Ermənistanın Azərbaycanın suveren ərazilərində davam edən qeyri-qanuni hərbi mövcudluğu, daxili işlərimizə davamlı müdaxilə, Azərbaycanın mərkəzi hakimiyyət orqanları ilə Qarabağ bölgəsinin erməni əsilli yerli sakinləri arasında dialoqa əngəl yaratması və beynəlxalq səviyyədə, o cümlədən ATƏT çərçivəsində genişmiqyaslı qarayaxma kampaniyasının aparılması bəyan edilmiş bu öhdəliyə ziddir və əksinə, Azərbaycan və Ermənistan arasında dövlətlərarası normallaşma üzrə danışıqlara əsas maneədir. Boyukmillet.com xəbər verir ki, …
Read More »Nazir: “Azərbaycan normallaşma gündəliyinə sadiq qalır”
Azərbaycan normallaşma gündəliyinə sadiq qalır və ikitərəfli müzakirələrin gündəliyini formalaşdıran üç konkret istiqamət: dövlətlərarası münasibətlərin qurulmasına dair sazişin tezliklə imzalanması, dövlət sərhədinin delimitasiyası, və regionda nəqliyyat kommunikasiyalarının açılması üzrə qalan fikir ayrılıqlarını aradan qaldırmaq üçün Ermənistan tərəfindən qarşılıqlı siyasi iradə gözləyir. Boyukmillet.com xəbər verir ki, bu fikirləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in Daimi Şurasının xüsusi iclasında çıxışı zamanı …
Read More »Ceyhun Bayramov: “Ermənistan və Azərbaycan öz müstəqilliklərini bərpa etdikdən sonra ilk dəfə olaraq sülh əlçatandır”
Ermənistan və Azərbaycan arasında təxminən otuz ildir davam edən silahlı münaqişənin başa çatması və hər iki dövlətin bir-birinin suverenliyinə, ərazi bütövlüyünə və sərhədlərinin toxunulmazlığına qarşılıqlı hörmət etmək öhdəliyi götürməsi ilə iki ölkə öz müstəqilliklərini bərpa etdikdən sonra ilk dəfə olaraq sülh əlçatandır. Boyukmillet.com xəbər verir ki, bu fikirləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in Daimi Şurasının xüsusi iclasında çıxışı …
Read More »Əli Əsədov Beynəlxalq Mülki Aviasiya Təşkilatı Şurasının prezidenti ilə görüşüb
Azərbaycanın Baş naziri Əli Əsədov iyunun 7-də Beynəlxalq Mülki Aviasiya Təşkilatı (ICAO) Şurasının prezidenti Salvatore Şikitano ilə görüşüb. Boyukmillet.com xəbər verir ki, görüşdə Azərbaycanda mülki aviasiyanın inkişafı və aviasiya təhlükəsizliyi sahəsində görülmüş işlər barədə ətraflı fikir mübadiləsi aparılıb. Ölkəmizdə aviasiya təhlükəsizliyi standartlarının ICAO standartlarına uyğunlaşdırılması təşkilat tərəfindən yüksək qiymətləndirildiyi diqqətə çatdırılıb. İşğaldan azad edilmiş ərazilərdə istismara verilmiş hava limanlarının ICAO-nun …
Read More »Azərbaycanın XİN başçısı ATƏT ölkələrinin dəyirmi masasında iştirak edib
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ATƏT ölkələrinin daimi nümayəndələrinin iştirakı ilə keçirilən dəyirmi masada iştirak edib. Boyukmillet.com xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin rəsmi tviter səhifəsində məlumat verilib. “Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Şimali Makedoniyanın sədrliyi ilə, ATƏT-ə üzv dövlətlərin daimi nümayəndələrinin iştirakı ilə keçirilən dəyirmi masada iştirak edib. ATƏT-in əməkdaşlıq gündəliyi və Azərbaycanla Ermənistan arasında …
Read More »Ceyhun Bayramov Avstriya və Slovakiyaya işgüzar səfərə gedib
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in Daimi Şurasının xüsusi iclasında iştirak etmək məqsədilə Avstriya Respublikasına işgüzar səfərə yola düşüb. Bu barədə Azərbaycan XİN-dən bildirilib. Səfər çərçivəsində nazir Ceyhun Bayramovun ATƏT-in Daimi Şurasının xüsusi iclasında çıxışı, habelə ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulub. İyunun 7-də nazir Ceyhun Bayramovun Slovakiya Respublikasına işgüzar səfəri çərçivəsində isə Slovakiyanın xarici və Avropa işləri naziri …
Read More »Prezident İlham Əliyev İsveç Kralını təbrik edib
Azərbaycan Prezidenti İlham Əliyev İsveçin Kralı Əlahəzrət XVI Karl Qustava təbrik məktubu ünvanlayıb. Boyukmillet.com xəbər verir ki, təbrikdə deyilir:“Əlahəzrət, İsveç Krallığının milli bayramı münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı yetirməkdən məmnunluq duyuram. Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost xalqınıza daim firavanlıq və rifah arzulayıram”.
Read More »Azərbaycan və Əlcəzairin Fransadakı səfirləri arasında görüş olub
Əlcəzairin Fransadakı səfiri Səid Mussi azərbaycanlı həmkarı Leyla Abdullayevanı qəbul edib. Boyukmillet.com xəbər verir ki, bu barədə Əlcəzair səfirliyi tviterdə məlumat yayıb. “Bu həm də ölkələrimiz arasında qardaşlıq, həmrəylik və əməkdaşlıq əlaqələrini alqışlamaq üçün bir fürsətdir”, – Əlcəzairin diplomatik nümayəndəliyi sosial şəbəkədə qeyd edib.
Read More »Ceyhun Bayramov həmməruzəçilərlə Azərbaycan-Ermənistan normallaşma prosesini müzakirə edib
5 iyun tarixində xarici işlər naziri Ceyhun Bayramov Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Monitorinq Komitəsinin həmməruzəçiləri Yan Lidel-Qreynger və Liz Kristofersen ilə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşma prosesini müzakirə edib. Xarici İşlər Nazirliyindən verilən məlumata görə, görüşdə tərəflər arasında Azərbaycan və AŞPA əməkdaşlıq gündəliyində duran məsələlər, gələcək perspektivlər, o cümlədən regionda mövcud cari vəziyyət və AŞPA-nın Azərbaycan-Ermənistan arasında normallaşma prosesinə mümkün …
Read More »Azərbaycan NATO Hərbi Komitəsinin enerji təhlükəsizliyi iclasında iştirak edib
İyunun 5-də NATO-nun Brüsseldə yerləşən mənzil-qərargahında Alyansın ən yüksək hərbi strukturu olan Hərbi Komitə çərçivəsində ilk dəfə olaraq enerji təhlükəsizliyi üzrə tərəfdaşlarla birgə genişləndirilmiş formatda görüş keçirilib. Bu barədə Azərbaycanın NATO yanında nümayəndəliyindən məlumat verilib. Bildirilib ki, komitə iclasında ölkəmizi təmsil edən Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin üzvü, fəlsəfə doktoru Esmira Cəfərova Azərbaycanın uğurlu enerji siyasəti, habelə qlobal və …
Read More »

Boyukmillet.com Biz yanmasaq vətən yanar
