15 iyun – Milli Qurtuluş Günü münasibətilə Azərbaycanı təbrik edib. Boyukmillet.com  xəbər verir ki, bu barədə qurumun tviterində paylaşım edilib. “Milli Qurtuluş Gününü ən səmimi arzularımızla təbrik edir, dost və qardaş Azərbaycan xalqına rifah arzulayırıq”, – paylaşımda bildirilib. #Azerbaycan'ın Milli Kurtuluş Günü'nü en içten dileklerimizle kutlar, dost ve kardeş Azerbaycan halkına refah ve esenlikler dileriz. …

Read More »

KİV Pakistanın Baş nazirinin Azərbaycana rəsmi səfərinin məqsədini açıqlayıb

Pakistanın məşhur “Nation.com.pk” nəşri bu ölkənin Baş naziri Məhəmməd Şahbaz Şərifin Azərbaycana rəsmi səfərinin məqsədini açıqlayıb. Boyukmillet.com xəbər verir ki, mətbu orqan səfərdə əsas məqsədin iki ölkə arasında sərmayə, ticarət və enerji sahələrində əməkdaşlığı müzakirə etməkdən ibarət olduğu vurğulanır. “Pakistan Azərbaycanla həmişə isti, mehriban münasibətlərə malik olub, çünki hər iki ölkənin dini, mədəniyyəti və tarixi oxşarlığı var. Baş nazir Məhəmməd Şahbaz …

Read More »

BMT Baş Assambleyasında Ermənistanın yalanları və saxtakarlığı ifşa edilib

BMT Baş Assambleyasında Ermənistanın yalanları və saxtakarlığı ifşa edilib. “Report”un ABŞ bürosu xəbərinə görə, Azərbaycanın BMT-dəki Daimi Nümayəndəsi Yaşar Əliyev BMT Baş Assambleyasının “Sülh mədəniyyəti” gündəliyinə həsr olunmuş plenar iclasındakı çıxışında Ermənistanın Azərbaycana qarşı 30 ilə yaxın davam edən işğalından danışıb. “30 ilə yaxın davam edən münaqişə və işğal zamanı, Ermənistan tərəfindən əvvəllər işğal olunmuş ərazilərdə Azərbaycanın mədəni irsi talan …

Read More »

Türkiyə Prezidenti: “Bu gün Qarabağda dalğalanan Azərbaycan bayrağı qardaşlığımızın simvoludur”

“Təxminən 30 illik işğalın başa çatmasından sonra Qarabağda bu gün qürurla dalğalanan Azərbaycan bayrağını qardaşlığımızın simvolu olaraq görürük”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Prezident Kabinetinin 8 saat davam edən iclasından sonra verdiyi açıqlamada bildirib. “Ermənistanla davam edən normallaşma prosesinə dəstəyimizi vurğuladıq. Bölgəmizdə sülh və sabitliyin təmin olunmasına dair güclü gözləntilərimizi bir daha nəzərdən keçirdik. Can Azərbaycan …

Read More »

XİN: “Ümummilli Lider Heydər Əliyev ölkəmizi ictimai-siyasi böhrandan xilas etdi”

“Ümummilli Lider Heydər Əliyev ölkəmizi ictimai-siyasi böhrandan xilas etdi”. Boyukmillet.com xəbər verir ki, bu, Azərbaycanın Xarici İşlər Nazirliyinin (XİN) tviterdə 15 İyun – Milli Qurtuluş Günü ilə bağlı paylaşımında yer alıb. “Bu gün 15 İyun – Milli Qurtuluş Günüdür. Hakimiyyətə qayıdışı ilə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev ölkəmizi ictimai-siyasi böhrandan xilas etdi, inkişafın sarsılmaz təməlini qoydu, dövlətçiliyimizi daha da möhkəmləndirdi. …

Read More »

Azərbaycanla Özbəkistan arasında ikitərəfli əməkdaşlıq müzakirə olunub

14 iyun 2023-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Özbəkistan Respublikasının xarici işlər nazirinin müavini Bobur Usmanov ilə görüşüb. XİN-dən bildirilib ki, görüş zamanı tərəflər Azərbaycanla Özbəkistan arasında tarixi dostluq və qardaşlıq üzərində qurulan ikitərəfli əməkdaşlıq münasibətlərinin hərtərəfli inkişafı perspektivlərini, müntəzəm əsasda həyata keçirilən yüksək səviyyəli təmasların gündəliklərindən irəli gələn məsələləri müzakirə ediblər. Dövlətlərin ikitərəfli müstəvi ilə yanaşı, …

Read More »