Bazar ertəsi , 12 Yanvar 2026

Xarici siyasət

Ceyhun Bayramov Aİ-nin xüsusi nümayəndəsini sülh sazişi üzrə cari vəziyyətlə bağlı məlumatlandırıb

İyunun 9-da Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Tovio Klaar ilə görüşüb, qonağı sülh sazişi üzrə cari vəziyyətlə bağlı məlumatlandırıb. Bu barədə Azərbaycan XİN-dən məlumat verilib. Görüş zamanı tərəflər Azərbaycan-Ermənistan münasibətlərinin normallaşma prosesi, Avropa İttifaqı da daxil olmaqla beynəlxalq tərəfdaşların vasitəçiliyi ilə həyata keçirilən danışıqların cari vəziyyəti, regional təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparıblar. …

Read More »

Azərbaycan XİN Ermənistanın sülh prosesinə yanaşmalarında ziddiyyətli mövqeləri barədə rəsmi Berlinə məlumat verib

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Ermənistanın sülh prosesinə yanaşmalarında ziddiyyətli mövqeləri barədə rəsmi Berlinə məlumat verib. Bu barədə  Azərbaycan XİN-in Mətbuat xidmətindən bildirilib. Belə ki, iyunun 7-8-də Azərbaycan və Almaniya Xarici İşlər nazirlikləri arasında növbəti siyasi məsləhətləşmələrin keçirilməsi məqsədilə Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfovun rəhbərlik etdiyi nümayəndə heyəti Almaniyada işgüzar səfərdə olub. Siyasi məsləhətləşmələrdə Almaniya nümayəndə heyətinə bu …

Read More »

Ceyhun Bayramov iranlı həmkarı ilə bəzi mövcud problemləri müzakirə edib

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian arasında telefon danışığı baş tutub. Bu barədə  Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib. Telefon danışığı zamanı Azərbaycanla İran arasında münasibətlərin cari vəziyyəti, bəzi mövcud problemlər və onların həlli məsələləri müzakirə edilib. Qeyd edilən istiqamətlərdə iki ölkənin aidiyyəti qurumları arasında danışıqların və qarşılıqlı təmasların davam etdirilməsinə dair …

Read More »

Ayxan Hacızadə: “Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşünün dəqiq tarixinin müəyyənləşdirilməsi istiqamətində iş aparılır”

“Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyanın növbəti görüşünün dəqiq tarixinin müəyyənləşdirilməsi istiqamətində iş aparılır”. Bunu “Report”a açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşünün təxirə salınmasını şərh edərkən deyib. “Ümid edirik ki, bu görüş yaxın vaxtlarda baş tutacaq”, – o əlavə edib. A.Hacızadə qeyd edib ki, bir qayda olaraq, …

Read More »

MDB ölkələrinin Sərhəd Qoşunları Komandanları Şurasının Bakıda keçirilən iclasının yekunları üzrə 19 sənəd imzalanıb

Müstəqil Dövlətlər Birliyinin (MDB) Sərhəd Qoşunları Komandanları Şurasının Bakıda keçirilən 86-cı iclasının yekunları üzrə 19 sənəd imzalanıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Sərhəd Qoşunları Komandanları Şurası sədrinin müavini – Koordinasiya Xidmətinin sədri general-polkovnik Aleksandr Manilov jurnalistlərə açıqlamasında bildirib. “Bugünkü iclasın yekunlarına əsasən, MDB Sərhəd Xidmətləri Şurasının gələcək fəaliyyətini və işini tənzimləyən 19 sənəd imzalanıb”, – o deyib. A.Manilov qeyd …

Read More »

Elçin Quliyev: “Son illər sərhəd təhlükəsizliyi ilə bağlı təhdidlərin müəyyən transformasiyasını müşahidə edirik”

“Son illər biz sərhəd təhlükəsizliyi ilə bağlı təhdidlərin müəyyən transformasiyasını, transsərhəd cinayətinin yeni növ və formalarının meydana çıxmasını, coğrafiyasının genişlənməsini müşahidə edirik”. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev Bakıda keçirilən Müstəqil Dövlətlər Birliyinin (MDB) Sərhəd Qoşunlarının Komandanları Şurasının (SQKŞ) 86-cı iclasında deyib. Onun sözlərinə görə, bu, öz növbəsində, sərhəd təhlükəsizliyinin təmin edilməsi üçün …

Read More »

Bakıda MDB-nin Sərhəd Qoşunlarının Komandanları Şurasının iclası keçirilir

Bakıda Müstəqil Dövlətlər Birliyinin (MDB) Sərhəd Qoşunlarının Komandanları Şurasının (SQKŞ) 86-cı iclası keçirilir. Boyukmillet.com xəbər verir ki, tədbirdə Azərbaycanla yanaşı, Rusiya, Belarus, Qazaxıstan, Qırğız Respublikası, Özbəkistan, Tacikistan, Türkmənistan və Ermənistanın sərhəd xidmətləri, MDB-nin İcraiyyə Komitəsi, MDB-nin Antiterror Mərkəzi və Birliyin digər institutlarının nümayəndələri iştirak edirlər. Tədbirdə MDB iştirakçısı olan dövlətlərin xarici sərhədlərində vəziyyət və onun inkişaf tendensiyaları, MDB üzv dövlətlərinin …

Read More »

Dövlət Departamenti: “Birbaşa dialoq Cənubi Qafqazda davamlı sülhə nail olmaq üçün açardır”

“Biz əvvəlki kimi inanırıq ki, birbaşa dialoq davamlı və layiqli sülhə nail olmaq üçün açardır (Cənubi Qafqazda – red)”. Boyukmillet.com xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsünün müavini Vedant Patel Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Vaşinqtonda gözlənilən görüşü ilə bağlı sualı cavablandırarkən deyib. Dövlət Departamentinin sözçüsü görüşün cədvəli və ya mümkün tarixi ilə bağlı hər hansı məlumatı təsdiqləməkdən …

Read More »

XİN: “Slovakiya Cənubi Qafqazda dayanıqlı sülhün əldə olunmasını dəstəkləyir”

“Avropa İttifaqının (Aİ) üzvü kimi Slovakiya Cənubi Qafqazda dayanıqlı sülhün əldə olunmasını dəstəkləyir”. Bu barədə  Slovakiya Xarici İşlər Nazirliyindən bildirilib. “Cənubi Qafqaz regionunda sabitlik və sülh daha geniş mənada mühüm əhəmiyyətə malikdir. Biz ərazi bütövlüyü prinsipini və Aİ Şurasının Prezidenti Şarl Mişelin vasitəçilik səylərini qətiyyətlə dəstəkləyirik”, – XİN-in bəyanatında deyilir. Slovakiya XİN hesab edir ki, Şarl Mişel tərəfindən irəli sürülən …

Read More »

Ceyhun Bayramov Slovakiyanın Baş naziri ilə görüşüb

İyunun 7-də Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Slovakiya Respublikasına işgüzar səfəri çərçivəsində Slovakiyanın Baş naziri Lüdovit Odor ilə görüşüb. Bu barədə Xarici İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, görüşdə Azərbaycan və Slovakiya arasında siyasi, iqtisadi, enerji təhlükəsizliyi, mədəni, turizm, humanitar və s. sahələr üzrə əməkdaşlıq gündəliyində duran məsələlər, o cümlədən regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə olunub. C.Bayramov iki ölkə …

Read More »