Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlığa dair Saziş”i təsdiqləyib. Boyukmillet.com xəbər verir ki, dövlət başçısı bununla bağlı fərman imzalayıb. Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi sazişin müddəalarının həyata keçirilməsini təmin edəcək. Azərbaycan Xarici İşlər Nazirliyi sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə İsrail Dövləti Hökumətinə bildiriş …
Read More »Azərbaycan liderinə Olimpiya Evi Mükafatı təqdim olunub
Azərbaycan Prezidenti İlham Əliyevə Olimpiya Evi Mükafatı təqdim olunub. Boyukmillet.com xəbər verir ki, mükafatı iyunun 3-də Bakıda Beynəlxalq Olimpiya Komitəsinin Prezidenti Tomas Bax təqdim edib. Mükafat dünyanın ən dayanıqlı binalarından biri olan Beynəlxalq Olimpiya Komitəsinin Lozannadakı yeni baş qərargahını əks etdirir. Göyərçin formasında, dam örtüyündə günəş panelləri olan bina Beynəlxalq Olimpiya Komitəsinin dayanıqlılıq və sülhə sadiqliyini tərənnüm edir. Qeyd edək …
Read More »Prezident İlham Əliyev Beynəlxalq Olimpiya Komitəsinin Prezidentini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 3-də Beynəlxalq Olimpiya Komitəsinin Prezidenti Tomas Baxı qəbul edib. Boyukmillet.com xəbər verir ki, məlumatı Azərbaycan Prezidentinin Mətbuat Xidməti yayıb.
Read More »XİN Azərbaycan vətəndaşlarını İrana səfər etməməyə çağırıb
Cari ilin yanvar ayında Azərbaycanın İrandakı səfirliyinə qarşı törədilmiş terror aktı və bunun nəticəsində İrandakı məhdud diplomatik təmsilçiliyimiz nəzərə alınmaqla, Azərbaycan vətəndaşlarına zəruri olmadığı təqdirdə İrana səfər etməməyi, səfər edənlərin isə yüksək ehtiyatlılıq nümayiş etdirmələri kəskin şəkildə tövsiyə olunur”. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib. Qeyd olunub ki, hazırda İranda olan Azərbaycan vətəndaşlarına mühafizə və …
Read More »Gürcüstanda Heydər Əliyevin 100 illiyi qeyd olunub
Gürcüstanda Ümummili Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar tədbir keçirilib. Boyukmillet.com xəbər verir ki, bunu tədbirdə iştirak etmiş iqtisadiyyat naziri Mikayıl Cabbarov Tviter hesabında bildirib. “Ulu Öndərin mütərəqqi xarici siyasət kursu Azərbaycan-Gürcüstan əlaqələrinin inkişafı, möhkəmləndirilməsi və strateji əməkdaşlıq səviyyəsinə yüksəlməsi üçün möhkəm təməllər yaradıb”, – deyə o qeyd edib.
Read More »Türk Dövlətləri Qiymətləndiricilər Birliyinin təsis yığıncağı keçirildi – Askar Omerbekov prezident, Vüqar Oruc isə vitse-prezident seçildi
Növbəti il quruma Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri rəhbərlik edəcək. Boyukmillet.com xəbər verir ki, Qazaxıstanın Azərbaycanın Şuşa şəhərindən öncə “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilən tarixi Türküstan şəhərində Türk Dövlətləri Qiymətləndiricilər Birliyinin təsis yığıncağı – imzalama mərasimi keçirilib. Türkiyə, Azərbaycan, Qazaxıstan, Özbəkistan və Qırğızıstanın tamhüquqlu, Türkmənistanın və Şimali Kipr Türk Cümhuriyyətinin isə assosiativ üzv qismində qatıldığı birliyin təsis yığıncağında Azərbaycan Qiymətləndiricilər …
Read More »Azərbaycan XİN İtaliyanı təbrik edib
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) İtaliyanı Milli Günü münasibətilə təbrik edib. Boyukmillet.com xəbər verir ki, bu barədə XİN-in tviter səhifəsində paylaşım edilib. “Milli Gün münasibətilə İtaliya hökuməti və xalqına ən səmimi təbriklərimizi və xoş arzularımızı çatdırırıq! Biz ikitərəfli əməkdaşlığımızın daha da inkişafını səbirsizliklə gözləyirik!”, – paylaşımda qeyd olunub.
Read More »Prezident İlham Əliyev: “Azərbaycan-İtaliya münasibətlərinin bugünkü səviyyəsi məmnunluq doğurur”
Qarşılıqlı etimada və xoş ənənələrə əsaslanan Azərbaycan-İtaliya münasibətlərinin bugünkü səviyyəsi məmnunluq doğurur. Güclü siyasi əlaqələrimiz gündən-günə genişlənən ticari, iqtisadi, enerji, təhsil, mədəni və digər sahələrdə əməkdaşlığımızın və çoxölçülü strateji tərəfdaşlığımızın təməlini təşkil edir. Bu da öz növbəsində, dövlətlərimizin maraqlarına və xalqlarımızın mənafelərinə xidmət edərək onları bir-birinə daha da yaxınlaşdırır. Boyukmillet.com xəbər verir ki, bu fikirlər Prezident İlham Əliyevin 2 İyun …
Read More »Azərbaycan XİN Fransa Prezidentinə cavab verib: “Sülh və sabitliyə müsbət töhfə vermir”
“Əfsuslar olsun ki, Fransa tərəfindən belə davranışın sərgilənməsi ilk hal deyil və bu, Azərbaycanla Ermənistan arasında sülh prosesinə, bölgədə sülh və sabitliyə heç də müsbət töhfə vermir”. Boyukmillet.comun xəbərinə görə, bunu Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Fransa Prezidenti Emmanuel Makron tərəfindən Azərbaycan və Ermənistan liderləri arasında Kişineu görüşünün nəticələrinə dair yayılmış bəyanatına cavab olaraq deyib. O qeyd edib …
Read More »Almaniyada qanunsuz yaşayan 25 Azərbaycan vətəndaşı ölkəmizə geri qəbul edilib
“Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında” Saziş çərçivəsində 31 may tarixində 25 nəfər Azərbaycan vətəndaşı Almaniyadan ölkəyə geri qəbul edilib. Geri qəbul prosesi Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi qaydalar çərçivəsində həyata keçirilib. Qeyd edək ki, fəaliyyəti Dövlət Miqrasiya Xidməti tərəfindən əlaqələndirilən Reinteqrasiya üzrə İşçi Qrupu readmissiya olunan Azərbaycan vətəndaşlarının yerli cəmiyyətə reinteqrasiyası və …
Read More »

Boyukmillet.com Biz yanmasaq vətən yanar
