“Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyevlə görüş müsbət addım idi, bu, regionda sülhün bərqərar olması, sülh müqaviləsinin razılaşdırılması və sərhədlərin delimitasiyası üçün vacibdir”. Boyukmillet.com “Sputnik-Ermənistan”a istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin iclasında mayın 14-də Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyevlə görüşə münasibət bildirərkən deyib. Paşinyan Brüsseldə Ermənistan və Azərbaycanın bir-birinin ərazi bütövlüyünü tanımasını mühüm addım adlandırıb. O, …
Read More »Paşinyan Azərbaycan və Rusiya liderləri ilə görüşəcəyi tarixi açıqlayıb
Ermənistanın baş naziri Nikol Paşinyan Ermənistan tərəfinin Moskvada Rusiya və Azərbaycan liderlərinin iştirakı ilə üçtərəfli görüş keçirməyə razılaşdığını açıqlayıb. Boyukmillet.com “Sputnik-Ermənistan”a istinadən xəbər verir ki, bu barədə o, hökumətin iclasında bildirib. Paşinyan müvafiq təklifin Rusiya tərəfdən edildiyini və Ermənistanın bunu qəbul etdiyini vurğulayıb. “Görüşün mayın 25-də keçirilməsi planlaşdırılır”, – o söyləyib. Ermənistanın baş naziri Nikol Paşinyan Ermənistan tərəfinin Moskvada Rusiya …
Read More »Azərbaycan Prezidenti Beynəlxalq Mülki Müdafiə Təşkilatının Baş katibini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 18-də Beynəlxalq Mülki Müdafiə Təşkilatının Baş katibi xanım Njupuo Yap Mariatunu qəbul edib. Boyukmillet.com-un xəbərinə görə, bu barədə Azərbaycan Prezidentinin Mətbuat xidməti məlumat yayıb.
Read More »İlham Əliyev CAR-ın Milli Assambleyasının sədrini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 18-də Cənubi Afrika Respublikası (CAR) Milli Assambleyasının sədri Nosivive Mapisa-Nqakulanı qəbul edib. Boyukmillet.com xəbər verir ki, dövlət başçısı Nosivive Mapisa-Nqakulanın rəhbərlik etdiyi nümayəndə heyətinə Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş Azərbaycan Respublikası Milli Məclisinin xüsusi iclasında iştirakına görə təşəkkürünü bildirdi və bunu əlaqələrimizin yaxşı göstəricisi kimi dəyərləndirib. Azərbaycan Prezidenti ilə görüşməkdən və Ulu …
Read More »Ceyhun Bayramov Rusiyaya işgüzar səfərə yola düşüb
Mayın 18-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Rusiya Federasiyasına işgüzar səfərə yola düşüb. Bu barədə Xarici İşlər Nazirliyindən məlumat verilib. Səfər çərçivəsində mayın 19-da Azərbaycanla Ermənistan arasında “sülh sazişi” layihəsi üzrə danışıqların növbəti raundunun keçirilməsi nəzərdə tutulub.
Read More »Xorvatiya parlamentinin sədr müavini: “Azərbaycanla əməkdaşlığın inkişafında maraqlıyıq”
“Xorvatiya Azərbaycanla əməkdaşlığın inkişafında maraqlıdır”. Boyukmillet.com xəbər verir ki, bunu Xorvatiya parlamentinin sədr müavini Davorko Vidoviç mayın 18-də Milli Məclisin sədri Sahibə Qafarova ilə görüşdə bildirib. S.Qafarova dəvəti qəbul edib Azərbaycana səfərə gəldiyinə və xüsusi iclasda iştirak etdiyinə görə Davorko Vidoviçə təşəkkürünü bildirib. O, müasir, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, Ümummilli Lider Heydər Əliyevin misilsiz xidmətləri barədə danışıb: “Ulu …
Read More »XİN başçısı AŞ-ın zirvə görüşündə Ermənistanın azərbaycanlı itkinlərlə bağlı məlumatları gizləməsi barədə məsələ qaldırıb
Xarici işlər naziri Ceyhun Bayramov Avropa Şurasının Dövlət və Hökumət Başçılarının İslandiyanın Reykyavik şəhərində keçirilən 4-cü zirvə görüşündə çıxış edib. Xarici İşlər Nazirliyindən bildirilib ki, o, Azərbaycanın Avropa Şurasını, Avropa məkanında insan hüquqları, demokratik dəyərlər və qanunun aliliyinin qorunması istiqamətində qarşılıqlı fəaliyyətin göstərilməsi baxımından mühüm platforma kimi dəyərləndirdiyini qeyd edib. Bu xüsusda, Azərbaycanın hər zaman olduğu kimi konstruktiv dialoqa və birgə …
Read More »Ceyhun Bayramov: “Azərbaycan Qarabağda yaşayan etnik ermənilərin reinteqrasiyasını təmin etmək əzmindədir”
“Azərbaycan hökuməti ölkənin Qarabağ bölgəsində yaşayan etnik ermənilərin bərabərhüquqlu vətəndaşlar kimi siyasi, hüquqi, iqtisadi və sosial cəhətdən reinteqrasiyasını təmin etmək əzmindədir”. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Avropa Şurasının İslandiyanın Reykyavik şəhərində keçirilən sammitində deyib. O söyləyib ki, bununla bağlı beynəlxalq sənədlərlə yanaşı, Azərbaycanın Konstitusiyası və qanunvericiliyi də möhkəm əsas təmin edir. “Keçmiş münaqişənin yaralarını sağaltmaq …
Read More »Nazir: “Ermənistanın təxribatları sülh prosesinin irəlilədilməsinin qarşısında duran əsas çağırışlardandır”
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Avropa Şurasının Dövlət və Hökumət Başçılarının 4-cü Zirvə Görüşü çərçivəsində İspaniya Krallığının xarici işlər, Avropa İttifaqı və əməkdaşlıq naziri Xose Manuel Albares Bueno ilə görüşüb. Xarici İşlər Nazirliyindən verilən məlumata görə, görüşdə, Azərbaycan və İspaniya arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyində duran aktual məsələlər, o cümlədən regionda baş verən hadisələr müzakirə olunub. C.Bayramov, iki ölkə …
Read More »Mayın 19-da Moskvada Azərbaycan, Rusiya və Ermənistan XİN başçılarının üçərəfli görüşü olacaq
Mayın 19-da Moskvada Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, Rusiyanın xarici siyasət idarəsinin rəhbəri Sergey Lavrov və Ermənistan XİN başçısı Ararat Mirzoyan arasında üçtərəfli görüşü olacaq. Boyukmillet.com xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova mayın 17-də keçirdiyi brifinqdə bildirib. Görüşdə Bakı və İrəvan arasında normallaşma prosesi ilə bağlı məsələlər müzakirə olunacaq. Onun sözlərinə görə, Moskva …
Read More »

Boyukmillet.com Biz yanmasaq vətən yanar
