Mayın 15-də Rusiya Dövlət Dumasında Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev. Əbədi davam edən həyat” adlı sərginin açılışı olacaq. Boyukmillet.com xəbər verir ki, sərginin açılışında mayın 14-15-də Rusiya Federasiyasında işgüzar səfərdə olacaq Milli Məclisin sədri Sahibə Qafarova da iştirak edəcək. S.Qafarova Rusiya Federasiya Şurasında Heydər Əliyevin xatirəsinə həsr olunmuş sərginin açılışına da qatılacaq.
Read More »Türkiyə səfiri Şuşaya gedib
Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı Şuşaya gedib. Boyukmillet.com xəbər verir ki, diplomat tviter səhifəsində şəhərdən fotolar paylaşıb. “Qarabağ zəfərinin rəmzi, Qarabağın qəlbi və incisi, mədəniyyət paytaxtı Şuşadayıq. Şuşanın başı dumanlı”, – o bildirib. Karabağ zaferinin remzi,Karabağ’ın kalbi ve incisi,Türk Dünyası Kültür Başkenti Şuşa’dayız.Şuşa’nın başı dumanlı📍 pic.twitter.com/NrDBXePNek— Cahit Bağcı (@cahitbagci) May 12, 2023
Read More »Azərbaycan və Britaniya arasında qanunsuz miqrasiyaya qarşı mübarizə müzakirə olunub
Azərbaycan və Böyük Britaniya arasında qanunsuz miqrasiyaya qarşı mübarizə müzakirə olunub. Boyukmillet.com xəbər verir ki, bunu Britaniyann Bakıdakı səfiri Fergus Auld tviterdə yazıb. O bildirib ki, mayın 12-də Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov ilə görüşüb: “Qanuni və qeyri-qanuni miqrasiya prosesinin idarəetməsi ilə bağlı bəzi çətinlikləri müzakirə etdik”, – diplomat bildirib.
Read More »BMT Baş Assambleyasının sədri Azərbaycan xalqını təbrik edib
BMT Baş Assambleyasının sədri Şaba Körösi Azərbaycan xalqını Ümummilli Lider Heydər Əliyevin yüzillik yubileyi münasibətilə təbrik edib. Boyukmillet.com xəbər verir ki, Çaba Körösi bu barədə tviterdəki hesabında yazıb. “Azərbaycan xalqını Ümummilli Lider Heydər Əliyevin yüzillik yubileyi münasibətilə təbrik edirəm. Bu əlamətdar hadisə münasibətilə Azərbaycan Respublikasının Birləşmiş Millətlər Təşkilatı (BMT) yanında Daimi Nümayəndəliyində Heydər Əliyevin büstünün açılış mərasimində iştirak etməkdən məmnun oldum”, …
Read More »ABŞ-da Heydər Əliyevin büstü açılıb
ABŞ-ın Nyu-York şəhərində Azərbaycanın Birləşmiş Millətlər Təşkilatı (BMT) yanında Daimi Nümayəndəliyində Ümummilli Lider Heydər Əliyevin büstü açılıb. Boyukmillet.com xəbər verir ki, Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü ilə əlaqədar hazırlanan təntənəli mərasimdə Azərbaycanın BMT yanında daimi nümayəndəsi Yaşar Əliyev, Baş Assambleyanın sədri Çaba Körösi, BMT-nin Sivilizasiyalar Alyansının Ali nümayəndəsi Migel Angel Moratinos, Nyu-York şəhərinin beynəlxalq əlaqələr üzrə komissarı Edvard Mermelşteyn, …
Read More »ABŞ: “Azərbaycanla Ermənistan arasında sülh bundan sonra da məşğul olacağımız məsələdir”
“Azərbaycanla Ermənistan arasında çox vacib sülh məsələsi ABŞ Dövlət Departamentinin bundan sonra da dərindən məşğul olacağı məsələdir”. Boyukmillet.com xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patel deyib. “İnanırıq ki, irəliyə doğru aydın bir yol var. Biz təbii ki, mayın əvvəlində iki ölkənin rəsmilərini qəbul etməkdən məmnun idik. İnanırıq ki, danışıqlar səmərəli olub, Brüsseldə başlayan danışıqların davamı üçün …
Read More »İsrailin sabiq Baş naziri Azərbaycan Prezidentinə məktub göndərib
2006-2009-cu illərdə İsrailin Baş naziri olmuş Ehud Olmert Azərbaycan Prezidenti İlham Əliyevə məktub göndərib. Boyukmillet.com xəbər verir ki, məktubda deyilir: “Cənab Prezident! Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkil etdiyi X Qlobal Bakı Forumu çərçivəsində Sizinlə görüşümüzü məmnunluqla xatırlayır və Zati-alinizə dərin minnətdarlığımı bildirirəm. Bu unudulmaz görüşün qəlbimdə yaratdığı xoş təəssüratla Azərbaycanın Ulu Öndəri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə onun əziz …
Read More »Gürcüstanın Baş naziri Prezident İlham Əliyevi təbrik edib
Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. Boyukmillet.com xəbər verir ki, təbrik mətnində deyilir: “Zati-aliləri! İcazə verin, Azərbaycanın möhtərəm Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə ən səmimi təbriklərimi çatdırım. Dahi Heydər Əliyev bütün mənalı həyatını sevdiyi ölkəsinə həsr etmiş və milli dövlətçiliyin əsasını qoymuş görkəmli siyasi xadim idi. İndi Azərbaycan beynəlxalq …
Read More »Los-Ancelesdə azərbaycanlılara hücum edən ermənilərin məhkəməsinin təfərrüfatları məlum olub
Los-Ancelesdə azərbaycanlılara hücum edən ermənilərin məhkəməsinin təfərrüfatları məlum olub. Boyukmillet.com xatırladır ki, 2020-ci il iyulun 21-də Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğunun binasını mühasirəyə alan ermənilər Azərbaycan əleyhinə təxribat xarakterli şüarlar səsləndirərək aksiya keçiriblər. Ermənilər bununla yanaşı, özünəməxsus tərzdə soydaşlarımıza qarşı zorakılıq və təcavüzə əl atıblar. İnsidentdən dərhal sonra Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi (Azərbaycan Respublikasının Los-Ancelesdəki Baş Konsulluğu vasitəsilə) zorakılıq törətmiş …
Read More »Ceyhun Bayramov Hindistanın yeni səfiri ilə görüşdü – FOTO
Xarici işlər naziri Ceyhun Bayramov Hindistan Respublikasının ölkəmizə yeni təyin olunmuş səfiri Sridharan Madhusudhanan ilə görüşüb. Boyukmillet.com xəbər verir ki, C.Bayramov səfir Sridharan Madhusudhananın etimadnaməsinin surətini qəbul edib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb. Görüş zamanı, Azərbaycan və Hindistan arasında ikitərəfli və çoxtərəfli münasibətlərin hazırki vəziyyəti, o cümlədən regionda baş verən proseslər ətrafında fikir mübadiləsi aparılıb. Nazir iki ölkə arasında siyasi, …
Read More »

Boyukmillet.com Biz yanmasaq vətən yanar
