Bakıda və Abşeron yarımadasında iyunun 6-sı səhərdən 8-i səhərədək şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-28 m/s-dək güclənəcəyi gözlənilir. Boyukmillet.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən bildirilib. Azərbaycanın rayonlarında iyunun 5-dən 9-dək bəzi yerlərdə hava şəraitinin qeyri-sabit keçəcəyi, fasilələrlə yağıntılı olacağı, ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, xüsusən də, Balakən-Şəki, Qazax-Gəncə, Qarabağ və Şərqi Zəngəzur, Mərkəzi …
Read More »Azərbaycan NATO Hərbi Komitəsinin enerji təhlükəsizliyi iclasında iştirak edib
İyunun 5-də NATO-nun Brüsseldə yerləşən mənzil-qərargahında Alyansın ən yüksək hərbi strukturu olan Hərbi Komitə çərçivəsində ilk dəfə olaraq enerji təhlükəsizliyi üzrə tərəfdaşlarla birgə genişləndirilmiş formatda görüş keçirilib. Bu barədə Azərbaycanın NATO yanında nümayəndəliyindən məlumat verilib. Bildirilib ki, komitə iclasında ölkəmizi təmsil edən Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin üzvü, fəlsəfə doktoru Esmira Cəfərova Azərbaycanın uğurlu enerji siyasəti, habelə qlobal və …
Read More »Ceyhun Bayramov: “Ermənistanda Azərbaycanın iki hərbçisinin saxlanılması etimadın bərpası prosesinə zərbədir”
“Ermənistanda Azərbaycanın iki hərbçisinin saxlanılması tərəflər arasında etimadın bərpası prosesinə növbəti zərbədir”. Boyukmillet.com xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov deyib. Nazir bu hərbçilərin Ermənistan tərəfindən saxlanıldığını və onların barələrində cinayət işinin başlanıldığını xatırladıb. “İlk növbədə qeyd etmək istərdim ki, Ermənistan tərəfi ilə ikitərəfli görüşlər zamanı, eyni zamanda, beynəlxalq vasitəçilər, eləcə də digər dövlətlərin nümayəndələri ilə …
Read More »Ceyhun Bayramov: “Azərbaycanın İrandakı səfirliyinə hücumla bağlı istintaq davam edir”
“Azərbaycanın Tehrandakı səfirliyinə hücumla bağlı cinayət işi üzrə istintaq hələ də davam edir”. Boyukmillet.com xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov deyib. Onun sözlərinə görə, Azərbaycan ən qısa zamanda cinayət işi üzrə istintaqın başa çatdırılacağına və günahkarların cəzalandırılacağına ümid edir, lakin hələlik hər hansı konkret nəticələr barədə danışmaq tezdir. “Hesab edirik ki, bu hücum iki …
Read More »XİN başçısı: “Ermənistan və onun havadarları yeni reallığı qəbul etmək istəmir”
“44 günlük müharibənin başa çatması regionda yeni reallıq yaradıb. Ermənistan və onun havadarları bu reallığı qəbul etmək istəmir, təxribatlarını davam etdirirlər”. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ADA Universitetində diplomatlar üçün “Xarici siyasət” proqramının bağlanış mərasimində deyib. Nazir bildirib ki, hazırda regionda çox mühüm proseslər baş verir. O əlavə edib ki, indi gənc diplomatlar bu …
Read More »Azərbaycan XİN Ermənistan Təhlükəsizlik Şurasının katibinə cavab verib
Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın İctimai Televiziyaya müsahibəsi zamanı növbəti dəfə bir sıra istiqamətlərdə məsələlərin mahiyyətini təhrif etməsi, Ermənistanın üzərinə götürdüyü öhdəliklərdən yayınmaqla həm beynəlxalq ictimaiyyət arasında, həm də Ermənistan cəmiyyətində çaşqınlıq yaratmaq cəhdləri qəbuledilməzdir”. “Report” xəbər verir ki, bu fikirlər Azərbaycan Xarici İşlər Nazirliyinin Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın iyunun 4-də ölkəsinin İctimai Televiziyasına müsahibə zamanı səsləndirdiyi iddialara …
Read More »Türkiyənin yeni xarici işlər naziri Azərbaycana səfər edəcək
Türkiyənin yeni xarici işlər naziri Hakan Fidan Azərbaycana səfər edəcək. Boyukmillet.com xəbər verir ki, Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov telefon danışığında Türkiyə Respublikasının yeni xarici işlər naziri Hakan Fidanı ölkəmizə səfərə dəvət edib. Yeni nazir təbriklərə və xoş sözlərə görə nazir Ceyhun Bayramova təşəkkür edib və ölkəmizə səfər dəvətini məmnuniyyətlə qəbul edib. Tərəflər, iki ölkə arasında qardaşlıq, dostluq və …
Read More »Ceyhun Bayramov Türkiyənin yeni XİN rəhbərini təbrik edib
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Türkiyə Respublikasının yeni xarici işlər naziri Hakan Fidan arasında telefon danışığı baş tutub. Azərbaycanın Xarici İşlər Nazirliyindən bildirilib ki, Ceyhun Bayramov Hakan Fidanın qardaş Türkiyənin xarici işlər naziri təyin olunması münasibətilə təbriklərini çatdırıb və ona uğurlar arzulayıb. Ceyhun Bayramov dərin köklərə, ortaq maraq və dəyərlərə əsaslanan iki ölkə arasında çoxşaxəli və strateji müttəfiqlik …
Read More »Əli Əsədov Cevdet Yılmazı Türkiyənin Vitse-prezidenti təyin olunması münasibətilə təbrik edib
Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Cevdet Yılmaza Türkiyə Respublikasının Vitse-prezidenti vəzifəsinə təyin edilməsi münasibətilə təbrik məktubu ünvanlayıb. Boyukmillet.com xəbər verir ki, məktubda C.Yılmazın yüksək vəzifəyə təyinatı qardaş Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ona olan böyük inam və etimadının aşkar təzahürü kimi qiymətləndirilib. Vurğulanıb ki, son illər ərzində Türkiyə hərtərəfli inkişaf nümayiş etdirərək beynəlxalq aləmdə güc mərkəzinə çevrilib. Möhkəm təməllər üzərində …
Read More »Ceyhun Bayramov Mövlud Çavuşoğlu ilə bağlı paylaşım edib
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyənin sabiq xarici işlər naziri Mövlud Çavuşoğlu ilə bağlı paylaşım edib. Boyukmillet.com xəbər verir ki, C.Bayramov tviterdə qeyd edib: “Türkiyə Respublikasının xarici işlər naziri vəzifəsində böyük nailiyyətlərə imza atmış, Azərbaycan-Türkiyə əlaqələrinin inkişafı naminə misilsiz xidmətləri olan qardaşım Mövlud Çavuşoğluna dərin minnətdarlığımı bildirir, gələcək fəaliyyətində müvəffəqiyyət arzulayıram!”.
Read More »

Boyukmillet.com Biz yanmasaq vətən yanar
